Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Bu gün Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.
Redaktor.az Ermənistan KİV-lərə istinadən xəbər verir ki, səsvermə ölkənin 12 icmasını əhatə edir və saat 08:00-dan etibarən 317 seçki məntəqəsi açılıb.
Məlumata görə, məntəqələrdə seçicilərin qeydiyyatı məqsədilə 522 texniki avadanlıqdan istifadə olunur. Ölkənin 10 icmasında – Sevan (Geğarkunik vilayəti), Noyemberyan (Tavuş vilayəti), Spitak (Lori vilayəti), Kapan (Sünik vilayəti), Aşotsk və Amasiya (Şirak vilayəti), Aştarak və Aparan (Araqatsotn vilayəti), eləcə də Baqramyan və Metsamorda (Armavir vilayəti) seçkilər partiya siyahıları üzrə (proporsional sistemlə) təşkil olunub.
Araqatsotn vilayətinin Arevut və Metsadzor icmalarında isə səsvermə fərdi namizədlər üzrə (majoritar sistemlə) keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 29 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















