Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

Tehran İrəvan xəttində yeni faza

Tehran İrəvan xəttində yeni faza

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın regional üstünlükləri fonunda İran–Ermənistan yaxınlaşması

İran Prezidenti Məsud Pezeşkianın yaxın həftələrə planlaşdırılan İrəvan səfəri Cənubi Qafqazda geosiyasi dinamikanın yeni fazaya keçidində önəmli hadisələrdən biri kimi qiymətləndirilir. Bu səfər təkcə protokol xarakterli diplomatik addım deyil, eyni zamanda, Tehran–İrəvan münasibətlərinin gələcək trayektoriyasına işıq tutan, İranın regiondakı rolu və mövqeyinə dair strateji niyyətləri anlamaq baxımından da xüsusi əhəmiyyət daşıyır. Lakin bu yeni mərhələyə nəzər yetirərkən, regionun dəyişən geosiyasi arxitekturası və xüsusilə Azərbaycanın güclənən rolu kontekstində bu münasibətlərin perspektivlərini analiz etmək zəruridir.

Məsud Pezeşkianın hakimiyyətə gəlişi İranın xarici siyasətində üslub baxımından müəyyən dəyişikliklərə yol açsa da, strateji prioritetlər baxımından ciddi dəyişikliklərin baş verəcəyi hələlik gözlənilmir. İran üçün Cənubi Qafqaz bölgəsi, xüsusilə Ermənistan və Azərbaycanla münasibətlər, həm təhlükəsizlik, həm iqtisadi əlaqələr, həm də geosiyasi balans baxımından həssas bir zolaq təşkil edir. İranın Ermənistanla münasibətləri bu kontekstdə bir neçə məqsədə xidmət edir: Sərhəd təhlükəsizliyinin qorunması, regional proseslərdə iştirakı təmin etmək, eləcə də Qərbin artan təsirinə qarşı balans yaratmaq. Elə bu baxımdan da İrəvana yönəlik yeni diqqət İranın regional aktivliyinin təbii davamı kimi oxunmalıdır.

İran–Ermənistan münasibətləri son illərdə daha çox texniki və iqtisadi sahələrdə fəallaşıb. Nəqliyyat və enerji infrastrukturunun modernləşdirilməsi, ticarət dövriyyəsinin artırılması, eləcə də sərhədyanı əməkdaşlıq formatlarının genişləndirilməsi bu əlaqələrin gündəliyində önə çıxır. Eyni zamanda, bu münasibətlərin geosiyasi aspektləri də vardır. Tehran Ermənistanı regionda öz maraqlarını ifadə edə biləcəyi alternativ kanal kimi görür və bu kanalı açıq saxlamaqla həm Bakı ilə, həm də Qərblə münasibətlərində çevik manevr imkanlarını qorumağa çalışır. Bununla belə, bu yaxınlaşma İranın regional siyasətində mövcud reallıqları dəyişməkdən çox, ona adaptasiya olunmaq cəhdi kimi dəyərləndirilə bilər.

Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlar isə İranın bu manevrlərini istər-istəməz məhdudlaşdırır. 44 günlük müharibədən sonra Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda regionda iqtisadi və diplomatik mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Bakı bir tərəfdən Türkiyə ilə strateji ittifaqını daha da dərinləşdirərək geosiyasi balansda əsas dayaqlardan birinə çevrildi, digər tərəfdən isə Avropa İttifaqı, Çin və MDB məkanında müxtəlif oyunçularla paralel əməkdaşlıq modelləri qurdu. Belə bir çoxvektorlu siyasət Azərbaycanı regionun əsas geoiqtisadi aktoruna çevirdi.

Zəngəzur dəhlizi ətrafında son illər yaranan fikir ayrılıqları Tehran–Bakı münasibətlərində gərginlik mənbəyinə çevrilsə də, burada daha rasional yanaşmaların formalaşması üçün zəmin də mövcuddur. İranın dəhlizə dair narahatlıqları onun regional suverenlik və sərhəd təhlükəsizliyi baxımından duyduğu həssaslıqla bağlıdır. Lakin bu narahatlıqlar Azərbaycanın rəsmi səviyyədə dəfələrlə bildirdiyi kimi, suverenliyinə zidd hər hansı statusla bağlı deyil, əksinə, regionun iqtisadi inteqrasiyasına xidmət edən kommunikasiya layihəsinin bir hissəsidir. Bu səbəbdən, Bakı ilə Tehran arasında dialoqun dərinləşdirilməsi, qarşılıqlı anlayışın gücləndirilməsi bu gərginliyin aradan qaldırılması üçün vacibdir.

Digər tərəfdən, İranın Ermənistanla yaxınlaşmasının alternativsiz olmadığı da aydındır. Azərbaycan–İran münasibətləri tarixən dərin mədəni və coğrafi köklərə malik olub. Son illərdə ticarət, energetika və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələr də iki ölkənin əməkdaşlıq potensialının yüksək olduğunu göstərir. İki ölkə arasında alternativ nəqliyyat marşrutları üzrə razılaşmalar, Araz çayı üzərində tikilən su elektrik stansiyaları və digər layihələr bu baxımdan nümunə ola bilər. Belə olan halda İranın Ermənistanla yaxınlaşması Azərbaycanın maraqlarına zidd şəkildə deyil, əksinə, daha geniş regional əməkdaşlıq mexanizmlərinin bir hissəsi kimi inkişaf etdirilə bilər.

Pezeşkianın səfəri İranın regionda daha fəal olmaq istədiyini göstərir. Lakin bu fəallıq artıq Azərbaycanın razılığı və iştirakı olmadan geniş təsir radiusu qazana bilməz. Regionda yeni status-kvo Azərbaycanın suverenliyinə və regional liderliyinə əsaslanır. Mövcud reallıq nəinki qonşu ölkələr, həm də qlobal oyunçular tərəfindən qəbul olunmaqdadır. İranın bu yeni reallıqla uyğunlaşması isə yalnız təzyiq ritorikası deyil, qarşılıqlı əməkdaşlıq, anlayış və inam əsasında mümkündür.

Azərbaycan tərəfi üçün də İranın regional sabitlikdə və kommunikasiyaların açılmasında müsbət rol oynaması əhəmiyyətlidir. Bakı regional əməkdaşlıq modellərində Tehranın konstruktiv iştirakını həmişə alqışlayıb. Bu baxımdan, Pezeşkian dövründə münasibətlərin daha praqmatik və əməkdaşlıq yönümlü əsasda inkişafı üçün imkanlar mövcuddur. Lakin bunun baş verməsi üçün İranın Ermənistanla münasibətlərini Bakı ilə münasibətlərə zidd siyasi alətə çevirməməsi, əksinə, regionun bütövlükdə sabitliyinə yönəltməsi vacibdir.

Nəticə etibarilə, İran–Ermənistan yaxınlaşması regionda yeni balans formalaşdırmaq cəhdindən çox, İranın dəyişən reallıqlara uyğunlaşmaq üçün etdiyi bir addımdır. Prosesdə Azərbaycanın mövqeyi və regional üstünlükləri dəyişməz olaraq qalır. Pezeşkianın səfəri İranın Cənubi Qafqaz siyasətinin yeni konturlarını göstərsə də, bu konturlar Azərbaycanın iştirakı və razılığı olmadan sabit kontur kimi qalmaqda çətinlik çəkəcək. Regionda dayanıqlı sülh və əməkdaşlıq yalnız real güc balansını, suverenlikləri və qarşılıqlı maraqları nəzərə alan yanaşmalar əsasında mümkündür. Son olaraq qeyd etməliyik ki, İranın Cənubi Qafqaz siyasətində rasional və inklüziv xətt tutması bütün tərəflər üçün daha faydalı nəticələr verə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 06:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see335

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see277

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see243

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see239

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see233

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see232

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see228

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see223

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see223

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see219

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see213

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see212

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see202

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see201

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see199

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see198

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see197

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see192

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see185

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri