Icma.az
close
up
RU
Yerin nüvəsinin sərhəddində sirli yerdəyişmə Nələr baş verə bilər?

Yerin nüvəsinin sərhəddində sirli yerdəyişmə Nələr baş verə bilər?

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qustav Eyfel Universitetinin (Paris) fransız geofizikləri Yerin dərinliklərində qeyri-adi kütləvi yerdəyişmə aşkar ediblər.

Turkustan.az xəbər verir ki, bu kəşf barədə "Geophysical Research Letters" jurnalında məqalə dərc edilib.

Bildirilib ki, yerdəyişmə 2006-2008-ci illər arasında nüvə-mantiya sərhədində, təxminən 3000 kilometr dərinlikdə baş verib.

Tədqiqat Amerika-Almaniya GRACE peyk missiyasının məlumatlarına əsaslanır. Alimlərin fikrincə, Yerin daxili hissəsində qeydə alınan kütləvi dəyişiklik süxurların, xüsusən də perovskitlərin strukturunda mümkün transformasiyalardan xəbər verir.

Bu minerallar həddindən artıq təzyiq altında əmələ gəlir və uzun müddət aşağı mantiyanın mühüm tərkib hissəsi hesab olunurdu. Onların mövcudluğu həm laboratoriya təcrübələri, həm də seysmik müşahidələr ilə təsdiq edilib: bu bölgədə dalğa sürəti perovskit süxurlarının xüsusiyyətlərinə uyğundur.

GRACE cazibə məlumatlarının təhlili Yerin cazibə qüvvəsində lokal dəyişikliyə səbəb olan kütləvi yerdəyişməni aşkar edib. Elm adamları, nüvə-mantiya sərhədindəki deformasiyanın təxminən on santimetrə çata biləcəyini deyirlər. Bu da öz növbəsində maye nüvənin hərəkətinə təsir göstərə və müşahidə olunan maqnit anomaliyalarına səbəb ola bilər.

Tədqiqatçılar vurğulayıblar ki, bu proseslərin dəqiq səbəbləri hələ müəyyən edilməyib, lakin aparılan işlərin nəticələri planetin daxili quruluşunu, eləcə də onun geodinamik proseslərə, o cümlədən zəlzələlərə və Yerin maqnit sahəsinin formalaşmasına təsirini daha yaxşı anlamağa kömək edəcək. /publika.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Sentyabr 2025 02:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri