Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Yerli özünüidarəetmə vacibdirmi?

Yerli özünüidarəetmə vacibdirmi?

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Bələdiyyə, bəlli bir ərazidə yaşayan insanların ümumi dəyərlərinə və rifahına xidmət edən, bir qəsəbənin və ya bölgənin idarə edilməsi üçün yaradılmış qurumdur. Dünyada bələdiyyələrin fəaliyyət sahələri çeşidlidir, cəmiyyətin sosial rifahını və ədalətini yüksəltmək, sosial problemləri həll etmək, imkansız insanlara dəstək olmaq, sosial xidmətlərə çıxışı asanlaşdırmaq, sosial həmrəyliyi gücləndirmək, təminatsız və tənha insanlara öz xidmətlərini təklif etməkdir.

Bələdiyyə institusional struktura malik olan, regional və ya yerli qanunlarla özünü idarə etmək hüququ verilmiş inzibati bölmədir. Bələdiyyələrin əsas vəzifəsi hakim olduqları ərazidə insan hüquqlarının tələblərini yerinə yetirməkdir. Bələdiyyə eyni zamanda bir şəhər və ya rayon üçün təmizlik, işıqlandırma, su və elektrik kimi ümumi ehtiyacları və xidmətləri təmin edən bir təşkilatdır. Dünya təcrübəsində özünün istehsalat sahələri olan, iş yerləri açan, yerli əhalini işlə təmin edib gəlir əldə etməsinə şərait yaradan, ödənişsiz avtobus və ya fərqli ictimai nəqliyyat vasitələri təmin edən, bağça və məktəb tikən bələdiyyə örnəkləri də var.

Bələdiyyələrin səlahiyyətləri muxtar da ola bilir, dövlətdən tam asılı da fəaliyyət göstərir. Bələdiyyələr fiziki şəxslərdən və şirkətlərdən gəlir vergisi, əmlak və korporativ gəlir vergisi tuta da bilər, dövlətdən yüksək miqdarda maliyyə vəsaiti də ala bilər. Bəzi Avropa ölkələrində, məsələn Almaniyada, bələdiyyələrin bələdiyyələrə məxsus ictimai xidmət şirkətləri vasitəsilə dövlət xidmətləri göstərmək üçün konstitusion hüququ var.

Dünya Bələdiyyələr Birliyi və ya Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Birliyi şəhərlərin, yerli özünüidarəetmə orqanlarının və bələdiyyələrin maraqlarını təmsil etmək və müdafiə etmək üçün yaradılmış beynəlxalq təşkilatdır. 2004-cü ildə yarandığı gündən onun qərargahı İspaniyanın Barselona şəhərindədir və həmçinin Türkiyə, Braziliya, Brüssel, Cakarta, Kazan, La Paz, Ottava və Rabatda regional qərargahları var. Bu birlik dünyanın yerli hökumətləri ehtiva edən ən böyük təşkilatıdır. Onun mövcudluq məqsədi demokratik yerli özünüidarə idealı üçün ümumi səs yaratmaqdır. BMT-nin 120 üzv ölkəsindən üzvləri var ki, bu da yer üzündə yaşayan əhalinin təxminən yetmiş faizini təşkil edir.

Azərbaycanda bələdiyədən əvvəl, ilk yerli özünüidarəetmə institutları indiki Azərbaycan Respublikasının ərazisi Rusiya İmperiyasının tərkibində olduğu dövrdə formalaşıb. 1877-ci ilin dekabrında Bakı şəhərində ilk dəfə olaraq yerli özünüidarəetmə orqanı olan Bakı Şəhər Duması seçki üsulu ilə yaradılıb. Duma üzvlüyünə əvvəlcə iri neft sənayeçiləri, tacirlər, fabrik, gəmi sahibləri seçilirdilər. Qoyulmuş məhdudiyyətlərə əsasən 1877-ci il dekabrda keçirilmiş seçkilərdə Bakı Şəhər Dumasına seçilən Duma üzvləri arasında yalnız Həsən bəy Zərdabi, müəllim Həbib bəy Mahmudbəyov, Ə. M. Topçubaşov kimi barmaqla sayılacaq qədər az sayda ziyalılar yerli əhalini təmsil hüququ əldə etmişdilər. Bakı varlılarından isə H. Z. Tağıyev, Şəmsi Əsədullayev, İbrahim bəy Aşurbəyov, Əliİskəndər Aşurov, İsabəy Hacınski, Ağabala Quliyev, Musa Nağıyev, Nəcəfqulu Sadıqov və başqaları Duma üzvü kimi seçilmişdilər.

1892-ci il şəhər islahatı nəticəsində kollegial icra hakimiyyəti səlahiyyəti ilə Bakı Şəhər Kollegiyası yaradılıb, Bakı Şəhər Duması isə həmin qurumun tərkibində məşvərətçi orqana çevrilib. Həmin 1892-ci ildə qəbul edilmiş yeni şəhər əsasnaməsi ilə Gəncə şəhərində tam səlahiyyətli, Şamaxı, Quba, Lənkaran, Şəki şəhərlərində məhdud səlahiyyətli yerli özünüidarəetmə orqanları fəaliyyətə başlayıb. 1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş kütləvi türk-müsəlman soyqırımlarından sonra hakimiyyəti ələ almış bolşeviklər Bakı Şəhər Dumasını buraxıb. Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti bərqərar olan kimi, Azərbaycanda şəhər dumaları bərpa edilib, Azərbaycan Xalq Cümhuriyyətinin dövründə yerli özünüidarə institutları icrası məcburi olan göstəriş vermə səlahiyyəti əldə ediblər.

1920-ci ildə Azərbaycan SSR-də yerli idarəetmə üsulu kimi, yerli xalq deputatları sovetləri formalaşdı. Bu qurumlar icrası məcburi olan göstərişlər verir, yerli icraiyyə komitəsini formalaşdırırdı. Hər rayon üzrə, yerli icra hakimiyyəti səlahiyyətlərini yerli xalq deputatları sovetinin formalaşdırdığı kollegial qurum olan rayon icraiyyə komitələri həyata keçirirdi.

Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12.12.1999-cu ildə keçirilib. Bu seçkilərdə 74 dairə və 4683 məntəqə seçki komissiyası yaradılıb. Həmin ildən etibarən ölkəmizdə hər 5 ildən bir yeni bələdiyyə seçkiləri keçirilir. Bu il 6-cı bələdiyyə seçkiləri keçirilir. Azərbaycanda bələdiyyələr müstəqil fəaliyyət göstərən orqan olsalar da, dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Onlar yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllinə bilavasitə cavabdehdirlər.

Bələdiyyənin səlahiyyətlərinə bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və xitam verilməsi, bələdiyyə sədrinin və onun müavinlərinin, daimi və digər kommisiyaların seçilməsi, yerli vergilərin və ödənişlərin müəyyən edilməsi, bələdiyyənin reqlamentinin təsdiq edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik,ondan istifadə və onun barəsində sərəncam, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli ekoloji proqramlarinin qəbul və icra edilməsi, yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi daxildir.

Bələdiyyənin büdcəsi fiziki şəxslərin əmlak vergisi, nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş, kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait və qanunla müəyyən edilən digər yerli ödənişlər, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi, Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar sayəsində formalaşır.

Habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər, bələdiyyə vergiləri və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar, fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları, dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti də bələdiyyə büdcələrinindir.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Yanvar 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri