Icma.az
close
up
RU
Yenilginin içində dirilən ruh

Yenilginin içində dirilən ruh

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Bəzən tablodakı rəqəmlər yalan danışır. 1:2 - sadəcə bir hesabdır. Amma bu dəfə o rəqəmlərin arxasında itmiş bir inamın yeni cücərtiləri gizlənib. Bəli, Krakovda  Azərbaycan yığması uduzdu, amma ilk dəfə idi ki, uduzaraq dirəndi.

Futbol bəzən yalnız nəticə deyil, bir xalqın özünü ifadə üsuludur. Uzun illərdir bu ifadə sönmüşdü - meydanda nə səs vardı, nə də nəfəs. Amma indi kimlərsə qışqırmadan, pafos olmadan sadəcə mübarizə aparır. Və bəlkə də bu, hər şeyin başlanğıcıdır.

Ayxan Abbasovun komandasına baxanda bir həqiqət aydın görünür: o oyunçulardan yalnız sistem istəmir, ruh istəyir. Bu ruh isə nizam-intizamdan, taktiki sxemlərdən daha önəmlidir. Çünki futbolun içində bir fəlsəfə var: qorxmamaq fəlsəfəsi. Bu komanda qorxmadı. Rəqibin kim olmasının fərqi yoxdur. Fransaya da, Ukraynaya da qarşı oynamaq mümkündür, inanmaq şərtiylə.

Əvvəllər biz meydanda qaçan, amma heç yerə çatmayan bir komanda idik. İndi isə hər addımda məqsəd hiss olunur. Hər top itkisində, meydandakı hər savaşda, hər ötürmədə bir düşüncə var. Bu, nəticəni dəyişməyə bilər, amma dəyərləri dəyişir.

Bəli, hələ çox şey çatmır. Ustalıq, təcrübə, geniş heyət. Aancaq artıq ən vacib şey var: məğlubiyyətə utanc kimi yox, dərs kimi baxmaq.

Futbol əslində, bir yaddaşdır. Hər oyun, hər səhv, hər qol bu yaddaşın yeni qatını yaradır. Bizim yaddaşda çox ağrı, çox susqunluq var... İndi isə sükutu sındıran bir ton yaranır - mübarizə tonu.

"Krakoviya" stadionunda soyuqla birgə qəribə bir istilik dolaşırdı. Oyunu izləyənlər bilirlər. Bu istilik qələbədən deyil, ümiddən doğur. Çünki komanda təslim olmur. Qorxmur. Döyüşür.

Futbol budur. Bəzən nəticə səni sənə qaytaran bir vasitə olur. Və bəlkə də futbolun bütün fəlsəfəsi elə budur - sən uduzanda belə, özünü tapırsan.

Əli Sahib
 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://fanat.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see394

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see359

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see285

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see279

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see266

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see256

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see214

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see207

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see174

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see171

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see167

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see165

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see162

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see161

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see158

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see157

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see153

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see152

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri