Icma.az
close
up
RU
Yerli ərzaq istehsalını necə artırmaq olar? TƏHLİL

Yerli ərzaq istehsalını necə artırmaq olar? TƏHLİL

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun inkişafı vacibdir. Xüsusilə də, kənd təsərrüfatının ərzaq yönümlü perspektivli sahələrinin inkişafının ümumi daxili məhsulda və dövlət büdcəsinin gəlirlərində mühüm rol oynaya biləcəyi aydındır. Artıq qeyri-neft sektoru büdcə gəlirlərində neft sektorunu üstələyib. Alkin aqrar sektorda inkişaf sürəti arzuolunan həddə deyil.

Aqrar sektorda əsas vacib sahə, ilk növbədə, ərzaq istehsalı ilə bağlıdır. Xüsusən də, taxılçılıq, heyvandarlıq, meyvə-tərəvəz və s. kənd təsərrüfatı sahələrinə daha böyük dövlət dəstəyinin göstərilməsi vacibdir. Bu, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Üstəlik, bu sahədən yaxşı gəlir də əldə etmək olar.

Hazırda ölkəmizin əsas tələbat məhsullarına olan ehtiyacının təxminən yarısı idxal hesabına ödənilir ki, bu da riskli göstəricidir. Son illərdə dövlətin bu sahəyə böyük investisiyalar qoyduğu, böyük həcmdə subsidiyalar, kreditlər ayırdığı, müxtəlif dövlət proqramları vasitəsilə güzəştlər tətbiq etdiyi müşahidə olunur. Lakin hələlik, əldə olunan nəticəni qənaətbəxş adlandırmaq olmaz. Faktiki olaraq, əhalinin ərzağa olan tələbatının təxminən yarısı idxal hesabına ödənilir.

Ərzaq təhlükəsizliyi üzrə xüsusi proqram həyata keçirən ölkələrdə xarici amillərin mümkün təsirlərindən maksimal sığortalanma mümkün olur. Belə ölkələrdə əsas tələbat mallarının çox böyük hissəsi ölkənin özündə istehsal olunur və bu da xarici amillərin təsirlərini minimuma endirir.

Dövlət tərəfindən kənd təsərrüfatına güclü dotasiya ayrılır, əsas ərzaq məhsullarının istehsalı üçün stimullaşdırıcı tədbirlər görülür, fermerlərə güzəştlər edilir. Belə ölkələrdə dövlət tərəfindən fermerin məhsulunun bazar qiymətinə alınacağı haqda qabaqcadan müqavilə bağlanır.

Buraya kəndlinin öz məhsulunu sərbəst və maneəsiz şəkildə bazara çıxarma imkanlarını, aqrar sığortanı, möhtəkirliyin aradan qaldırılmasını və anti-inhisar tədbirlərini də əlavə etsək, belə ölkələrdə xarici amillərin təsiri ilə ərzaq qıtlığı və bahalaşmanın yaranması üçün heç bir səbəbin olmadığı aydın olar.

Nəzərə alsaq ki, Azərbaycan özünü kənd təsərrüfatı malları tam təmin etmək gücündədir və digər ölkələrlə müqayisədə bizim ölkənin daha yaxşı iqlim, həmçinin münbit torpaq imkanları var, o zaman aydın olar ki, mövcud potensialdan düzgün və səmərəli istifadə etməklə buna nail olmaq olar.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məsələyə kompleks yanaşma ilə strateji aqrar proqramlar hazırlanıb yerinə yetirsə daha məqsədəuyğun olardı. Nazirlik və Su Ehtiyatları Agentliyi su mənbələrinin səmərəli istifadəsi, su ehtiyatlarının artırılması, şoran torpaqların yaralı hala gətirilməsi kimi tədbirləri həyata keçirməklə aqrar sektorun inkişafına böyük töhfə verə bilərlər.

Qəribəsi odur ki, ölkə özünü meyvə-tərəvəzlə artıqlaması ilə təmin edə biləcək gücdədir, lakin bazarlar bu məhsulların xarici analoqları- genetik modifikasiya olunmuş məhsullarla doldurulub. Belə məhsullar yerli məhsullardan xeyli ucuz satılır. Yerli meyvə-tərəvəz bazarlarda baha satılsa da, bundan kəndli yox, alverçilər qazanır.

Kəndli məhsulunu min bir əziyyətlə əkib-biçəndən sonra onu ucuz qiymətə alverçilərə verməyə məcbur olur. Çünki hərdən təşkil olunan və az sayda fermerin iştirak etdiyi yarmarkaları nəzərə almasaq, onların öz məhsulunu sərbəst satması üçün lazımi şərait yaradılmayıb. Bazarlar isə alverçilər tərəfindən zəbt olunub və məhsul istehsal edən kəndlilər oraya giriş imkanları yoxdur. Bu səbəbdən də, hər hansı bir məhsulu kəndlidən sahədə 20-30 qəpiyə alan möhtəkirlər onu bazarda dükanda ən azı 1 manata satırlar.

Belədə, iki tərəf uduzur- istehsalçılar və istehlakçılar. Bir tərəf də udur ki, bunlar da dəllallar, yəni möhtəkirlərdir. Bu prosesdən qazanan daha bir tərəf isə xaricdən ərzaq idxal edənlərdir.

Ona görə də təklif edirik ki, KTN tərəfindən ölkənin bütün şəhərlərində daimi fəlaiyyət göstərən və yalnız öz məhsulunu satan kəndlilərin buraxıldığı yarmarkalar təşkil edilsin. Bakı şəhərində azı 5-6, Gəncə və Suymqayıt kimi iri şəhərlərdə 2, digər şəhərlərdə 1 daimi yarmarka təşkil edilsə, rayonlardan öz məhsulunu satmağa gətirənlər pulsuz olara qoraya buraxılsa, o zaman ərzaq bazarında ucuzluq yaranacaq. Öz məhsulunu rahat, manesəiz sata bilmiş və gəlir əldə etmiş təsərrüfat sahibləri növbəti illərdə daha çox məhsul istehsal etməyə çalışacaqlar və nəticədə ölkə bazarında ucuzluq və bolluq yaranacaq.

Bununla paralel olaraq, aqrar sektorda suvarma, gübrələmə, növbəli əkin sistemi, aqrotexniki qulluq, kənd təsərrüfatı texnikaları ilə təchizat işləri də qaydasına salınsa böyük nailiyyətlər əldə etmək olar.

Kənd təsərrüfatı məhsulları həm də yüngül və yeyinti sənayesi deməkdir. Bölgələrdə çox sayda kiçik və orta emal müəssisələri yaradılsa biz məhsulumuzu xaricə xammal kimi ucuz satmarıq, hazır məhsul kimi daha baha sata bilərik və buradan həm istehsalçılar, həm də dövlət xeyli gəlir əldə edə bilər. Beləliklə, nəhəng aqrar-sənaye zənciri formalaşa bilər ki, ölkəmiz nəinki özünü əsas tələbat məhsuları ilə təmin edə bilər, hətta xeyli həcmdə hazır məhsul ixrac edə bilər.

Dövlət başçısının aqrar sektorun inkişaf etdirilməsi ilə bağlı hökumətin üzərinə qoyduğu vəzifələr düzgün yerinə yetirilsə, həm neftdən sonrakı dövr üçün böyük və gəlirli istehsal sahələri yaradılmış olar, həm də əhalimiz xaricdən gətirilən mənşəyi dəqiq aydın olmayan keyfiyyətsiz ərzaq məhsullarından azad olub, öz torpağımızın təbii və təmiz məhsulu ilə qidalanmış olar. Beləliklə, ərzaq təhlükəsizliyimiz tam təmin olunmuş olar.

Elçin Bayramlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri