Icma.az
close
up
RU
Yer tarixindəki ən böyük məhv: 250 milyon il əvvəl nə baş verib?

Yer tarixindəki ən böyük məhv: 250 milyon il əvvəl nə baş verib?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Dünya kütləvi məhv hadisələri üçün yad deyil. İndiyədək beş kütləvi məhv hadisəsi baş verib. Bəzi alimlər hətta altıncı yox oluşub ortasında olduğumuzu iddia edirlər. 
Demokrat.az
-ın məlumatına görə, dünyadakı məhv hadisələrinij ən böyüyü Yerdəki həyatı o qədər böyük miqyasda məhv etdi ki, ona "Böyük ölüm" adı verilib.
Əgər siz 65 milyon il əvvəl Chicxulub asteroidinin vurması nəticəsində yaranan kütləvi məhvin başımıza gələn ən pis hadisə olduğunu fikirləşirsinizsə, bir daha düşünün və təxminən 250 milyon il əvvələ qayıdın. "Böyük ölüm" (sonralar rəsmi olaraq Perm-Trias yox ölüsü adlandırılıb) bütün həyat normalarını məhv edib.
Məhv olma zamanı dəniz canlılarının 95 faizindən çoxu və quru canlılarının 70 faizindən çoxu ölüb. Ümumilikdə, bu dövrdə Yerdəki bütün növlərin təxminən 90 faizi yer üzündən silinib. Bunun nə qədər vaxt apardığı ilə bağlı mübahisələr hələ də davam edir.
Fosil qeydləri elm adamlarının bütün bunların baş verdiyini söyləyə bilmələrinin səbəbidir. Təsəvvür edin ki, Perm dövründən erkən Trias dövründə çökən çöküntü qayasından bir dilim götürə və "Böyük ölüm"ü fosil müxtəlifliyində qəfil, kəskin azalma kimi düşünə bilərsiniz.
Təbii ki, belə bir kütləvi məhv olma səbəbsiz baş verə bilməzdi. Bununla belə, elm adamları uzun müddətdir ki, bu hadisəyə nəyin səbəb olduğunu anlamaqda çətinlik çəkirdilər. Bəziləri bunun asteroid zərbəsi olduğunu iddia edir, digərləri isə böyük bir vulkan püskürməsinin iqlimi və ya bir sıra amilləri dəyişdiyini deyirdi.
2014-cü ildə Massaçusets Texnologiya İnstitutundan (MIT) bir qrup tədqiqatçı buna metan istehsal edən mikrobların artmasının səbəb ola biləcəyini fərz edib. Onlar Cənubi Çindən gələn çöküntüləri tədqiq etdikdən sonra belə nəticəyə gəliblər ki, Methanosarcina (metan istehsal edən euryarchaeote arxeya cinsi) Perm dövrünün sonlarına doğru inkişaf etməyə başlayıb. Bu daha çox metan demək idi. Daha sonra karbon qazına çevrilərək qlobal istiləşməyə və okeanların turşulaşma səviyyəsinə töhfə verərək, geniş miqyasda məhv olmağa səbəb olub.
Daha yeni tədqiqatlar "amillərin birləşməsi" nəzəriyyəsinə əsaslanır, xüsusən də vulkan püskürmələrinin iqlimə istiləşmə təsirləri quruda meqa El Nino hadisələri ilə daha da şiddətlənir.
Professor Paul Viqnall deyir: "Perm-Trias böhranı zamanı El Nino daha uzun müddət (10 il) quraqlığa səbəb oldu və ardınca illərlə daşqın baş verdi. Beləliklə, yer üzündə hər yerdə iqlim pisləşdir".
Viqnall ilə birgə açıqlama verən professor Yadonq Sun aşağıdakıları əlavə edir: "Həyatların çoxu bu şəraitə uyğunlaşa bilmədi, amma şükürlər olsun ki, bir neçəsi sağ qaldı, yoxsa biz bu gün burada olmazdıq. Əks halda, "Böyük ölüm" Yer üzündə həyatın sonu olardı".
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Noyabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri