Yerli özünüidarəetmə təkmilləşdirilməlidir Əli Əhmədov
Modern.az saytına istinadən Icma.az xəbər verir.
“Prezident İlham Əliyevin çıxışında üç əsas istiqamət ön plana çıxır: milli təhlükəsizliyin və milli kimliyin qorunması, iqtisadi inkişaf və əhalinin həyat səviyyəsinin yüksəldilməsi”.
Modern.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “Regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda bildirib.
Əli Əhmədov dünyada texnoloji, ideoloji və geosiyasi dəyişikliklərin sürətləndiyini qeyd edib. Onun sözlərinə görə, rəqəmsallaşma, robotlaşma və süni intellektin tətbiqi Azərbaycanın iqtisadiyyatına və insanların gündəlik həyatına birbaşa təsir göstərəcək.
Vitse-spiker ənənəvi güc mərkəzlərinin mövqelərinin dəyişdiyini, resurslar uğrunda mübarizənin və müharibələrin qlobal rəqabəti kəskinləşdirdiyini vurğulayıb. O bildirib ki, Prezidentin çıxışında müəyyənləşdirilən inkişaf istiqamətləri bu proseslər fonunda qiymətləndirilməlidir.
Əli Əhmədovun fikrincə, iqtisadi inkişafın nəticələrinin əhalinin rifahında əks olunması üçün regionlarda idarəetmə və yerli özünüidarəetmə təkmilləşdirilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 21 Oktyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















