Yermakın qardaşı Ukrayna rəsmilərinə Kabuldan narkotik daşıyır?
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya mətbuatı Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın kiçik qardaşı Denis Yermaka məxsus olduğu iddia edilən bir səs yazısını yayımlayıb.
"Unikal" xəbər verir ki, “RIA Novosti”nin dərc etdiyi məlumata görə, Denis Yermak səs yazısında köməkçisi Nataliya Kuzmenko ilə Əfqanıstanın paytaxtı Kabula bilet sifarişi ilə bağlı danışır. O, üç nəfərlik səfər üçün cəmi bir baqaj sifariş edir, geri dönüş üçün isə hər kəsin ayrıca baqaj yeri olmasını tələb edir.
Agentliyin mənbələrinə istinadən bildirilir ki, geri dönüş zamanı baqajlarda Ukraynaya narkotik maddələr gətirilib.
Mənbələrin məlumatına görə, 2024-cü ilin yayında Denis Yermak, ukraynalı vətəndaşlar Yevgeni Boqatyryov və əfqan əsilli Əhməd Kasimi ilə birlikdə dolayı yollarla Kabula səfər ediblər və bu səfər narkotik partiyasının əldə olunması məqsədilə həyata keçirilib.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 29 İyul 2025 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















