Icma.az
close
up
RU
Yeni velosiped zolaqları hansı ərazidə olacaq? RƏSMİ

Yeni velosiped zolaqları hansı ərazidə olacaq? RƏSMİ

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində davamlı mikromobillik zolağı təşkil edilir. Artıq paytaxtda 39 kilometrlik mikromobillik zolağı salınıb. Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları bir-biri ilə əlaqələndirilir. Son belə işlər Hüseyn Cavid prospektində görülüb və daha əvvəl təşkil edilən Mətbuat prospektindəki mikromobillik zolağı ilə birləşdirilib. Beləliklə, dairəvi hərəkət imkanı yaradılıb".
Bu barədə Demokrat.az-ın sorğusuna cavab olaraq AYNA-dan bildirilib. Məlumata görə, hazırda metronun “Elmlər Akademiyası” stansiyası ətrafındakı mikromobillik şəbəkəsinin şəhərin mərkəzi hissəsindəki şəbəkə ilə əlaqələndirilməsi həyata keçirilir:
"Həmçinin paytaxtın Nəcəfqulu Rəfiyev və İzzət Orucova küçələrində mikromobillik zolaqlarının salınması planlaşdırılır. Bununla da Xocalı prospektindəki zolağın 8 Noyabr prospekti və Afiyəddin Cəlilov küçəsindəki zolaqlarla əlaqələndirilməsi nəzərdə tutulub.
Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılır, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılır, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunur. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılır".
Qurumdan verilən məlumata görə, istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə işıqforlarda velosiped bölmələri yaradılır:
"Əhali arasında velosiped və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, mikromobillik zolaqları şəbəkəsi genişləndirilir. Məqsəd, xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir".
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 İyul 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri