Icma.az
close
up
RU
Yeni tranzit marşrutları Gürcüstan üçün də önəmlidir

Yeni tranzit marşrutları Gürcüstan üçün də önəmlidir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Regionda yeni nəqliyyat və tranzit marşrutları yaradılır. Bu proses Gürcüstanın regional rolu və gələcək strategiyası barədə fərqli yanaşmaları üzə çıxarıb. “Vahid Neytral Gürcüstan” partiyasının icraçı katibi Vato Şakarişvili bu məsələyə toxunub: “Regionda mümkün yeni tranzit marşrutlarının meydana çıxması Gürcüstan üçün təhlükə deyil, əksinə, əlavə imkan yaradır. Bunun üçün ölkə yeni reallığı düzgün qiymətləndirməli və zorla “NATO və Avropa İttifaqının xarabalığına” sürüklənməməlidir”.

Onun fikrincə, Gürcüstanın regional əhəmiyyətini qoruyub gücləndirməsi üçün əsas şərtlər daxili siyasi sabitliyin təmin edilməsi, destabilizasiya risklərinin minimuma endirilməsi və neytral xarici siyasət kursunun seçilməsidir.

Sonra bildirib ki, regionda yeni tranzit marşrutlarının yaranmasının Gürcüstan üçün təhlükə kimi təqdim edilməsi reallıqdan uzaqdır: “Bu cür yanaşmalar reallığı təhrif edir və cəmiyyətdə əsassız qorxu formalaşdırır. Əslində, yeni marşrutlar mövcud nəqliyyat dəhlizlərini zəiflədən yox, onları gücləndirən mexanizmdir. Burada əsas məsələ Gürcüstanın dəyişən geosiyasi və iqtisadi şərtlərə necə uyğunlaşmasıdır”.

Bu baxımdan Şakarişvili Azərbaycan Prezidenti İlham Əliyevin Asiya–Avropa yeni nəqliyyat dəhlizi ilə bağlı fikirlərini də xatırladıb. Yada salaq ki, dövlətimizin başçısı Davos Ümumdünya İqtisadi Forumunda bildirib ki, Azərbaycan Qazaxıstan və Rusiyadan Ermənistana yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Hazırda daşımalar Gürcüstan üzərindən həyata keçirilir, lakin gələcəkdə Ermənistandan birbaşa Azərbaycan vasitəsilə tranzit təmin ediləcək. Prezidentin sözlərinə görə, bu addımlar mövcud marşrutlara alternativ deyil, əlavə və paralel imkanlardır.

Marşrutların çoxalması həm tədarükçülər, həm istehlakçılar, həm də tranzit ölkələr üçün faydalıdır. Bu yanaşma qlobal logistika sistemində artıq qəbul olunmuş reallıqdır və Gürcüstan üçün də yeni iqtisadi imkanlar yaradır.

Şakarişvilinin mövqeyində diqqətçəkən əsas məqamlardan biri də regionda əməkdaşlığın və iqtisadi inteqrasiyanın sülh üçün həlledici rol oynamasıdır: “Birgə layihələr, əlaqəliliyin gücləndirilməsi və qarşılıqlı iqtisadi maraqlar uzunmüddətli sabitliyin əsas təminatıdır. Bu proseslərin uğurla həyata keçirilməsi isə yalnız sülh və siyasi sabitlik şəraitində mümkündür”.

Eyni zamanda, Şakarişvili Gürcüstanın NATO və Avropa İttifaqına üzvlüyünü nəzərdə tutan konstitusion normanı risk faktoru kimi dəyərləndirib. Onun qənaətincə, bu istiqamətdə tələsik və ideoloji motivli addımlar Gürcüstanı böyük güclər arasında geosiyasi qarşıdurmaya sürükləyə, ölkənin tranzit və vasitəçi potensialını zəiflədər.

Ümumiyyətlə, bu yanaşma iqtidarın mövqeyinə uyğundur. Gürcüstan üçün praqmatik və riskləri azaldan strategiyadır. Çünki yeni tranzit marşrutlarını təhlükə yox, əlavə imkan kimi qəbul etmək, daxili siyasi sabitliyi qorumaq və neytral mövqe tutmaq Gürcüstanın regionda rolunu zəiflətmir, əksinə, onu Asiya–Avropa bağlantısında vacib və etibarlı halqa kimi möhkəmləndirir. Bu yanaşma ölkənin həm iqtisadi, həm də siyasi baxımdan uzunmüddətli maraqlarına xidmət edir.

Mövzi ilə bağlı Gürcüstan parlamentinin sabiq deputatı İsak Novruzov XQ-yə bildirdi ki, müxalif “Lelo-Güclü Gürcüstan” koalisiyasının bəyanatı ölkənin mövcud siyasi və iqtisadi vəziyyətini əks etdirmir: “Bu bəyanatda bildirilib ki, Gürcüstan sürətlə dəyişən beynəlxalq mühitdə strateji funksiyalarını itirir. Avropa İttifaqına üzvlüyün dayandırılması, ABŞ ilə strateji əməkdaşlığın zəifləməsi və Anakliya limanı layihəsinin dondurulması fonunda Gürcüstan həm iqtisadi, həm də təhlükəsizlik baxımından risklə üzləşir. Gürcüstanın qonşuları olan Azərbaycan və Ermənistanın ABŞ və Aİ-nin dəstəyi ilə yeni tranzit imkanları yaratdığı bir fonda, Gürcüstan, guya, nəinki yeni funksiyalar qazanmır, əksinə, mövcud potensialını da itirir”.

İ.Novruzov vurğuladı ki, əslində, bu açıqlama qarayaxmadan başqa bir şey deyil. TRIPP (Zəngəzur dəhlizi) marşrutu ölkənin tranzit rolunu zəiflətmir, əksinə, çoxvektorlu və çevik logistika sistemi yaradır: “Bu marşrut Gürcüstanı tranzit mərkəzi kimi saxlayır, limanlarda əlavə tranzit potensialı açır və yeni investisiya imkanları təqdim edir.

Ölkənin dənizə çıxışı və müasir limanları ilə həm öz yük axınlarını, həm də Ermənistana yönələn daşımaları idarə edə bilər ki, bu da onun strateji əhəmiyyətini qoruyur. Naxçıvan–Təbriz–Tehran dəmir yolunun TRIPP-ə qoşulması isə Gürcüstan üçün strateji əhəmiyyət daşıyır. Bu yol Orta Dəhlizə əlavə cənub qol yaradır, Gürcüstanın tranzit rolunu artırır. Yeni marşrut ölkəni şəbəkənin aktiv halqasına çevirir, yük axınlarını şaxələndirir və regionun çoxvektorlu logistika sisteminə inteqrasiya etməsinə imkan verir.

Gələcəkdə İran istiqamətindən yüklərin Naxçıvandan keçməklə Gürcüstana daxil olması Orta Dəhlizi zəiflətmir, əksinə, tamamlayır. Çünki Avropaya çıxış üçün ən qısa və təhlükəsiz yol yenə də Qara Dəniz və Gürcüstan limanlarıdır. Bu baxımdan Gürcüstan Orta Dəhlizin Avropa qapısı funksiyasını qoruyur və tranzit mərkəz statusunu saxlayır”.

Sabiq deputat sonda onu da qeyd etdi ki, Orta Dəhlizə yeni cənub qolunun açılması ölkəyə strateji seçim zərurəti gətirir: “Bəli, bu gün region artıq tək xətli tranzit modelindən imtina edib. Gürcüstan daxili siyasi sabitliyi qoruyub neytral və praqmatik siyasət yürütməsə, alternativ marşrutlar onun logistik rolunu azalda bilər. Lakin düzgün siyasət aparılarsa, Gürcüstan bu yeni qolun inteqrasiyası ilə tranzit və logistika mərkəzinə çevriləcək. İqtisadi baxımdan, bu faktlar yük həcmlərini artıra, marşrutların elastikliyini yüksəldə və limanlarda əlavə tranzit potensialı yarada bilər. Bu isə Gürcüstanı yalnız tranzit ölkə kimi deyil, regional logistika mərkəzi kimi rolunu gücləndirir. Yeni marşrutlar həm iqtisadi, həm də siyasi baxımdan Gürcüstanın uzunmüddətli maraqlarına xidmət edir. O həm də Azərbaycanın region üçün mərkəzə çevrilmək niyyətinin reallaşdırılmasına kömək edəcək. Eyni zamanda, Mərkəzi Asiya ilə Qərbi Avropa ölkələri arasında tranzitin inkişafına təkan verəcək, tərəfdaş ölkələr arasında qarşılıqlı inamı gücləndirəcək, iqtisadi əməkdaşlığı genişləndirəcək”.

Beləliklə, yeni tranzit marşrutları Gürcüstan üçün strateji imkanlar yaradır, mövcud dəhlizləri zəiflətmir, onları tamamlayır və gücləndirir. Ölkənin rolunu qoruyub möhkəmləndirməsi üçün isə daxili siyasi sabitlik, destabilizasiya risklərinin minimuma endirilməsi və neytral xarici siyasət kursunun seçilməsi əsas şərtlərdir. Bu yanaşma Gürcüstanı Asiya–Avropa dəhlizinin bir parçası kimi möhkəmləndirir, onun tranzit və logistika potensialını gücləndirir və regionda uzunmüddətli iqtisadi və siyasi maraqlarına xidmət edir.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Yanvar 2026 01:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri