Icma.az
close
up
RU
Anoreksiya

Anoreksiya

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Anoreksiya nevrosa – xüsusilə gənc qadınlarda rast gəlinən, yeməkdən imtina, yuxuya ehtiyacın azalması, buna baxmayaraq patoloji hiperaktivlik kimi əlamətlərlə xarakterizə olunan psixonevrogen bir pozulmadır.

Xəstəlik əsasən yeniyetməlik dövründə, çox nadir hallarda isə orta yaşlarda başlayır. Belə xəstələr öz bədən quruluşlarından məmnun olmur, kökəlməkdən çox qorxur və əslində belə olmasa da çox kök olduqlarını düşünürlər. Başlanğıcda arıqlamaq üçün müxtəlif pəhrizlər tutur, sonralar iştahları itir və həzmi pozulur, həddən artıq arıqlamağa başlayırlar.

Hal hazırda anoreksiyaya artıq təkcə qadınlarda deyil, kişilərdə də rast gəlinir. Belə ki, xəstəlik əhalinin 0.5 – 1%-ndə görünür və xəstələrin  95 %-i 12-20 yaş arası qızlar olur.

Anoreksiyaya səbəb olan amillər arasında sosial faktorlar əsas yer tutur. Insanların beyninə oturan “Arıqsansa yaxşı görünürsən” fikri xəstəliyin son illərdə bu qədər vüsətlə yayılmağına səbəb olub. Bundan başqa bəzi ailəiçi problemlər və psixoloji sıxıntılar da səbəb olaraq göstərilir. Anoreksiya nevrosa diaqnozunu qoymaq üçün xəstədə aşağıda sadalanan əlamətlər olmalıdır:

- Bədən çəkisinin yaş normasından 15% və daha çox əskik olması

- Arıq olmasına baxmayaraq kökəlməkdən həddən ziyadə qorxması

- Özünü düzgün qiymətləndirməməsi

- Qadınlarda amenoreya (ən azı 3 ay müddətində menstruasiyanın olmaması)

- Kişilərdə libidonun zəifləməsi

Onu da qeyd edim ki, belə xəstələr mükəmməlliyi sevir və işlərində çox nailiyyətlər əldə edirlər.

Anoreksiya iki formada özünü büruzə verir:

- Birinci tipdə xəstələr yeməyin miqdarını azaldır və ya ondan imtina edir

- İkinci tipdə isə yeməyi çox sürətlə və çox miqdarda qəbul edir, sonra isə qusur.

Xəstəliyin gedişi üç mərhələyə ayrılır:

Disformanik mərhələdə xəstələr öz bədən çəkisi və xarici görünüşü ilə əlaqədar depressiyaya düşür. Arıqlamaq üçün ideal pəhriz axtarışında olur. Anorektik mərhələyə keçid dayanıqlı aclıq nəticəsində baş verir. Xəstələrin bədən çəkisi 20-30 faiz azalır və bu onları çox xoşbəxt edir. Əslində isə dövr edən qanın miqdarı azalır, hipotoniya və bradikardiya yaranır, üşümə, tez-tez xəstələnmə, dərinin quruması və alopesiya (keçəlləşmə) əlamətləri meydana çıxır. Daha bir əlamət – qadınlarda menstrual dövrünün pozulması, kişilərdə isə spermatogenezin və cinsi fəaliyyətin zəifləməsidir. Endokrin sistemində getdikcə pozulmalar inkişaf edir, sümüklərdə osteoporoz inkişaf edir. Toxumaların sürətli parçalanması səbəbindən iştaha tamamən kəsilir. Kaxektik mərhələ 1,5 – 2 ildən sonra inkişaf edir, daxili orqanlarda geriyə dönməyən distrofik dəyişikliklər baş verir. Bu mərhələdə bədən çəkisinin 50%-dən artığı itirilə bilir. Bu səbəbdən su-duz mübadiləsi pozulur, zülalsız ödemlər yaranır, orqanizmdə kaliumun miqdarı kəskin surətdə azalır, bu da ürək ritmində ağır pozulmalara səbəb olur. Kaxektik mərhələdə baş verən distrofik dəyişikliklər adətən geriyə dönmür və proses ölümlə nəticələnir.

Xəstələrin 30%-i sağalır, 30%-ndə yaxşılaşma, 30%-ndə xronikləşmə qeyd olunur. Təəssüf ki, 10% hallarda anoreksiya nevrogenosa ölümlə nəticələnir.

Xəstəliyin müalicəsi pozulmanın erkən mərhələsində başladıqda daha yaxşı nəticə əldə olunur. Müalicə əsasən psixoterapiyadan, alimentar reabilitasiyadan və müalicəvi qidalanmadan ibarətdir.

Müalicənin ilkin mərhələsində xəstə gündə 6-7 dəfə kiçik porsiyalarla yemək yeməlidir. Pəhrizdə yetərli miqdarda təzə meyvə, tərəvəz, meyvə quruları, göyərti, qoz, süd və qatıq, pendir, yumurta, balıq kimi ərzaqlar olmalıdır.

Əgər xəstə müalicə başlandıqdan bir ay sonra 2-3 kg və daha çox çəki artırıbsa, bu terapiyanın effektli olduğuna dəlalət edir.

Mənbə: Herba Flora jurnalı

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri