Icma.az
close
up
RU
Yeni ilə yeni siyasi böhranla

Yeni ilə yeni siyasi böhranla

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Almaniya Aİ-dən çıxır?

Bu günlərdə Avropa İttifaqı (Aİ) üçün heç də xoş olmayan daha bir xəbər Almaniyadan gəlib.  “Almaniya üçün alternativ” Partiyası ölkənin Avropa İttifaqından çıxmasını təklif edib.

“Bloomberg” agentliyinin məlumatına görə, “Almaniya üçün alternativ” Partiyasının kansler vəzifəsinə namizədi Alisa Vaydel ölkəsinin bürokratiyaya deyil, dövlətlərarası sərbəst ticarətə ehtiyacı olduğunu vurğulayıb. “Avropa İttifaqının sosialist siyasəti regiondakı bazar mexanizmini məhv edib”, - deyə siyasətçi bildirib.

Almaniyanın avtomobil sənayesini məhv etdiyinə görə, Brüsseli sərt tənqid edən Alisa Vaydel Avropa İttifaqının azad ticarət zonasına çevrilməsini təklif edib. “Bizə nə etdiyini bilməyən və Avropa İttifaqındakı təməlimizi dağıdan bürokratlara ehtiyacımız yoxdur”, - deyə o əlavə edib.

Bir müddət öncə “Almaniya üçün alternativ” Partiyasının həmsədri Tino Krupalla Şimali Atlantika Alyansının bütün Avropa dövlətlərinin, o cümlədən Rusiyanın maraqlarına hörmət etməyəcəyi təqdirdə Berlinin NATO-dan çıxmaq barədə düşünməli olduğunu deyib. O, həmçinin Avropanı ABŞ-ın maraqlarına xidmət etməkdə günahlandırıb.

Avropa İttifaqında iqtisadi və siyasi tənəzzül dönəmi

Bir vaxtlar “qoca qitə”nin sarsılmaz iqtisadi və siyasi birliyinin rəmzi kimi qəbul olunan Avropa İttifaqı son illərdə özünün heç də yaxşı dönəmlərini yaşamır. Xüsusilə də Böyük Britaniyanın “BREXİT”  qərarından sonra Aİ daxilində həmrəyliyin yeni bağlarla möhkəmləndirilməsindən daha çox mərkəzdənqaçma, parçalanma meylləri müşahidə edilir. Birliyin aparıcı dövlətləri arasında getdikcə artan ziddiyyətlər fonunda “Aİ-nin gələcəyi sual altındadır” fikri daha tez-tez səslənir.

Almaniyada və bəzi digər dövlətlərdə Avropa İttifaqının sıralarını tərk etməyin artıq zərurətə çevrildiyinin gündəmə  gətirilməsi qurum daxilində yaşanan siyasi və iqtisadi tənəzzül fonunda baş verir. Vəziyyət getdikcə pisə doğru dəyişir və geridönüş mümkünsüz görünür.

Hazırda Avropa İttifaqı ölkələri ciddi idarəetmə böhranı ilə üzləşib. Cari ilin yayında Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri təsdiqlədi ki, ayrı-ayrı ölkələrdə mövcud hakimiyyətlərə inam hədsiz dərəcədə aşağıdır. Bunu Avropa İttifaqında aparıcı mövqeyə malik olan Fransanın timsalında aydın şəkildə izləmək mümkündür. Makronun səriştəsiz idarəçiliyi ölkəni tarixinin ən pis dönəmi ilə üz-üzə qoyub. Yelisey Sarayı artıq bir neçə aydır ki, dərin hökumət böhranından çıxa bilmir. Bütövlükdə, Aİ-yə üzv ölkələrin hökumətləri seçicilər qarşısında öhdəliklərini yerinə yetirmirlər və onsuz da asılı vəziyyətdə olduqları ABŞ-dən, Çindən daha da geri qalmaq riski ilə üzləşirlər. Paralel olaraq, artan borclanma xərcləri və ləng iqtisadi artım hətta aparıcı dövlətlərdə belə əhalinin vergi yükünün yüksəlməsinə səbəb olur.

Artıq Avropanın özündə də perspektivin son dərəcə ümidsiz olduğu etiraf olunur. Son olaraq Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının  yaxın altı ay ərzində dağılma təhlükəsi ilə üzləşə biləcəyini bildirib. Fitso Aİ-dəki qeyri-sabitliyin artacağını proqnozlaşdıraraq, bu vəziyyətə təəccüblənməməyi tövsiyə edib. Onun sözlərinə görə, Fransa və Almaniyanın eqoist milli məqsədləri ittifaqın gələcəyinə mənfi təsir göstərir. “Aİ üçün daha böyük qeyri-sabitlik gözləyirəm”, - deyə Fitso vurğulayıb.

Sağçılar önə keçir

Hökumətin yarıtmaz idarəçiliyi Almaniyada da sağçıların önə çıxması ilə nəticələnib. Ölkədə aparılan sorğular göstərir ki, “Almaniya üçün alternativ” Partiyası son iki il ərzində tərəfdarlarının sayını 10 faizdən 22 faizə yüksəldib. Sözügedən partiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə Almaniyanın Türingiya vilayətinin parlamentində ən böyük qüvvəyə çevrilib.

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Türingiya əyalətindəki yerli seçkilərdə rusiyayönümlü partiyalar ümumilikdə, 61,7 faiz  səs toplayıb. Bu barədə “Bild” məlumat yayıb. Nəticələr göstərir ki, əksər seçicilər öz iqtisadi rifahlarından narahatdırlar.

Almaniyanın şərqindəki Saksoniya federal əyalətində də Landtaqa seçkilər keçirilib.  İfrat sağçı “Almaniya üçün Alternativ” (AfD) 30,6 faiz, Sara Vaqenknext İttifaqı (BSW) - 11,8 faiz, Sol Partiya - 4,5 faiz səs toplayıb. Onların hamısı Ukraynanı dəstəkləməyin əleyhinə, Rusiyanı sakitləşdirməyə və Vladimir Putinlə dialoqa tərəfdardırlar.

40 illik fasilədən sonra təkrarlanan siyasi böhran

Aİ-nin ən böyük iqtisadiyyata malik ölkəsi olan Almaniya Yeni ilə yeni siyasi böhranla gedir. Bundestaqda Almaniya kansleri Olaf Şoltsa etimad məsələsi gündəmə gəlib. Şolts daha əvvəl müvafiq təkliflə dövlət başçısı Frank-Valter Ştaynmayerə müraciət edəcəyini bildirib. Bundestaqın buraxılmasından sonra 60 gün ərzində yeni seçkilər keçirilməlidir. Mövcud siyasi böhran isə bir sıra amillərdən yaranıb. Belə ki, hakim sağ koalisiya daxilində (Almaniya Sosial Demokrat Partiyası - SDP, Yaşıllar və Azad Demokrat Partiyası - FDP) büdcə, maliyyə və iqtisadi siyasət, o cümlədən Kiyevə əlavə yardım və sözdə borc  əyləcinin yumşaldılması (büdcədən daxil olandan daha çox pul xərcləməyi qadağan edən qayda) məsələsi haqqında fikir ayrılıqları yaranıb

Xatırladaq ki, prezident artıq 2025-ci il fevralın 23-də növbədənkənar seçkilərin mümkün keçirilməsini təsdiqləyib. Seçkilərin nəticələrinə əsasən, yeni hökumət formalaşacaq, yeni kansler seçiləcək. Onu da vurğulayaq ki,  kanslerə etimad məsələsi Almaniya  tarixində cəmi beş dəfə Bundestaqda müzakirəyə çıxarılıb. Sonuncu dəfə Almaniya hökuməti 40 il əvvəl - 1982-ci ildə bu kimi siyasi böhranla üz-üzə qalıb.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Dekabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see266

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see260

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see241

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see236

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see218

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see214

Fazil Mustafadan hadisə kimi MÜSAHİBƏ: “Onlar səadəti Mehdinin zühurunda axtarır”

08 Avqust 2026 09:24see212

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see201

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see198

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see183

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see176

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see176

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see171

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see171

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see168

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see166

Məlumatsız informasiya mərkəzi

08 Avqust 2026 09:35see163

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see160

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see156

PAŞİNYAN KREMLDƏN İCAZƏ ALINA BİLMƏYİB Bunu təkcə biz yox, ABŞ da görür...

08 Avqust 2026 16:48see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri