Icma.az
close
up
RU
Yermakın komandası haradadır?

Yermakın komandası haradadır?

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, prezident Volodimir Zelenskinin ofisinə göndərilən rəsmi sorğunun cavabına istinad edən “Ukrayna News” agentliyi belə məlumat yayıb.
Bununla belə, Ukrayna prezidentinin ofisi işdən çıxarılanların siyahısını təqdim etməyib.
2024-cü ilin dekabrına olan məlumata görə, Andrey Yermakın doqquz məsləhətçisi və köməkçisi var idi: Aleksandr Bevz, Liliya Paşinnaya, Viktoriya Romanova və Tatyana Qayduçenko tam ştat əsasında, Sergey Leşenko, Darya Zarivnaya, Mixail Podolyak, Elina Yelyanova və Aleksandr Rodnyanski isə ştatdan kənar statusda olublar.
Yermakın yerini kim tutacaq? Andrey Yermakın müşavir və köməkçilərinin işdən çıxarılması barədə Ukrayna mətbuatı dekabrın 19-da məlumat yayıb. Leşenko nəşrə verdiyi şərhdə hazırda prezident ofisində ştatdankənar məsləhətçi kimi çalışdığını bildirib. Mixail Podolyak da jurnalistlərə açıqlamasında prezident ofisinin müşaviri kimi fəaliyyətini davam etdirdiyini deyib.
Xatırladaq ki, noyabrın sonunda Ukrayna prezidenti Volodimir Zelenski onun ofisinin rəhbəri Andrey Yermakın istefa verdiyini açıqlamışdı. Ukrayna mediası 2020-ci ilin fevralından prezident ofisinə rəhbərlik edən Yermakı Zelemskinin ən əsas silahdaşlarından biri və prezidentdən sonra ölkədə ən nüfuzlu adam adlandırırdı.
“Energoatom” şirkətində külli miqdarda mənimsəmə ilə bağlı korrupsiya qalmaqalının alovlanmasından sonra Zelenskinin əleyhdarları və müttəfiqləri onu Yermakı işdən çıxarmağa çağırıblar.
Ukrayna prezidenti bu vakant vəzifəyə bir neçə namizədin adını açıqlasa da, hələ də öz ofisinin yeni rəhbərini seçməyib. “Zerkalo Nedeli” nəşrinin yazdığına görə, Yermakın onun üçün qurduğu hakimiyyət sistemini qoruyub saxlamağa çalışan Zelenski öz ofisinin rəhbərinin faktiki rolunu zəiflətməyə cəhd edəcək.
“Zelenski ofis rəhbərinin öhdəsinə yalnız texniki funksiyalara cavabdehliyi qoyaraq, ofisini birbaşa idarə etməyə hazırdır. Yermakın işdən çıxarılmasına baxmayaraq, Ukrayna prezidenti onunla gündəlik əlaqə saxlamağa davam edir”, - nəşrin mənbələri bildiriblər.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Dekabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri