Yer kürəsində ən qədim kraterin yaşı müəyyən edilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 24 iyun, AZƏRTAC
Avstraliyalı geoloqlar 2025-ci ildə Pilbara bölgəsində aşkar edilən Yer kürəsinin ən qədim kraterinin yaşını dəqiqləşdiriblər.
AZƏRTAC xəbər verir ki, Avstraliyadakı Curtin Universitetinin mətbuat xidmətinin məlumatına görə, diametri 40–45 km olan krater təxminən 3 milyard il əvvəl, Yer kürəsinin erkən qitələrinin formalaşdığı dövrdə yaranıb.
Tədqiqatçı Kristofer Kirkland bildirib ki, bu krater Arxey dövrünə aid nadir geoloji tapıntıdır və Yer kürəsinin ilkin inkişaf mərhələlərinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Alimlərin araşdırmasına görə, krater böyük asteroidin Yerə çırpılması nəticəsində formalaşıb. Sirkon kristallarının təhlili bu yaşın təxminən 3 milyard il olduğunu təsdiqləyib.
Mütəxəssislərin fikrincə, bu kəşf Yer kürəsinin erkən geoloji tarixinin anlaşılması baxımından xüsusi önəm daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 24 İyun 2026 06:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















