Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Siyəzən rayonunda ünvanlı sosial yardıma görə qayınata kürəkəninə xəsarət yetirib.
Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, şəhər sakini olan Orxan Məmmədov (soyad şərtidir - red.) bir müddət əvvəl həbs edilib və cəzasının müəyyən hissəsini çəkəndən sonra ona amnistiya aktı tətbiq olunub və azad edilib. Bundan sonra aztəminatlı ailə kimi müraciətinə əsasən ona ünvanlı sosial yardım təyin edilib. Bir neçə aydan sonra Orxan həyat yoldaşından ünvanlı sosial yardım kartını istəyib. Məlum olub ki, onun ailəsinin ünvanlı sosial yardım kartı qayınanasındadır. Buna görə ər və arvad arasında mübahisə başlayıb və Orxanın həyat yoldaşı acıq edərək atasının evinə gedib. Bir neçə gündən sonra Orxan ailəsinin arxasınca qayınatasıgilə gəlib və o, həyat yoldaşından evə dönməyi xahiş edib. Bu vaxt qayınatası Əsəd Orxanla mübahisə edib. Dava zamanı Əsəd əlindəki bellə Orxana baş və sifət nahiyəsindən xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəlib, Əsəd saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Əsəd 1200 manat cərimələnib.
Baxış sayı:164
Bu xəbər 29 Oktyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















