Icma.az
close
up
RU
Yeni Suriyaya keçid...

Yeni Suriyaya keçid...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ölkədə parlament seçkiləri keçirilib 

Əsəd rejiminin devrilməsindən doqquz ay keçdikdən sonra oktyabrın 5-də Suriyada ilk parlament seçkiləri keçirilib. Kürdlərin və druzların kütləvi şəkildə məskunlaşdığı bölgələri çıxmaq şərti ilə ölkənin bütün vilayətlərində seçkilər baş tutub. Artıq seçkilərin nəticələri elan olunub. “Al-Jazeera”nin məlumatına görə, Parlament Seçkiləri üzrə Ali Komitənin nümayəndəsi Nəvvər Nəcmə nəticələri açıqlayıb. İlkin nəticələrə görə, 119 deputat seçilib, lakin hər birinin aldığı səslərin sayı hələ göstərilmir. Hələbdən 30, Dəməşqdən 10, Dəməşqətrafı rayonlardan 12, Homsdan 12, Hamadan 12, Latakiyadan 10, Tartusdan 2, Deyr-əz-Zordan 10, İdlibdən 12, Deradan 6 və Kuneytrdən 3 deputat seçilib. Ancaq 21 yer bəzi səbəblərdən dolayı boş qalıb. Parlamentin yeni üzvlərinin altısı qadındır, 10 deputat isə dini və etnik azlıqları təmsil edir. Seçkilərdə təxminən 6000-7000 arası seçicinin iştirak etdiyi bildirilir. Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, Xalq Məclisinə keçirilən dolayı seçkilərdə ümumilikdə 210 deputat seçilir. Seçki kollegiyaları deputatların üçdə ikisini (140 üzv) seçir, qalan üzvləri isə dövlət rəhbəri tərəfindən təyin olunur. Bu həftə sonu Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əl-Şara 70 deputatın siyahısını təsdiqləyəcək. Digər maraqlı fakt isə Suriyada Milli Assambleyaya namizədliyini irəli sürən şəxslər müəyyən kriteriyalara sahib olmalıdır. Belə ki, milli Assambleyanın üzvlərinin 70 faizinin elmi dərəcəsi, qalan 30 faizi isə ölkədə tanınmış şəxs olmalıdır.

Heç bir qanun pozuntusu müşahidə olunmayıb

Suriyanın Daxili İşlər Nazirliyi ölkənin əksər əyalətlərində Xalq Şurasına keçirilən seçkilərdə səsvermə zamanı heç bir qanun pozuntusu qeydə almayıb. “Al Hadath” telekanalının məlumatına görə, Daxili İşlər Nazirliyinə bağlı qüvvələr seçki məntəqələrinin təhlükəsizliyini və vətəndaşların hərəkətini təşkil etmək, nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək, seçicilərin asanlıqla və təhlükəsiz şəkildə seçki qutularına çatmasına şərait yaratmaq məqsədilə təsdiq olunmuş planı uğurla icra edib. Öz növbəsində, Xalq Şurasına Seçkilər üzrə Ali Komitənin sədri Məhəmməd əl-Əhməd də seçki prosesinin rəvan getdiyini təsdiqləyib.

Niyə ümumxalq seçkisi keçirilməyib?

Yeni Suriyada ümumxalq seçkininin baş tutmaması bir sıra səbəblərlə bağlıdır. Qeyd edək ki, Suriya 14 il vətəndaş müharibəsi içərisində olub. Bu müharibə nəticəsində ölkənin bir çox bölgələri viran olub, milyonlarla suriyalı öz ölkəsini tərk edərək xarici ölkələrə üz tutub və məcburi köçkün vəziyyətinə düşüb. Nəticə etibarı ilə əhalinin qeydiyyatında ciddi problemlər yaranıb - qeydiyyat ya natamamdır, ya da qeyri-dəqiqdir. Suriyada yaşayan bir çox insanın şəxsiyyət vəsiqəsi və pasportu yoxdur. Vətəndaş müharibəsi zamanı bir çox suriyalı ailə qohumlarının inqilabda iştirak etdiyinə görə yaşadığı yerləri tərk etmək məcburiyyətində olublar. Xüsusilə vurğulamaq lazımdır ki, ölkədə vətəndaş müharibəsinin getdiyi bir zamanda Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə, xüsusilə İdlibdə həm yerli, həm də məcburi məskunlaşan əhalinin şəxsiyyət və yaşadığı ünvan qeydiyyatları Əsəd rejimi tərəfindən ölkənin vətəndaşlıq sistemindən çıxarılıb. Yeni Suriya hökuməti bu məsələnin həlli istiqamətində müəyyən işlər görsə də, məsələ hələ də öz həllini tapmayıb. Bundan başqa, ölkədə kürdlərin kütləvi məskunlaşdığı ərazilərin YPG terror təşkilatının nəzarəti altında olduğundan həmin ərazilərdə əhalinin qeydiyyatının aparılması qeyri-mümkündür. Eyni zamanda ölkədəki müharibə və Əsəd rejiminin repressiyaları səbəbindən Livan, İordaniya, Türkiyə və Avropa ölkələrinə müvəqqəti sığınan suriyaların qeydiyyatı da qeyri-dəqiqdir - onların vaxtilə yaşadığı ünvanlar məlum deyil. BMT-nin son məlumatlarına görə, Əsəd rejiminin devrilməsindən sonra 3 milyondan çox suriyalı öz ölkəsinə qayıdıb, lakin kimin hara qayıtdığı barədə dəqiq məlumat yoxdur. Ümumxalq seçkisinə mane olan digər amil isə siyasi plüralizmin olmamasıdır. Əsəd rejimi dövründə ölkədə birpartiyalı sistem mövcud idi - yalnız hakim BƏƏS partiyası və rejimə bağlı olan siyasi partiyalar fəaliyyət göstərirdi. Ölkədə çoxpartiyalı sistemin əsasının qoyulması üçün ilk növbədə ölkə konstitusiyasında ciddi dəyişikliklər edilməlidir.

HTŞ qalib gəlmədi - müxaliflər məclisdə çoxluq təşkil edir 

Seçkilərin nəticələrinə görə, Əhməd Əl-Şaaranın rəhbərlik etdiyi Heyət Təhrir əl-Şam Xalq Məclisdə çox az mandat əldə edib. Amma vaxtilə “mötədil müxalifət” kimi tanınan şəxslər yeni məclisin üzvləri arasında çoxluq təşkil edirlər. Suriya KİV-lərinin məlumatına görə, vətəndaş müharibəsi zamanı HTŞ-yə müxalif olan və Əhməd Əl-Şaaranın rəqibi olan şəxslər  Xalq Məclisinə deputat seçiliblər. Bu seçkilərdə diqqətçəkən məqamlardan biri isə etnik qruplar, xüsusilə də türkmənləri və kürdləri təmsil edən şəxslərin də Xalq Məclisinə daxil olmasıdır. Kürdlərin kütləvi şəkildə məskunlaşdığı ərazilərdə seçkilər baş tutmasa da, Hələbin özündən kürd cəmiyyətinin önəmli nümayəndələri məclisin üzvü seçiliblər. Seçilmiş deputatlar Muhammed Sido, Rankin Abdo, Şeyh Səid Zadə və Ömər Hamdo Qaribo olub. Bu dörd fiqurun ortaq xüsusiyyəti onların Suriya Kürd Milli Şurasına bağlı olmasıdır. Suriya türkmənlərindən - Suriya Türkmən Dərnəkləri Federasiyasının sədri Tarık Sülo Cevizci, Türkmən dağında döyüşən və İslam dağı batalyonunu quran türkmən komandiri Samir Karaali də  Xalq Məclisində təmsil olunacaqlar.

Son seçkinin önəmi

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, keçən həftə baş tutan parlament seçkiləri Suriyanın siyasi tarixində xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu seçkilər Suriyanın yenidən normal dövlət kimi formalaşması baxımından önəmlidir. “Suriyanın demokratik idarəetmə sisteminə keçidi üçün bu seçkilərin keçirilməsi vacib idi. Əl-Şaara hakimiyyəti bu addımı ilə həm ölkə daxilindəki cəmiyyətə, həm də beynəlxalq ictimaiyyətə onu sübut etdi ki,  o, Əsəd rejiminə bənzər sistem qurmaq niyyətində deyil. Düzdür, bu seçki mövcud ağır şərtlər altında keçirildi və dünya standartlarına uyğun deyildi. Amma Şaara hakimiyyəti buna getməyə məcbur idi. Yeni Xalq Məclisinin formalaşmasından sonra məclisin ilk  gündəmində ölkənin yeni konstitusiyasının hazırlanması ilə bağlı məsələnin müzakirəsi olacaq. Dünya standartlarına cavab verən və insan hüquqlarını özündə ehtiva edən konstitusiyanın qəbulu ölkədə sülh və sabitliyin təmin olunması, şəffaf idarəetmə sisteminin qurulması və ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması baxımından çox önəmlidir. Yeni konstitusiyanın qüvvəyə minməsindən sonra ölkədə, şübhəsiz ki, yeni qaydalar çərçivəsində növbəti parlament seçkiləri keçiriləcək. Bununla yanaşı, Suriyada yenidənqurma işləri aparılmalı, öz yurdlarından didərgin düşən əhali yaşadığı evlərinə qayıtmalı, yeni seçki qanunvericiliyi tətbiq olunmalı və siyasi partiyaların, media qurumların və vətəndaş cəmiyyətlərin fəaliyyəti tənzimlənməlidir. Beynəlxalq ictimaiyyətin bu seçkilərə münasibətinə gəlincə, bu, dünya dövlətləri tərəfindən anlaşıqlı qarşılanacaq. Əsas odur ki, Suriyada sülh, sabitlik və əmin-amanlıq bərqərar olunsun”.

Y.Abdullayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Oktyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri