Icma.az
close
up
RU
İkiqat Avropa çempionu: Azərbaycanda olimpiya qızılı qazanan ilk qadın güləşçi olmaq istəyirəm MÜSAHİBƏ

İkiqat Avropa çempionu: Azərbaycanda olimpiya qızılı qazanan ilk qadın güləşçi olmaq istəyirəm MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 iyul, AZƏRTAC

İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanan Günay Qurbanova AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- İkinci dəfə Avropa çempionu oldunuz. Təəssüratlarınız maraqlıdır...

- Bu Avropa çempionatında da hədəfim qızıl medal idi. Başqa əyarlı medal düşünmürdüm. Yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxdığım üçün sevincli və qürurluyam.

- Özünüzdən ikinci dəfə bu nəticəni gözləyirdiniz?

- Bəli, qeyd etdiyim kimi, qızıl medaldan başqa heç nə fikirləşmirdim. Turnirdə yalnız çempionluq üçün güləşirdim.

- Bir müddət öncə Azərbaycan qadın güləşinin sayılıb-seçilən idmançılardan Mariya Stadnik yığmada koordinator vəzifəsinə təyin edildi. Bu təyinat barədə nə deyə bilərsiniz?

- ⁠Mariya Stadnik Azərbaycan qadın güləşi tarixinə kifayət qədər medallar qazandıran idmançıdır. Bundan sonra da inanıram ki, qızların uğurlarında onun da rolu böyük olacaq.

- Çəki dərəcələriniz eyni olmasa da, özünüzü Mariya Stadnikin davamçısı olaraq görürsünüzmü?

- Bildiyiniz kimi, Azərbaycan qadın güləşi tarixində olimpiya qızılı yoxdur. Eyni zamanda, yerli qızlardan bu yarışda iştirak edən olmayıb. Arzum budur ki, Olimpiya Oyunlarında iştirak edib, ilk qızıl medalı məhz mən qazanım.

- Azərbaycan qadın güləşinin hazırkı durumunu necə qiymətləndirirsiniz?

- ⁠Ölkəmizdə qadın güləşi günü-gündən inkişaf edir. Bu, danılmaz faktdır. Artıq hər yaş qrupunda çıxış edən qızlar beynəlxalq turnirlərdə müxtəlif əyarlı medallar qazanmağı bacarırlar. Belə davam etsək, əminəm ki, bir neçə ildən sonra böyüklər arasında dünya və Avropa çempionları olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri