Icma.az
close
up
RU
Yenilginin içində dirilən ruh

Yenilginin içində dirilən ruh

Icma.az bildirir, Fanat portalına istinadən.

Bəzən tablodakı rəqəmlər yalan danışır. 1:2 - sadəcə bir hesabdır. Amma bu dəfə o rəqəmlərin arxasında itmiş bir inamın yeni cücərtiləri gizlənib. Bəli, Krakovda  Azərbaycan yığması uduzdu, amma ilk dəfə idi ki, uduzaraq dirəndi.

Futbol bəzən yalnız nəticə deyil, bir xalqın özünü ifadə üsuludur. Uzun illərdir bu ifadə sönmüşdü - meydanda nə səs vardı, nə də nəfəs. Amma indi kimlərsə qışqırmadan, pafos olmadan sadəcə mübarizə aparır. Və bəlkə də bu, hər şeyin başlanğıcıdır.

Ayxan Abbasovun komandasına baxanda bir həqiqət aydın görünür: o oyunçulardan yalnız sistem istəmir, ruh istəyir. Bu ruh isə nizam-intizamdan, taktiki sxemlərdən daha önəmlidir. Çünki futbolun içində bir fəlsəfə var: qorxmamaq fəlsəfəsi. Bu komanda qorxmadı. Rəqibin kim olmasının fərqi yoxdur. Fransaya da, Ukraynaya da qarşı oynamaq mümkündür, inanmaq şərtiylə.

Əvvəllər biz meydanda qaçan, amma heç yerə çatmayan bir komanda idik. İndi isə hər addımda məqsəd hiss olunur. Hər top itkisində, meydandakı hər savaşda, hər ötürmədə bir düşüncə var. Bu, nəticəni dəyişməyə bilər, amma dəyərləri dəyişir.

Bəli, hələ çox şey çatmır. Ustalıq, təcrübə, geniş heyət. Ancaq artıq ən vacib şey var: məğlubiyyətə utanc kimi yox, dərs kimi baxmaq.

Futbol əslində, bir yaddaşdır. Hər oyun, hər səhv, hər qol bu yaddaşın yeni qatını yaradır. Bizim yaddaşda çox ağrı, çox susqunluq var... İndi isə sükutu sındıran bir ton yaranır - mübarizə tonu.

"Krakoviya" stadionunda soyuqla birgə qəribə bir istilik dolaşırdı. Oyunu izləyənlər bilirlər. Bu istilik qələbədən deyil, ümiddən doğur. Çünki komanda təslim olmur. Qorxmur. Döyüşür.

Futbol budur. Bəzən nəticə səni sənə qaytaran bir vasitə olur. Və bəlkə də futbolun bütün fəlsəfəsi elə budur - sən uduzanda belə, özünü tapırsan.

Əli Sahib
 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://fanat.az
archiveBu xəbər 04 Fevral 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see341

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see327

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see325

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see306

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see266

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see234

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see190

Həftəsonu oyunlar bu kanallarda AFİŞA

04 İyul 2026 03:58see188

Azərbaycan güləşçilərindən 5 medal

04 İyul 2026 14:05see180

Azərbaycan nefti üçün yaxşı xəbər var

04 İyul 2026 09:10see176

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5 10 avtomobil düşür VİDEO

04 İyul 2026 06:10see175

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

04 İyul 2026 09:57see174

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see161

DÇ 2026: Messi qol vurdu, Argentina 1/8 finala keçdi

04 İyul 2026 09:15see161

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək Məhkəmə işi

04 İyul 2026 17:14see160

Daha bir ölkə məktəbdə telefon qadağası tətbiq edir

04 İyul 2026 04:47see160

Azərxalça maliyyə vəziyyətini açıqlayıb

04 İyul 2026 14:17see159

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see155

ATƏT PA da Azərbaycan Belarusa dəstəyini ifadə edib

04 İyul 2026 19:06see154

7 ci sinif şagirdi vəfat etdi

04 İyul 2026 17:20see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri