Icma.az
close
up
RU
Yeni tədris ili BAŞLAYIR: DYP valideynlərə ÇAĞIRIŞ ETDİ

Yeni tədris ili BAŞLAYIR: DYP valideynlərə ÇAĞIRIŞ ETDİ

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

15 sentyabrda yeni tədris ilinin başlanması ilə ölkə üzrə məktəb və ali təhsil müəssisələrində yüz minlərlə şagird və tələbə dərsə start verəcək. Bu isə paytaxtın və bölgələrin əsas küçə və prospektlərində nəqliyyatın hərəkət intensivliyini artıran əsas faktorlardan biridir.

Məktəblərin yerləşdiyi ərazilərdə sıxlığın yaranması, əsasən, valideynlərin övladlarını fərdi avtomobillə aparıb-gətirməsi və parklanma qaydalarına riayət etməməsi ilə əlaqələndirilir. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək, ictimai nəqliyyatdan istifadənin vacibliyini və piyada hərəkətinə üstünlük verməyin əhəmiyyətini vurğulayıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən BDYPİ-nin inspektoru, polis baş leytenantı Elvin Hacıyev bildirib ki, 15 sentyabr tarixindən yollarda hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, şəxsi heyət gücləndirilmiş iş rejimində çalışacaq:

"Lakin yollarda sıxlığın azaldılmasına xidmət edən qabaqlayıcı tədbirlər yalnız hərəkət iştirakçılarının məsuliyyətli yanaşması ilə effektiv nəticə verə bilər. Təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə sıxlığın yaranması isə əsasən həmin təhsil ocaqlarına fərdi avtomobillə gələn şəxslərin dayanma, durma və parklama qaydalarını kobud şəkildə pozmasından qaynaqlanır", – deyə o bildirib.

Elvin Hacıyev: "Valideynlər bu işdə şəxsi nümunə göstərməlidirlər"

Elvin Hacıyev həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin adından bütün təhsil ictimaiyyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib:

"BDYPİ təhsil müəssisələrinə şəxsi nəqliyyat vasitələrində gələn sürücülərə, xüsusən övladlarını məktəbə avtomobillə aparıb-gətirən valideynlərə müraciət edir. Onlardan digər hərəkət iştirakçılarına süni maneələr yaratmamağı, paytaxtda nəqliyyat sıxlığını nəzərə alaraq, mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, yaxın məsafələri isə piyada qət etməyə üstünlük verməyi xahiş edirik. Bu həm də gənc nəsildə yol hərəkəti mədəniyyətinin formalaşmasına mühüm töhfədir və valideynlər bu işdə şəxsi nümunə göstərməlidirlər", – deyə inspektor əlavə edib.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see262

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see249

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see246

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see245

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see244

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see243

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see241

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see240

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see224

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see219

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see219

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see217

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see217

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see213

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see210

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see207

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see201

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see196

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see194

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri