Icma.az
close
up
RU
Valideynlərə xəbərdarlıq Yeniyetmələr arasında təhlükəli oyun yayılıb, hipnozla...

Valideynlərə xəbərdarlıq Yeniyetmələr arasında təhlükəli oyun yayılıb, hipnozla...

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uşaqlar və yeniyetmələr arasında “Qırmızı Qapı, Sarı Qapı” (Red Door, Yellow Door) adlı təhlükəli oyun yayılıb.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı məktəbliləri arasında son vaxtlar bu oyunu oynadığı qeyd edilir. Bəzi məktəblərdə hətta valideynlərə çağırışlar edilib. Qeyd edək ki, bu, psixoloji eksperiment və ya hipnozvari təsirə malik ritual kimi təqdim olunan bir oyun formasıdır. Bu oyun son illərdə, xüsusən “TikTok” və digər sosial media platformalarında trendə çevrilib və əsasən yeniyetmələr arasında populyarlaşıb.  Oyun necə oynanır?  Bir şəxs (bələdçi) digərini (oynayanı) yönləndirir. Oynayan gözlərini yumur, bələdçi isə onun alnına və sinəsinə toxunaraq hipnoz effektinə bənzər şəkildə onu "qapılarla dolu" bir “zehni otağa” daxil etdiyini təsvir edir. Oynayan bu otaqlarda “qırmızı qapı”, “sarı qapı” və sair qapılar görür və hansı qapıdan keçmək istədiyini seçir. Görülən obrazlar və səhnələr isə çox zaman qaranlıq, qorxulu və narahat edici olur — bu da oyunun təhlükəsini artırır. Məlumat üçün bildirək ki, Rusiyada artıq bu oyunla bağlı valideynlərə xəbərdarlıq edilib. Qeyd edilir ki, bu oyun bəzi yeniyetmələrdə psixoloji travma yaradıb. Qeyd edilir ki, bu oyun  xüsusən həssas psixikası olan yeniyetmələrdə qorxu, təşviş, narahatlıq və yuxusuzluğa səbəb ola bilər. Hipnoz elementi isə oyun zamanı bəzi hallarda uşaq, yeniyetmə özünü realdan ayırır və kontrol hissini itirə bilərlər.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a mövzunu şərh edib: “Əgər uşaqların davranışlarında qəfil dəyişikliklər, qorxulu yuxular və ya sosial təcrid halları müşahidə edilirsə bu, bir təsadüf kimi qiymətləndirilməməlidir. Onları dinləmək, müşahidə etmək və dəstək olmaq lazımdır. Eyni zamanda onlar rəsm, musiqi, idman və oxu kimi sağlam alternativ fəaliyyətlərə yönləndirilməlidir. Uşaqla açıq və sakit tərzdə oyunlar haqqında danışılmalıdır. Onu qorxutmadan, ancaq məlumatlandıraraq izah edilməlidir ki, bu tip oyunlar psixikaya mənfi təsir edə bilər. Zərurət yarandıqda psixoloqa müraciət edilməlidir.

“Qırmızı Qapı, Sarı Qapı” kimi hipnozvari, yönləndirilmiş təsəvvürə əsaslanan və düşüncəni dəyişən ritual oyunlar uşaqlara və yeniyetmələrə təsiri həm psixoloji, həm də sosial baxımdan narahatlıqlar yarada bilər.

Oyunda "bələdçi" rolundakı şəxsin oyunu idarə etməsi və oynayan şəxsin ona tam etibar edərək öz təsəvvür dünyasını ona açması hipnoz təcrübəsinə bənzəyir. Bu zaman uşaq psixikasında mənfi davranış hissi və təşviş reaksiyası baş qaldırır. Bəzi hallarda bu, travmatik kabuslara, yuxusuzluğa, panik ataklara və daha ağır psixi pozuntulara səbəb olur.

Yeniyetməlik dövrü emosional dalğalanmalar, şəxsiyyət axtarışı və kimliyin formalaşması kimi gərginliklərlə müşayiət olunur. Bu dövrdə beyin tam formalaşmadığı və qərarvermə funksiyaları inkişaf etmədiyi üçün yeniyetmələr təsirə daha açıq olurlar. “Qırmızı Qapı, Sarı Qapı” kimi oyunlar sağlam düşüncəni mənfi obrazlarla manipulyasiya etdiyi üçün oyun oynayan şəxslərdə psixi pozuntular müşahidə edilir. Təşvişi, depressiyası və ya hansısa keçmiş travması olan uşaq və yeniyetmələr üçün bu, çox təhlükəlidir. Psixoloji həssaslıq göstərən uşaqlar bu cür yönləndirilmiş təsəvvür oyunlarından uzaq tutulmalıdır”.

Psixoterapevt əlavə edib ki, valideynlər övladları ilə bu kimi oyunlar barədə açıq və anlayışlı şəkildə danışmalıdır: ““Qırmızı Qapı, Sarı Qapı” kimi oyunların uşaq və yeniyetmələr arasında yayılması psixoloji maarifləndirmənin əhəmiyyətini daha da ön plana çıxarır. Psixoloji maarifləndirmə vasitəsilə valideynlər, müəllimlər və uşaqlar bu oyunların mahiyyəti və mümkün təhlükələri barədə məlumatlandırılmalı, uşaqlara öz hisslərini ifadə etmə və təhlükəli situasiyalardan uzaq durma bacarıqları öyrədilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Aprel 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri