Icma.az
close
up
RU
Yeni “siyasi gündəlik”, yoxsa köhnə musiqi “yeni aranjimanda”?

Yeni “siyasi gündəlik”, yoxsa köhnə musiqi “yeni aranjimanda”?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Ermənistan Aİ-nin kölgəsində nə etmək istəyir?

Azərbaycanın postmüharibə dövründə Cənubi Qafqazda yaratdığı reallıqlar sabitlik, sülh və inkişaf üçün mühüm zəmin formalaşdırır. Bakı sülhpərvər mövqedən çıxış edərək ümumilikdə regionun gələcəyini əməkdaşlıq və tərəfdaşlıq müstəvisində qurmağa səy göstərir. 2022-ci ildən irəli sürülən sülh təşəbbüsləri də, bu ilin avqustunda Vaşinqtonda paraflanan sülh sazişi layihəsi də regionun dinc gələcəyi üçün müəyyənləşdirilmiş meyarlardır. Azərbaycan qalib dövlət olsa da, bütövlükdə regionun maraqlarını üstün tutur - biz 30 ilə yaxın davam etmiş konfliktin tam şəkildə aradan qaldırılması, ərazi iddialarının geri götürülməsi, əvəzində isə dinc qonşuluq münasibətləri çərçivəsində yaşanması üçün addımlar atırıq.

Təəssüfləndirici haldır ki, qarşı tərəfdən analoji münasibət görünmür. Daha doğrusu, Ermənistan dildə sülh prosesinə sadiq olduğunu, əbədi sabitliyin formalaşması üçün səy göstərdiyini desə də, əməldə onu təsdiqləmir. Belə ki, İrəvanın bir çox addımları birmənalı qarşılana bilməz - Bakı ilə aparılan danışıqlarda, imzalanan sənədlərdə tamam fərqli rakurslardan yanaşma ortaya qoyan Ermənistan başqa qurumlarla müzakirələrdə tamam fərqli “tezislərə” söykənir. Bunun bariz nümunəsi Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədidir.

Çətir “dəyişikliyi”...

Qeyd edək ki, dekabrın 2-də Ermənistan və Avropa İttifaqı yeni “Aİ-Ermənistan Strateji Tərəfdaşlıq Gündəliyi”ni qəbul ediblər. Bu sənəd Ermənistanla 27 ölkə arasında əməkdaşlığı dərinləşdirməyi hədəfləyir və 2017-ci ildə qəbul edilmiş İkitərəfli Tərəfdaşlıq Prioritetlərini əvəzləyəcək. Sənəd haqqında danışarkən bildirirlər ki, guya sənəd “qarşıdakı illər üçün ortaq bir vizyonu müəyyən edir və Ermənistanın Avropa Birliyi ilə əlaqələrini gücləndirmək istəyinə cavab verir”. İddia olunur ki, yeni tərəfdaşlıq gündəliyi “demokratiya və qanunun aliliyi”, “ədalət islahatı”, “insan hüquqları”, “sosial-iqtisadi inkişaf”, “enerji təhlükəsizliyi”, “rəqəmsal transformasiya”, “ticarətin şaxələndirilməsi“ və “təhlükəsizlik və müdafiə əməkdaşlığı” sahələrini əhatə edir. Gündəm qısamüddətli (üç-dörd il) və ortamüddətli (yeddi il) prioritetləri müəyyən edir - birinci mərhələ, yəni 2024-2027-ci illər üçün 270 milyon avro büdcə nəzərdə tutulur. Bunun 200 milyon avrosu qrant yardımı, 70 milyon avrosu isə investisiya cəlb etmək üçün qrant maliyyələşdirməsidir.

2 dekabrda Brüsseldə keçirilən yekun mətbuat konfransında Kallas Brüsselin “sülhü dəstəkləmək və Ermənistanın dayanıqlığını gücləndirmək” üçün 15 milyon avro ayıracağını elan etdi. Əslində isə bu vəsait Ermənistanın silahlandırılması üçün ayrılacaq maliyyə dəstəyidir. Sənəddə ayrıca olaraq sülhü və regionun gələcək sabit inkişafını təhdid edən daha başqa məqamlar da yer alır.

Aİ beynəlxalq hüququ pozur...

Yeri gəlmişkən, Azərbaycan XİN Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinə dair şərh yayıb. Şərhdə bildirilir ik, insanlıq əleyhinə cinayətlərdə, hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslərin “əsir” statusunda qeyd olunması və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyənəşdirilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbulolunmazdır.

Göründüyü kimi, Ermənistan yenə də manipulyasiya ilə məşğuldur. Qeyd edilən şəxslərin konkret cinayətlərdə şübhəli bilinməsi. Onlara qarşı cinayət məcəlləsinin müvafiq bəndlərinə əsasən cinayət işi açılması və araşdırmaların aparılması, məhkəmə prosesinin reallaşdırılması Azərbaycanın həm ölkə qanunvericiliyinə, həm də beynəlxalq hüquqa hörmətidir. Ermənistanın və Aİ-nin bu şəxsləri xüsusi “statusda” təqdim etmək cəhdi isə tamam fərqli maraqlardan xəbər yerir. Bu onu göstərir ki, Ermənistan yenə də özünün köhə ənənəsindən əl çəkməyib - onlar yenə də alt qatda fərqli “macəralar” axtarışındadırlar. Bu bir daha onu təsdiqləyir ki. Azərbaycan Ermənistan Konstitusiyasındakı müvafiq dəyişiklik tələbində haqlıdır - Ermənistana güvən yoxdur, sabah hətta imzaladığı sülhü belə dana bilər. Necə ki, konkret cinayətdə ittiham olunan şəxslər haqqında fərqli bir görüntü yaratmağa çalışdığı kimi...

Aİ-yə gəldikdə isə, gündəlikdə bu kimi məqamların yer alması bir daha belə bir mənzərə formalaşdırır ki, Brüssel sabitliyi və sülhü deyil, qarşıdurmaların yenidən cücərməsini təşviq edir. Müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin fərqli obrazda təqdimatı ilk nöbvbədə Aİ-nin beynəlxalq hüquqa qarşı hörmətsizliyidir. Digər tərəfdən, Aİ bu addımı ilə aparılan məhkəməyə təzyiq göstərməyə çalışır ki, bu da yolverilməzdir.

Ermənistan öhdəliklərindən boyun qaçırır?

Azərbaycan XİN-in şərhində bildirilir ki, Aİ-Ermənistan sənədində Ermənistanın regional konsensusdan məhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət daşıyan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə də istinad edilməməsi ciddi narahatlıq doğurur. Bu hal Ermənistanın Vaşinqtonda Baş nazir tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır.

Halbuki Ermənistan bu ilin avqustunda Vaşinqton şəhərində keçirilmiş üçtərəfli görüşün nəticələrinə dair Birgə Bəyannamənin 4-cü bəndində ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəyini, bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətini öz imzası ilə təsdiqləyib.  Paralel olaraq, Azərbaycanla birgə sülh sazişinin layihəsini paraflayıb. Ermənistan bundan sonrakı dövrdə atacağı addımları, aparacağı siyasəti və istiqamətləri sülh şəraitinə, sülh şərtlərinə, bölgənin gələcək inkişaf prioritetlərinə uyğunlaşdırmalıdır. Rəsmi İrəvanın əməkdaşlıq çərçivəsi sülhün şərtlərini və ya bölgənin stabilliyini təhdid etməməlidir - əksinə, əməkdaşlıqlar bölgədə qarşılıqlı münasibətlərin daha da güclənməsini  təşviq etməlidir.

İndiki halda isə bu tezislər imzalanan “gündəlikdə” görünmür.  Bu isə o deməkdir ki, ya Ermənistan sülh sazişinin imzalanmasını yenidən fərqli bəhanələrlə uzatmağa çalışır, ya da, regionda hansısa yeni situasiyanın formalaşmasını “arzulayır”. Hər iki halda ziyan çəkən tərəf Ermənistan olacaq - İrəvan yenidən hansısa revanşa “əl atarsa”, böyük peşmanlıq çəkər. Sülh prosesinin süni şəkildə uzadılması isə bu ölkəni ən azından yenidən regional laiyhələrdən kənarda qalmasını şərtləndirər...

Aİ Ermənistanı silahlandırır - missiyanın “missiyası” bitmədimi?

Azərbaycan XİN-in şərhində həmçinin bildirilir ki, Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə alındıqda, ölkəmizə qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı müşahidə missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir.

Şərhdə, həmçinin qeyd olunub: “Prioritetlər sırasında qeyd edilənlərlə yanaşı, hərbi və müdafiə məsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmət göstərir. Yuxarıda qeyd olunan məsələlər avqustun 8-dən etibarən postmünaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir və Ermənistanın niyyətləri barədə ciddi şübhələr yaradır. Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımlar atacağını gözləyirik. Öz növbəmizdə vəziyyəti diqqətlə izləməyə davam edəcək və zəruri nəticələr çıxaracağıq”.

Paraflanan sülh sazişində imzalanan bəndə əsasən, həm də Aİ-nin bölgədəki missiyasının fəaliyyətinin dayandırılmasına razılıq verən Ermənistan necə olur ki, yeni “gündəlikdə” fərqli düşüncülərə düşür - bu onu göstərir ki, İrəvan yenidən ikili oyunlar oynamağa çalışır. Bölgədə hər hansı bir konfrantasiya olmadığı üçün Aİ missiyasına da ehtiyacın qalmadığı faktdır - bu mənada, Ermənistanın və Aİ-nin bu istiqamətdə “əməkdaşlıq” perspektivinin həmin sənəddə yer alması qaranlıq niyyətlərdən xəbər verir. Brüsselin “sülhü dəstəkləmək” adı altında Ermənistanın silahlanmasına pul ayırması da bu deyilənləri təsdiqləyir. Beləliklə, bütün dünyanın yaxın zamanda sülh gözlədiyi halda İrəvanın Brüssellə bu formatda və məzmunda sənəd imzalanması xoşagələn hal deyl - ən azından Ermənistan üçün xoşagələn gələcək vəd etmir...

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see235

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri