“Yenidən Avropa çempionu olmaq üçün mübarizə aparacam” Güləşçi ilə MÜSAHİBƏ
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan millisinin yunan-Roma güləşçisi Nihad Məmmədlinin (60 kq) SİA-ya müsahibəsini təqdim edirik:
- Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək güləş üzrə Avropa çempionatında mübarizə aparacaqsınız. Hazırlıqlarınız necə davam edir?
- Hazırlıq yüksək səviyyədədir. Sonuncu məşq toplantısını demək olar ki, başa vururuq. Bakıda son üç məşqimiz qalıb. Bu toplanışlarda əsasən çəki salmaq üçün nəzərdə tutulub. Komanda olaraq yarışa yaxşı şəkildə hazırlaşdığımızı düşünürəm. Ümid edirəm ki, komandamızla birgə istədiyimiz nəticəni əldə edərik.
- Avropa çempionatından gözləntiləriniz nələrdir?
- Təbii ki, ən böyük gözləntim titulumu qoruyub-saxlamaqdır. Bunun üçündə əlimdən gələni edəcəm.
- Rəqibləriniz barədə nələr deyə bilərsiz?
- Hər birini analiz etmişəm. Rəqiblərimin güclü və zəif tərəflərini nəzərdən keçirmişəm. Bütün rəqiblərlə mübarizəyə hazıram.
- Çempionluğla bağlı ümidləriniz nə dərəcədədir?
- Ümidim çox böyükdür. Yenidən Avropa çempionu olmaq üçün mübarizə aparacam. Bayrağımızı dalğalandırıb, himnimizi beynəlxalq arenada səsləndirmək üçün əlimdən gələni edəcəm.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 04 Aprel 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















