Yerlərdə olan rəhbərlər bəzi hallarda insanları dövlətdən narazı salırdılar Deputat
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Prezident İlham Əliyev yeni təyin olunan icra başçıları qarşısında çox ciddi tapşırıqlar qoydu. Xüsusilə vurğuladı ki, dövlət başçısının onlara verdiyi tapşırıqlar sözsüz icra olunmalıdır. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır".
Bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. O bildirib ki, insanlarla ünsiyyət yaratmaq, dövlətdən narazı salmamaq əsas məsələdir:
"Yəni, yerlərdə olan rəhbərlər bəzi hallarda insanları dövlətdən narazı salırdılar, öz şəxsi məqsədləri üçün vəzifədən istifadə edirdilər. Bu da sonda yaxşı nəticələrə gətirib çıxarmır. Yeni təyin olunmuş rəhbərlər dövlət başçımızın tapşırıqlarını əsas tutaraq öz fəaliyyətlərini quracaqlar. Hardasa qoyulan vəzifələr icra olunmursa, müasir dövrün tələblərinə uyğun şəkildə idarəetmə sistemi qura bilmirlərsə, onlar vəzifədən uzaqlaşdırılacaq, onların yerinə yeni kadrlar təyin olunacaq. Əsas məsələ odur ki, harda idarəetmə sistemi zəif həyata keçirilir, lazımi səviyyədə qurula bilinmirsə, orada rəhbərlərin dəyişdirilməsi, onların daha bacarıqlı, bilikli şəxslərlə əvəzedilməsi prosesi davam etdiriləcək. Kadrların rəhbər vəzifələrə təyin olunması onların bilik və bacarıqlarına uyğun şəkildə həyata keçirilir. Düşünürəm ki, yeni təyin olunan icra başçıları və Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunduqları rayonlarda öz fəaliyyətləri ilə göstərilən etimadı doğrultmağa çalışacaqlar".
Deputat qeyd edib ki, dövlət başçısının yeni təyin olunan rəhbər şəxslərin qarşısında qoyduğu vəzifələr ancaq onlara aid deyil: "Həmçinin, hazırda vəzifədə olan şəxslərə də ünvanlanmış tapşırıqlardır. Ümumilikdə, ölkəmizdə idarəetmə sistemi yüksək səviyyədə qurulmalıdır. Bu gün bölgələrdən böyük şəhərlərə axın olması görünür. Çünki şəhərlərdə iş yerləri daha çoxdur. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi daha yüksəkdir. İnsanlar əsasən şəhərlərdə gəlir əldə etmək və ailəsini dolandırmaq üçün daha həvəsli olurlar. Amma dövlət başçısı bir daha qeyd etdi ki, rayonlarda, kəndlərdə yeni iş yerləri yaradılmalı, onların şəhərə gəlmək istəkləri, şəhərdə istədikləri kimi iş tapmaq arzuları olduqları yerlərdə reallaşmalıdır. Yeni iş yerlərinin yaradılması üçün müəyyən tədbirlər görülməli, sahibkarların fəaliyyəti üçün süni maneələr yaradılmamalı, yeni iş yerlərinin yaradılması üçün rayonlara əlavə investisiyalar cəlb edilməli, yeni müəssisələrin açılması üçün öz səlahiyyətləri çərçivəsində töhfə verməlidirlər. Bu da ölkəmizdə işsizlik məsələsinin həll olunmasında əsas rol oynayan məsələlərdən biridir".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 14 Noyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















