Icma.az
close
up
RU
Yerli avtomobillərə maraq azalıb Səbəb nədir?

Yerli avtomobillərə maraq azalıb Səbəb nədir?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Avtomobil sənayesi hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayan sahələrdəndir. Bu sektor nəqliyyat vasitələrinin istehsalı və satışı ilə yanaşı, məşğulluq səviyyəsinə, daxili bazarın inkişafına və texnoloji yeniliklərin tətbiqinə də təsir göstərir. Azərbaycanda da avtomobil sənayesinin inkişaf etdirilməsi istiqamətində son illərdə müxtəlif addımlar atılıb, yerli istehsalın genişləndirilməsi üçün bir sıra layihələr həyata keçirilib. 

Bununla belə, 2025-ci ilin yanvar ayına aid göstəricilər avtomobil istehsalında əvvəlki illə müqayisədə ciddi azalmanın müşahidə olunduğunu göstərir. Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ilin ilk ayında ölkədə cəmi 235 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 171 ədəd və ya 42,1 faiz azalma deməkdir. Bundan əlavə, fevral ayının əvvəlinə olan məlumata görə, yerli müəssisələrdə 141 ədəd avtomobil ehtiyatda qalıb. Bəs, görəsən, istehsalın birdən-birə 42 faiz azalmasını şərtləndirən səbəblər hansılardır? Bu sahədə inkişafa necə nail ola bilərik?

İqtisadçı-ekspert Günay Hüseynovanın sözlərinə görə, Azərbaycanda avtomobil istehsalı tələb və təklif amili əsasında formalaşır: "Gəncə, Neftçala, Naxçıvan, Hacıqabulda avtomobil istehsalı müəssisələri fəaliyyət göstərir. Yerli istehsala tələbatın azalmasının ilkin səbəbi onların ehtiyat hissələri, detalları ilə bağlıdır. Çünki xaricdən alınır. Normalda detallar da yerli istehsal olmalıdır. Avtomobil zavodlarımız istehsaldan daha çox yığma qurumudur. Xaricdən gətirilən hissələrin ölkədə yığılması baha olduğu üçün vətəndaş eyni qiymətə xarici istehsala üstünlük verir. Xarici avtomobillər görünüş, keyfiyyət baxımından da vətəndaşa daha cəlbedici gəlir. Tələb və təklif amili əsasında yerli minik avtomobili istehsalının statistik göstəriciləri də dəyişir”.

G.Hüseynova düşünür ki, yerli istehsala tələbi artırmaq üçün müəyyən addımlar atıla bilər: "Vətəndaşda maraq oyatmaq lazımdır. Bunun üçün bir sıra işlər görülməlidir. Məsələn, dövlət qurumlarındakı xidməti avtomobillər yerli istehsalla təmin olunarsa, sıravi vətəndaş da bu maşınlara maraq yaranar”.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə düşünür ki, yerli maşınlar xarici istehsala uduzur: "Statistik rəqəmlərə baxdıqda da görmək mümkündür ki, vətəndaşlarımız yerli minik avtomobillərinə daha az maraq göstərirlər. Bunun da müəyyən səbəbləri mövcuddur. Onlardan biri yerli istehsalın idxal edilən avtomobillərə uduzmasıdır. Yerli minik maşınlarının texniki parametrləri, yanacaq sərfiyyatı, komfortu idxal edilən avtomobillərdən geri qalır”. 

A.Əsədovun fikrincə, bu mənzərə əvvəlki dövrlərdə də mövcud olub: "Ümumi götürsək, vətəndaşlar çox zaman xarici istehsal olan avtomobilləri daha üstün tutublar. Həmçinin xaricdə istehsal edilən nəqliyyat vasitələri dizayn olaraq hər il yenilənirlər. Bu, insanların onlara olan marağını daha da artır. Bu amil də istehsalımızın arxa planda qalmasına gətirib çıxarır. Beləliklə, yerli istehsalda ləngimə baş verir”. 

Ekspert qeyd edir ki, vətəndaşlar avtomobillərə daha yüksək məbləğ ödəmək istəmirlər: "Digər bir məqam yerli nəqliyyat vasitələrinin qiymətinin baha olmasıdır. Bu maşınları kreditlə və ya lizinq şətrlərilə daha yüksək qiymətə əldə edirlər. Bu da yerli istehsalı ləngidən, istehsalımızın azalmasına səbəb olan faktlardandır. Yerli istehsal dedikdə xarici ölkələrdən hissələrin gətirilməsi və burada birləşdirilib yığılması başa düşülür. Bu isə özü-özlüyündə kifayət qədər xərc tələb edir.  Qeyd olunan məqamlar bir-biri ilə zəncirvari şəkildə bağlıdır”. 

Müsahibimizin fikrincə, hər bir halda yerli avtomobil istehsalı davam edilməli və genişləndirilməlidir: "Tələbatın zəif olması o mənaya gəlməməlidir ki, biz ümumiyyətlə avtomobil istehsalını dayandırmalıyıq. Əksinə, istehsalı daha da artırmalıyıq. Rəqabətə davamlı avtomobillər istehsal etməliyik. Həmçinin yerli bazarı araşdırmalıyıq. İnsanların maraq dairələrini öyrənməliyik. Avtomobil istehsal edərkən baxmalıyıq ki, hansı modelləri almaq daha sərfəlidir. Bunları dəyişdirərək inkişafa nail ola bilərik”. 

Ekspert deyir ki, istehsal üzərində çalışsaq,  avtomobillərimizi xaricə də ixrac edə bilərik: "Digər nəzərə alınmalı məsələ qonşu ölkələrin avtomobil bazarına çıxış imkanlarımızın olmasıdır. İstehsalı inkişaf etdirərək, daha keyfiyyətli avtomobillər istehsal edərək onları qonşu ölkələrə ixrac edə bilərik. Bu, ölkəmizin tanınması üçün də böyük fürsətdir”. 

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyun 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri