Icma.az
close
up
RU
Yeni tədris ili ərəfəsində valideynlər övladlarını psixoloji olaraq necə hazırlamalıdırlar?

Yeni tədris ili ərəfəsində valideynlər övladlarını psixoloji olaraq necə hazırlamalıdırlar?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Sən bunu bacarmalısan" təzyiqi əvəzinə "Sənin bacarığına inanıram" uşağın həm psixoloji sağlamlığını qoruyur, həm də motivasiyasını gücləndirir".

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova nazirliyin Media və kommunikasiya şöbəsinə müsahibəsində deyib.

O, dərs zamanı diqqəti tez yayınan uşaqlara necə kömək etmək lazım olduğuna aydınlıq gətirib:

"Dərs zamanı diqqəti tez yayınan uşaqlarla işləməyin ilk addımı onların diqqət imkanlarının nəzərə alınmasıdır. Belə uşaqlar uzun müddət eyni fəaliyyətə fokuslana bilmirlər.

Burada sistemli yanaşma lazımdır. Uşağın diqqət resursunu nəzərə almaq vacibdir. Buna görə də tapşırıqları daha kiçik hissələrə bölmək, tez-tez qısa fasilələr vermək faydalıdır. Məsələn, onları 5-10 dəqiqəlik mərhələlərlə təqdim etmək uşaq üçün daha əlçatan olur.

Bundan əlavə, interaktiv metodlardan istifadə uşaqların dərslərə marağını artırır. Şəkillər, qısa videolar, rəngli kartlar və ya qrup tapşırıqları kimi vasitələrdən istifadə etdikdə uşaq mövzuya daha çox fokuslana bilir. Bu yanaşma həm dərsin monotonluğunu azaldır, həm də uşağın marağını canlı saxlayır.

Digər mühüm istiqamət emosional mühit və motivasiyadır. Uşağı daim tənqid etmək əvəzinə kiçik nailiyyətlərini vurğulamaq onun özünəinamını artırır.

Eyni zamanda, gündəlik rejimin qurulması tövsiyə olunur. Bu, onun beynində "indi dərs vaxtıdır, indi isə oyun" kimi aydın siqnallar yaradır və diqqəti toplamağı asanlaşdırır.

Qeyd etmək lazımdır ki, diqqət məşqləri və oyunlardan istifadə etmək çox faydalıdır. Məsələn, "Fərqləri tap", "tapmacalar və ya qısa yaddaş oyunları uşağın diqqətini inkişaf etdirir".

O, valideynlərin yüksək gözləntilərinin uşağa zərər verməsindən bəhs edib:

"Bəli, verə bilər, çünki yüksək standartlara uyğunlaşmağa çalışan uşaq "mən kifayət qədər yaxşı deyiləm" düşüncəsi ilə yaşayır. Bu, xroniki stres, qorxu və motivasiyanın itməsinə səbəb olur. "Sən bunu bacarmalısan" təzyiqi əvəzinə "Sənin bacarığına inanıram" uşağın həm psixoloji sağlamlığını qoruyur, həm də motivasiyasını gücləndirir. Bu yanaşma uşağın psixikasını qoruyur və onu, həqiqətən də, motivasiya edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri