Icma.az
close
up
RU
Yeniyetmələr arasında yayılan təhlükəli xəstəlik: Anoreksiya

Yeniyetmələr arasında yayılan təhlükəli xəstəlik: Anoreksiya

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Son dövrlərdə həm ölkəmizdə, həm də dünyada yeniyetmələr arasında ciddi şəkildə yayılmağa başlayan anoreksiya nevroza xəstəliyi narahatedici səviyyəyə çatıb. Mütəxəssislər bildirirlər ki, bu xəstəliyin yayılmasında sosial şəbəkələrdə təbliğ olunan qeyri-realist bədən gözəlliyi standartlarının rolu böyükdür.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul Prof. Dr. Cemil Taşcıoğlu Şəhər Xəstəxanasının Uşaq sağlamlığı üzrə mütəxəssisi Hüseyn Dağ qeyd edir ki, anoreksiya – bədənin enerji qəbulunun bilərəkdən kəskin şəkildə məhdudlaşdırılması və kilo alma qorxusu ilə müşayiət olunan ciddi psixoloji və fiziki sağlamlıq problemidir.

“Yemək pozuntuları müxtəlif formalarda ola bilər – bulimiya, qaçınan-qısıtlayıcı yemək pozuntusu və s. Amma bunların içərisində ən təhlükəlisi anoreksiya nevrozadır. Ən çox qızlarda müşahidə olunur. Lakin son dövrlərdə oğlan uşaqlarında da qeyri-tipik formalarına rast gəlirik”, – deyə o bildirib.

Mütəxəssis əlavə edir ki, anoreksiya olan yeniyetmələr bədən çəkilərinin çox aşağı olmasına baxmayaraq, özlərini kök hiss edir və daim çəki almaqdan qorxurlar. Bu da onların yeməkdən imtina etməsinə və ciddi qidalanma pozuntularına səbəb olur. “Əgər xəstəliyi erkən mərhələdə müəyyən edə bilsək, müalicə daha uğurlu olur. Amma çox vaxt yeniyetmələr bunu xəstəlik kimi qəbul etmədikləri üçün gecikirlər. Ailələr, adətən, övladlarının bariz dərəcədə arıqladığını və ya məktəbdə bayıldığını görəndə həkimə müraciət edirlər”.

Hüseyn Dağ bildirir ki, bəzi hallarda məktəbdə dərs zamanı huşunu itirən yeniyetmələr təcili yardımla xəstəxanaya çatdırılır və sonra onların anoreksiya diaqnozu aldığı məlum olur:

“Son zamanlarda normal bədən çəkisinə malik olan uşaqların belə pəhriz saxlaması təhlükəli tendensiyadır. Bədən uzunmüddətli aclığa adaptasiya olduqca, insan artıq aclıq siqnallarını hiss etmir. Bu da ciddi sağlamlıq risklərinə gətirib çıxarır”.

Mütəxəssisin sözlərinə görə, ailə üzvlərindən birində bu xəstəlik varsa, digər ailə üzvlərində də ortaya çıxma ehtimalı 10 qat artır. Bəzi hallarda yaxınlarının itkisi və ya psixoloji təzyiqlər (məsələn, çəki ilə bağlı sataşmalar) da bu xəstəliyin başlamasına səbəb ola bilər.

Prof. Hüseyn Dağ qeyd edir ki, sosial şəbəkələrdə “zəiflik = gözəllik” mesajı verilməsi bu problemin əsas qidalandırıcılarından biridir:

“Aparılan tədqiqatlara görə, qadınların yarısı, kişilərin isə təxminən dörddə biri öz bədənini bəyənmir. Yeniyetmələrdə bu narazılıq daha güclüdür. Sosial mediada anoreksiyanı müsbət və ideal bir hal kimi təqdim edən paylaşımlar çox təhlükəlidir. Ailə, məktəb və cəmiyyət olaraq bu yanlış mesajlara qarşı tədbir görmək lazımdır”.

Mütəxəssis xəbərdarlıq edir ki, ev şəraitində uşaqlara “mütləq yeməlisən” deyə təzyiq göstərmək düzgün deyil:

“Bu xəstəlik sadəcə ‘ac qalmaq’ deyil, ciddi psixoloji pozuntudur. Əgər uşaq son aylarda 6 kiloqram və ya daha artıq çəki itiribsə, daim kalori hesabı aparırsa və ya yeməkdən qaçırsa, mütləq şəkildə həkimə aparılmalıdır. Evdə edilən məcburiyyət və təhdidlər yalnız konflikt və müqavimət yaradır”.

Anoreksiyanın daha çox orta yeniyetməlik dövründə – yəni 13-17 yaş arasında müşahidə olunduğunu deyən həkim əlavə edir:

“Bu dövrdə gənclər özlərini daha çox bəyənilmək ehtiyacı ilə qarşı-qarşıya hiss edir. Ona görə də pəhriz və bədən görünüşü ilə bağlı yanlış qərarlar verə bilirlər. Sağlam bədən üçün sağlam düşüncə tərzi formalaşdırmaq vacibdir”.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 May 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri