Icma.az
close
up
RU
Xaricdə yaşayan blogerlər tutulub Azərbaycana gətiriləcəkmi?

Xaricdə yaşayan blogerlər tutulub Azərbaycana gətiriləcəkmi?

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xaricdə yaşayan və Azərbaycan hakimiyyəti əleyhinə təbliğat aparan blogerlər cinayət məsuliyyətinə cəlb olunur. Proses bir neçə ay əvvəl başlayıb və hazırda davam edir. Ancaq hələ ki onlardan tutulanı, ölkəyə gətiriləni yoxdur. Azərbaycan rəsmiləri deyir, bu da olacaq.

Deputat, YAP-ın parlament qrupunun əlaqələndiricisi Hikmət Babaoğlu isə daha da irəli gedərək, sensasiyalı açıqlama verib. O deyib ki, təkcə blogerlər yox, onlara müsahibə verənlər də cəzalana bilər. Deputatın sözlərinə görə, təkcə cinayəti törədən yox, həm də bu cinayətə ortaq olanlar var. Belə görünür ki, Baş Prokurorluq müəyyən media orqanlarının "söyüş müxalifəti" adlandırdığı həmin blogerlərlə kifayətlənməyə bilər. Yəni həmin blogerlərə nəinki Azərbaycandan məlumat ötürənlərin, həm də onlara müsahibə, açıqlama verənlərin cəzalandırılması ehtimalı var. Hikmət Babaoğlu bu adamların hüquq-mühafizə orqanlarının hədəfində olduğunu, yaxud ola biləcəyini deyib. Ya da özü onları hədəf göstərib.

Bəli, Azərbaycan qanunvericiliyi buna imkan verir; ölkənin qüvvədə olan Cinayət Məcəlləsinin 12-ci maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşı Azərbaycandan kənarda öz ölkəsinin mənafeyi əleyhinə cinayət törədibsə, onun bu əməli Azərbaycan Respublikasının qanunları ilə cəzalandırılır. Ölkəyə qayıtsa, yaxud Azərbaycana ekstradisiya olunsa, burada tutulub mühakimə ediləcək .

Baş Prokurorluğun qaldırdığı bu cür cinayət işləri məlum kateqoriyadan olan şəxslərin Avropa İttifaqına üzv ölkələrdə, eləcə də, Azərbaycanla ikitərəfli qarşılıqlı hüquqi yardım haqqında saziş imzalamış başqa ölkələrdə də risk altına salır. Azərbaycan cinayət işləri üzrə hüquqi yardım haqqında Avropa Konvensiyasını ratifikasiya edib. MDB-nin özünün də belə bir konvensiyası var. Barəsində cinayət işi qaldırılmış, qiyabi icraat aparılan şəxslərə də bu hüquqi mexanizmlər tətbiq oluna bilər. O başqa məsələdir ki, əvvəla, bu və ya başqa dövlət hər hansı Azərbaycan vətəndaşının ölkəsinə ekstradiyası üçün onun cinayət şübhəlisi olmasına dair təkzibolunmaz dəlil-sübut istəyəcək. İkincisi, bir də Azərbaycanın həmin ölkə ilə siyasi münasibətlərinin necə olmağı da bu məsələyə təsir göstərən əsas amillərdəndir.

Bu birneçə ayda xaricdə yaşaya xeyli Azərbaycanlı bloger cinayətlərdə ittiham edilərək Baş Prokurorluğa çağırılıb. Onlardan heç biri çağırışa gəlməyib, əksinə bu çağırışlara ironik münasibət göstəriblər və bu cinayət işlərinin perspektivlərini, yumşaq desək, şübhə altına alıblar. Bununla belə dövlət rəsmiləri, eləcə də, ekspertlər arasında məlum blogerlərin tutulub Azərbaycana gətiriləcəyini deyənlər də az deyil.

Hər halda bunu gələcək göstərəcək.

Seyid Əhmədli,

bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 Noyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri