Yeni xərçəng dərmanı Azərbaycana gətiriləcəkmi? AÇIQLAMA
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünyada ən ağır onkoloji xəstəliklərdən biri hesab olunan mədəaltı vəzi xərçənginin müalicəsi ilə bağlı yeni məlumat yayılıb.
Avtosfer.az xəbər verir ki, mədəaltı vəzi xərçəngi çox vaxt ilkin mərhələdə aşkar əlamətlər vermədiyindən gec müəyyənləşdirilən xəstəliklərdəndir. Xəstəlik digər orqanlara yayıldıqda müalicə daha da çətinləşir. Bu səbəbdən yeni dərmanların hazırlanması və müalicə imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqı bu xəstəliyin metastatik mərhələsində olan pasiyentlər üçün nəzərdə tutulan “Daraxonrasib” adlı dərmana rəsmi icazə verib. Yeni preparat əvvəllər ən azı bir mərhələ müalicə almış yetkin xəstələrin müalicəsində tətbiq oluna biləcək. Avropa İttifaqı ölkələrində xəstələrin müalicəyə çıxışını sürətləndirmək üçün yekun hesabatın dekabrda hazırlanması istiqamətində işlər sürətləndirilib.
Bəs bu dərmanın Azərbaycanda da tətbiqi və xəstələr üçün əlçatan olması gözlənilirmi?
Mövzu ilə bağlı həkim Adil Qeybulla Avtosfer.az-a açıqlamasında qeyd edib ki, bu dərman preparatı onkoloji hüceyrələrdəki nəzarət nöqtələrinə təsir göstərir:

"Bu dərman mədəaltı vəzin adenokarsinomasında, yəni mədəaltı vəzin xərçəngində istifadə olunur. Bu çox ağır patologiya sayılır. Xeyli müddətdir ki, Amerikada sınaqdan keçirilirdi. Preparat effektiv bir preparatdır, amma çox bahalıdır. Bunun bir kurs müalicəsi yarım milyon dollara yaxındır. Dərman sınaqdan keçirildikdən bir müddət sonra onun lisenziyasının və istehsalçı firmanın ixtira hüququnun müddəti başa çatır. Onun generikləri müxtəlif üsullarla istehsal olunur, lakin bu istehsal qanuni hesab edilmir. Ona görə də bu preparatın Amerikadan alınıb Azərbaycanda istifadə olunmasını mümkün hesab etmirəm. Bir müddətdən sonra bu preparat effektiv olsa, yəqin ki, müəyyən firmalar və zavodlar onu hansısa yolla əldə edib, ayrı-ayrı ticarət markaları ilə istehsal edəcəklər. Amma bunlar molekulyar biologiyanın ən müasir nailiyyətləri ilə alınan, yüksək texnologiya ilə hazırlanan dərman preparatlarıdır. Onların keyfiyyət parametrləri çox vacibdir. Ona görə də hesab edirəm ki, bu, həm maddi baxımdan, həm də preparatın istifadəsi baxımından yaxın müddətin perspektivi deyil".
Züleyxa Allahverdiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 18 Noyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















