Icma.az
close
up
RU
Yeniyetmələrin tərbiyə metodu KORLANIB Məktəb, valideyn, yoxsa cəmiyyət günahkardır?

Yeniyetmələrin tərbiyə metodu KORLANIB Məktəb, valideyn, yoxsa cəmiyyət günahkardır?

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Şəkidə 11-ci sinif şagirdi 4 nəfər sinif yoldaşı tərəfindən dağa aparılaraq döyülüb.  
Son vaxtlar yeniyetmələr arasında artan zorakılıq halları geniş müzakirələrə səbəb olur.
Cəmiyyət isə bu hallarda müxtəlif günahkarlar tapır. Bunların başında isə valideynlər və məktəb müəllimləri gəlir. Adətən belə hadisələr olduqda uşaqdan çox, onlar qınaq obyektinə çevrilirlər.
Bəs əslində necə?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Ofelya Məmmədovanın fikirlərinə görə bu kimi hadisələr cəmiyyət üçün ciddi siqnal olmalıdır. Yeniyetmələr arasında artan aqressiya və zorakılıq tək bir qurumun deyil, bütövlükdə ailə, məktəb və cəmiyyətin birgə məsuliyyətidir.
Müsahibimiz yeniyetmələrin tərbiyə metodlarından da danışıb:
“Yeniyetmələrin tərbiyə metodu zamanla bir neçə əsas səbəbə görə dəyişib. Keçmişdə ailə, məktəb və cəmiyyət birlikdə uşağın tərbiyəsində daha böyük rol oynayırdı, amma bu gün bəzi faktorlar bu prosesi zəiflədib. Bunlara ailə tərbiyəsinin zəifləməsi,  sosial medianın təsiri, məktəbin rolunun azalması, cəmiyyətin dəyişən dəyərləri, ailədaxili problemlər daxildir.
Məktəb də, valideyn də, cəmiyyətdə bu məsələdə məsuliyyət daşıyır, amma əsas rol valideynlərin üzərinə düşür. Uşağın şəxsiyyəti ilk növbədə ailədə formalaşır. Əgər valideyn övladına düzgün tərbiyə verməsə, ona sevgi və qayğı göstərməsə, uşaq aqressiyanı və zorakılığı normal qəbul edə bilər.
Valideyn övladının dostlarını və davranışlarını nəzarətdə saxlamalı onun psixoloji vəziyyətinə diqqət yetirməli, zorakılığın qəbuledilməz olduğunu aşılamalıdır”.
Bəs bu məqamda məktəbin rolu nədir?
“Məktəb isə uşaqların sosial münasibətlərini tənzimləməli, zorakılıq hallarının qarşısını almalı və psixoloji dəstək göstərməlidir. Müəllimlər şagirdlər arasındakı münasibətləri izləməli, neqativ halları vaxtında aşkar edib müdaxilə etməlidirlər”-deyə Ofelya Məmmədova bildirib.
“Əgər cəmiyyət zorakılığı normal qəbul edirsə, uşaqlar da bunu mənimsəyirlər”.
Psixoloq qeyd edib ki, cəmiyyətin də bu məsələdə böyük günahı var:
“Uşaqlar və yeniyetmələr ətraf mühitdən öyrənir, gördükləri davranışları təqlid edirlər. Əgər cəmiyyət zorakılığı normal qəbul edirsə, aqressiya gündəlik həyatın bir parçasına çevrilirsə, uşaqlar da bunu mənimsəyir və tətbiq edirlər. Sosial media, filmlər və oyunlar bəzən zorakılığı normallaşdırır. Bundan əlavə, ümumi ictimai mühitdə aqressiya və haqsızlıq hökm sürəndə, uşaqlar da bu davranış modelini təqlid edirlər.
Cəmiyyət olaraq zorakılığın qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalı, sağlam ünsiyyət mədəniyyəti təşviq olunmalıdır. Cəmiyyət, valideynlər və məktəb birlikdə hərəkət etməlidir. Əgər biz zorakılığı qınamır, onu normallaşdırır və ya laqeyd yanaşırıqsa, bu halların qarşısını almaq çətin olacaq. Cəmiyyət sağlam dəyərləri təbliğ etməli, uşaqlara empatiya, hörmət və birlik anlayışlarını aşılamaq üçün daha aktiv olmalıdır”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Mart 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri