Yeni vergi dəyişiklikləri: bu ildən kim qazanır, kim itirir?
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
1 yanvar 2026-cı ildən Vergi Məcəlləsinin 45 maddəsində 145 dəyişiklik qüvvəyə minib. Bu dəyişikliklərin əsas hissəsi güzəşt müddəti bitmiş vergi və sığorta ödənişlərin yenidən vergi rejiminə qaytarılması, yeni vergi güzəştlərin tətbiqi və vergi inzibatçılığın təkmilləşdirlməsi məqəsdi daşıyır.
Belə olduğu halda Azərbaycanda yeni vergi dəyişikliklərində kimlərin uduzub, kimlərin qazanacağı sual doğurur.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, bu ildən güzəşt müddəti bitmiş vergilər və sığorta ödənişləri yumşaq şəkildə və daha yüngül formada vergi rejiminə qaytarılır.
“Həm qeyri-neft sektorunda muzdla işləyənlərin ödəyəcəyi mənfəət vergisi, həm də sığorta ödənişlərin yükü güzəştlər tətbiq olunaraq fəaliyyətlərin davam etdiyi dövrdən daha aşağı vergi yükü ilə hesablanacaq. Bu da sahibkarların və vergi ödəyicilərin daha aşağı faizlə ödənişlərin edilməsinə imkan yaradacaq”.
Balıqçılıq, Naxçıvan Muxtar Respublikası, gəmiqayırma sənayesi qazanacaq:
“Vergi güzəştləri tətbiq olunacaq sahələrdən biri də kənd təsərrüfatında balıqçılığın yetişdirilməsidir. Burada sahibkarlar müəyyən olunmuş müddətdə vergidən azad olunur və daha çox gəlirlə bu sənayenin inkişafına stimullaşdırılır. Vergilərdən azad olunmanın geniş tətbiq olunduğu ərazilərə Naxçıvan Muxtar Respublikası da daxil olunmuşdur. Bu, Naxçıvanın iqtisadi potensialının dirçəldilməsinə və yeni iş yerlərin açılmasına xidmət edəcək. Naxçıvanın vergilərdən azad olunması burada investisya yatıracaq sahibkarları stimullaşdıracaq və yeni istehsal sahələrin açılmasına yol açacaq. Vergidən azad olunan digər bir sahə gəmiqayırma sənayesidir. Bu, gəmiqayırma zavoduna rəqabətqabiliyyətli fəaliyyəti təmin edərək xarici sifarişlərin çoxaldılmasına imkan verəcəkdir.
“Vergi məcəlləsində edilmiş dəyişikliklər sırasına vergi inzibatçılığının təkmilləşdirilməsi də daxildir. Burada məqsəd daha şəffaf fəaliyyət göstərən vergiödəyicilərin hesabatlılıq və nəzarəti məsafədən həyata keçirilməsinə əsaslanmışdır. Bu ilin əvvəlindən qüvvəyə minmiş dəyişikliklə ölkə iqtisadiyyatın rəqabətqabiliyyətinin artmasına və inkişafına töhfə verəcək”- deyə deputat qeyd edib.
İqtisadçı Əkrəm Həsənov əməkhaqqından tutulan vergilərlə bağlı dəyişiklikləri şərh edərkən bildirib ki, yenilik vətəndaşlara təsirsiz ötüşməyəcək. O bildirib ki, buna səbəb yeddi il ərzində tətbiq olunmayan vergi mexanizmi bu ildən qismən və növbəti illərdə mərhələli şəkildə artırılacaq.
“Mövcud vəziyyətdə həm maaş alanlar, həm də maaş verənlər, yəni sahibkarlar risk qrupundadır. Əgər sahibkar əməkhaqqını artırmasa, bu halda zərərçəkən vətəndaş olacaq, çünki ötən illə müqayisədə onun xalis gəliri azalacaq. Əgər sahibkar vergi yükünü kompensasiya etmək üçün işçinin maaşını qismən və ya tam artırarsa, bu dəfə zərər sahibkarın üzərinə düşəcək”.
İqtisadçının fikrincə, sahibkar yaranan əlavə xərci öz üzərində saxlaya bilməyəcək və nəticədə satdığı məhsulun və ya göstərdiyi xidmətin qiymətini artırmaqla bu itkini kompensasiya etməyə çalışacaq. Bu isə son nəticədə bütün cəmiyyətə, xüsusilə də istehlakçılara təsir göstərəcək.
Əkrəm Həsənov əlavə edib ki, neftdən daxil olan gəlirlərin azalması fonunda bu itkini vergilər hesabına kompensasiya etmək cəhdi başa düşüləndir. Lakin onun fikrincə, alternativ yol kimi lazımsız və səmərəsiz xərclərin azaldılması daha məqsədəuyğun və daha rasional yanaşma olardı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 14 Yanvar 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















