Gigiyenik qaydaları uşaqlar valideynlərindən öyrənirlər
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Gigiyena ümumiyyətlə uşaqların sağlam böyüməsi və onların immunitetinin normal formalaşması üçün çox vacib amildir. Gigiyenik qaydalar nə qədər sadə görünsə də, bir o qədər əhəmiyyətlidir. Uşağın yaşından və inkişaf səviyyəsindən asılı olaraq bu gigiyenik vərdişlər ona mərhələli şəkildə öyrədilməlidir. Əlbəttə ki, bu məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi Instagram səhifəsində keçirilən canlı yayım zamanı uşaqların gigiyenasından danışan Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova bildirib.
Onun sözlərinə görə, uşaqlara gigiyenik vərdişlərin aşılanması üçün ən əlverişli dövr yaş yarımdan iki yaşa qədər olan mərhələdir:
"Çünki məhz bu dövrdə uşaqlar böyükləri, xüsusilə də valideynlərini təqlid etməyə başlayırlar. Ona görə də valideynlər rol model kimi bu vərdişləri uşaqlara öyrədə bilərlər. Yaş yarımdan, iki yaşdan sonra uşağa əl yumaq, yeməkdən sonra ağzını silmək öyrədilməlidir. Həmçinin o, diş fırçası ilə tanış olmalıdır. Uşaq üç-dörd yaşına çatdıqda artıq valideyn nəzarəti altında dişlərini fırçalamağı öyrənməlidir. Sabunla əllərini özü yumalı və tədricən tualetdən sonrakı gigiyenik qaydalarla tanış olmalıdır. Beş-yeddi yaşdan etibarən uşaq artıq tualetdən sonra şəxsi gigiyenasına özü riayət etməyi öyrənməlidir. Paltarını dəyişmək bacarığına malik olmalıdır. Səkkiz yaşından sonra isə əlbəttə ki, əsas gigiyenik vərdişlər uşağın öz məsuliyyətinə keçməlidir. Paltar dəyişməkdən duş qəbul etməyə, dırnaq qulluğundan şəxsi təmizliyə qədər bütün bu vərdişləri uşaq bilməli və gündəlik həyatında tətbiq etməlidir".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 24 İyun 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















