Icma.az
close
up
RU
Menu

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

Voloçkova qızının toyunda Puqaçovanın mahnısını ifa edəcək

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün tədbirlər görüləcək

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

“Bavariya” bir addım da çempionluğa yaxınlaşıb

Mask gələcəklə bağlı proqnoz verdi

Hələ də güzgüyə baxmıram Fotolar

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

“Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir” Famil Fərhadoğlu KONKRET

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

Azərbaycanda 12 günlük bayram tətili kim qazanır, kim itirir...

Azərbaycanda 12 günlük bayram tətili kim qazanır, kim itirir...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu il Novruz və Ramazan bayramları ard-arda gəldiyindən qeyri-iş günlərinin də sayı çox olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda martın 20-dən aprelin 1-dək – yəni 12 gün ardıcıl qeyri-iş günü hesab edilir. Belə uzunmüddətli istirahət insanlara dincəlmək, özünə və ailəsinə vaxt ayırmaq üçün əla fürsətdir. Amma bu, heç də hamının ürəyincə deyil. Belə ki, bəzi sahələrdə xidmət göstərənlər, xüsusilə sahibkarlar sözügedən qərardan o qədər də məmnun qalmayıb.

Ümumiyyətlə, belə uzunmüddətli dayanmalar iqtisadiyyata hansı təsirləri göstərə bilər?

Əvvəlcə məsələyə ölkə iqtisadiyyatının strukturu prizmasından yanaşaq. Azərbaycanda ötən il 126 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu il də təxminən 130 milyard manat ətrafında proqnozlaşdırılır. Gün ərzində orta hesabla 350 milyon manatlıq ÜDM istehsal olunur. 12 gündə 4,2 milyard manatlıq məhsul istehsalından söhbət gedir. Bu qədər dəyər itiriləcəkmi? Əlbəttə ki, xeyr.

Azərbaycanda məhsul istehsalının 33 faizi mədənçıxarma sənayesində formalaşır, yəni əsasən neft-qaz hasilatı ilə bağlıdır. Neftin hasilatı, emalı və ixracı fasiləsiz prosesdir, qeyri-iş günləri ilə əlaqəsi yoxdur. Bu sahələrdə əsasən növbəli iş rejimi tətbiq olunur. Yalnız inzibati və idarəetmə bölmələrində çalışanlar işə çıxmırlar.

ÜDM-də ikinci yerdə 10 faiz paya malik ticarət sektoru durur. Azərbaycanda ticarət obyektlərinin bayram günləri işləməməsi nadir hallarda olur, uzağı 1-2 gün çəkir. Sahibkarlar mümkün qədər işçiləri növbəli şəkildə işə çağıraraq fəaliyyətlərini davam etdirirlər. Bu günlər alış-veriş üçün əlavə vaxt imkanı yaradır və iş adamları bu fürsətləri qaçırmaq istəməzlər.

7 faiz payı olan nəqliyyat sektoru bayram və istirahət günlərinə baxmır. Avtobus, metro, qatarlar, təyyarələr reyslərini yerinə yetirir. Burada yalnız işə çıxan əməkdaşların növbəliliklə istirahət etməsi nəzərə alınır. Yəni bu sahədə dayanma yoxdur. Düzdür, Bakı şəhərində şəhərdaxili nəqliyyatda bayram günləri dövriyyə azala bilər, amma bölgələrə üz tutanların sayı digər günlərlə müqayisədə artır.

ÜDM-də 6,7 faiz payı olan tikinti sektorunda vəziyyət fərqlidir. Təxirəsalınmaz tikinti işləri qrafikə uyğun onsuz da davam etdirilir. Bu sahədə fəaliyyət göstərən sahibkarların işləri dayandıracağı və ya davam etdirəcəyi onların qərarından asılı olur.

5,7 faiz paya malik kənd təsərrüfatı sektoru bu günlərdə onsuz da sönük dövrüdür. Əkinçilik işləri hələ başlamayıb, heyvandarlıq öz tempi ilə davam edir. Heyvanların bəslənilməsi işi və qeyri-iş günlərinə bağlı deyil.

Kommunal və rabitə sahələrində xidmət öz axarına uyğun davam etdirilir. Yalnız inzibati və idarəetmə sektorlarında çalışanlar işə çıxmır, qalan sahələrdə xidmət davam edir.

Bu günlərdə təhsil, səhiyyə (təcili tibbi yardım istisna olmaqla), kitabxana, muzey kimi obyektlər fəaliyyət göstərmir. Hüquq-mühafizə orqanlarında xidmət davam etdirilir.

Novruz bayramı Azərbaycanda turizm sektorunun inkişafına müsbət təsir göstərir. Bayram dövründə ölkəyə xarici turistlər gəlir və yerli turistlər öz ölkə daxilində səyahət edirlər. Bayram günlərində insanlar bölgələrə səfər edirlər, otellərdə gecələyir, kafe və restoranların xidmətlərindən istifadə edirlər. İnsanlar bayram alış-verişləri edirlər, xüsusən də Novruz ənənələrinə uyğun olaraq müxtəlif hədiyyələr, şirniyyatlar və ev əşyaları alırlar. Bu, xüsusən kiçik və orta biznesin inkişafına təkan verir.

Bayram günlərinin və tətillərin iqtisadiyyata sözsüz ki, mənfi təsirləri də var.

Bayram tətilləri dövründə bəzi xidmət sahələrində geriləmə və dövriyyənin azalması müşahidə olunur. Əsasən, insanların çoxunun paytaxtdan kənara getməsi səbəbindən bəzi xidmət sahələri fəaliyyətdə çətinliklərlə üzləşir.

Bank xidmətlərinin məhdudlaşması da ciddi narahatlıq yaradır. Bayram günlərində bank xidmətlərinə çıxış olmaması, köçürmələrin və digər maliyyə əməliyyatlarının həyata keçirilməməsi yalnız kiçik sahibkarlara deyil, həm də iri biznes subyektlərinə zərər vurur.

Bayram günlərinin çoxluğunun əsas problemlərindən biri, özəl sektorda əməyin tənzimlənməsi ilə bağlı yaranan çətinliklərdir. Şirkət rəhbərləri bayram günlərində əməkdaşlarını işə çağırmağa məcbur olur, lakin qanunvericiliyə görə, bu halda onlara ikiqat maaş ödənməlidir. Lakin bir çox şirkətlər bu ödənişləri yerinə yetirmir və bunun nəticəsində işçilərin hüquqları pozulur.

Novruz bayramı həm də sosial və mədəni bir hadisə olduğu üçün insanların həyatına psixoloji təsirlər də göstərir. İşçilər uzun bir iş dövründən sonra bayram tətili ilə rahatlamağa çalışır. Bu, uzunmüddətli perspektivdə işçi motivasiyasının və ümumi istehsalın artmasına səbəb ola bilər.

Ümumiyyətlə, Azərbaycanda bayram və qeyri-iş günlərinin sayı 142 günə çatır. Bu da beynəlxalq təcrübəyə müqayisədə olduqca böyük bir rəqəmdir. Misal üçün, inkişaf etmiş ölkələrdə il ərzində təkcə bayram günlərinin sayı 8-10 gün arasındadır. Azərbaycanda isə bu göstərici 22-ə çatır.

Bir çox xarici ölkələrdə uzunmüddətli bayram tətilləri mövcuddur.

Çin Yeni İli dünyada ən uzunmüddətli bayramlardan biridir və çox zaman bir həftə və daha çox davam edir. Bu dövr ərzində Çin iqtisadiyyatı müəyyən dərəcədə zəifləyir, fabriklər və şirkətlər fəaliyyətlərini dayandırır. Lakin, bayram dövründə turizm sektoru və ticarət canlanır.

Hindistanda Divali ən böyük və ən uzun bayramlardan biridir və bir neçə gün davam edir. Divali bayramında insanlar bayram alış-verişlərinə böyük miqdarda pul xərcləyirlər. Həmçinin, Hindistanda bu bayram dövründə turizm sahələri də canlanır. İstehsal sektoru bu müddət ərzində müəyyən dərəcədə zəifləyir.

Yaponiya hər il Qızıl Həftə adlanan uzunmüddətli tətili 5 gün davam edir və ölkədəki əsas bayramları və tətil günlərini əhatə edir. Bu dövrdə çox sayda insan səyahətə çıxır. Həmin günlərdə istehsal sahələrində fəaliyyət azalır.

Ölülər Günü (Day of the Dead) Meksikada ənənəvi olaraq qeyd olunan bir bayramdır və oktyabrın sonlarından noyabrın əvvəlinə qədər davam edir. İnsanlar əzizlərinin xatirəsini yad etmək üçün bir neçə gün bayram təşkil edir və bu dövrdə turizm və pərakəndə satışlar artır.

Türkiyədə Ramazan Bayramı ən əhəmiyyətli bayramlardan biridir və üç gün davam edir. Bu dövr ərzində çox sayda ticarət müəssisəsi, restoranlar və xidmət sahələri bağlanır və işçilər istirahət edirlər. Bayramda Türkiyədə turizm sektoru canlanır, çünki insanlar bayramı daha çox ailələri ilə keçirmək üçün ölkə daxilində səyahət edirlər.

Türkiyədə Qurban Bayramı bir neçə gün davam edir. Bayramda da insanlar qurban kəsir, ailələri ilə bir araya gəlir və bayram süfrələri qururlar. Türkiyənin Cumhuriyet Bayramı (29 oktyabr) və Ulusal Egemenlik və Çocuk Bayramı (23 aprel) kimi milli bayramları ümumilikdə ikigünlük tətillərə səbəb olur.

Novruz İranın ən böyük bayramlarından biridir və mart ayının sonlarında başlayır. Bu dövr çox vaxt bir neçə gün davam edir və çoxsaylı ailəvi səyahətlər, bayram alış-verişləri və müxtəlif əyləncələr ilə xarakterizə olunur. İqtisadiyyatda, xüsusən turizm, pərakəndə satış və nəqliyyat sahələrində canlanma müşahidə olunur. Lakin, dövlət sektorunda və bəzi istehsal sahələrində fəaliyyət azalır. İranda Ramazan, Qurban bayramları, İslam inqilabının ildönümü xüsusi qeyd olunur.

Rusiyada Yeni İl və Milad bayramı ən uzun tətillərdən biridir. Bu bayramda insanlar əsasən evlərində tətil keçirir, ailəvi görüşlər təşkil edir. Bu günlər bayram alış-verişləri, xüsusən şirniyyat və hədiyyə satışlarında ciddi artımlar müşahidə olunur.

Braziliyada karnavallar iki həftəyə qədər davam edir. Bu müddət ərzində nəqliyyat, turizm və xidmət sahələrində canlanma yaranır. Bazarlar, restoranlar, otellər və xüsusi tədbirlər sahələri bu dövrdə çox sayda müştəri qəbul edir. Lakin, bəzi istehsal və sənaye sahələrində fəaliyyət azalır, çünki bir çox iş yeri tətilə çıxır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

26 Aprel 2025 21:57see229

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

27 Aprel 2025 04:00see227

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

27 Aprel 2025 05:03see136

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

26 Aprel 2025 19:44see136

Voloçkova qızının toyunda Puqaçovanın mahnısını ifa edəcək

26 Aprel 2025 19:54see135

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün tədbirlər görüləcək

26 Aprel 2025 23:35see133

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see131

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

27 Aprel 2025 03:43see129

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

27 Aprel 2025 04:42see129

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

27 Aprel 2025 13:11see127

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

27 Aprel 2025 03:33see126

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

27 Aprel 2025 19:52see125

“Bavariya” bir addım da çempionluğa yaxınlaşıb

26 Aprel 2025 23:49see123

Mask gələcəklə bağlı proqnoz verdi

27 Aprel 2025 04:03see123

Hələ də güzgüyə baxmıram Fotolar

27 Aprel 2025 00:21see122

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

27 Aprel 2025 22:09see119

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see119

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see115

“Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir” Famil Fərhadoğlu KONKRET

27 Aprel 2025 11:45see114

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

27 Aprel 2025 23:55see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri