Icma.az
close
up
RU
Yersiz tərslik Paşinyanın aqibətini tərsləşdirir

Yersiz tərslik Paşinyanın aqibətini tərsləşdirir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan baş nazirinin Azərbaycanın legitim hüququnu gizli gündəmlə pozmaq cəhdləri

Rəsmi İrəvanın Bakı ilə ikitərəfli dialoqun gedişi və nəticələri barədə verdiyi açıqlamaların, bəyanat və müsahibələrin sülhdən yayınmaq cəhdləri olduğu hamıya məlumdur. Bunun başqa izahı yoxdur. Bu gün sülh sazişini dərhal imzalamağa hazır olduğunu deyən Nikol Paşinyan sabah gündəmə yeni tesizlər gətirməklə bu prosesin məntiqi sonluğa çatmasını ləngitməyə çalışır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin baş nazir Paşinyanın Azərbaycanın İctimai televiziyasına müsahibəsi zamanı irəli sürdüyü iddialarla bağlı şərhində qeyd etdiyi kimi, Ermənistan tərəfi üçün beynəlxalq müqavilələrdə ərazi bütövlüyünə dəstək ifadə edilməsinin heç bir əhəmiyyətə malik olmadığı danılmaz faktdır: “Bunu sübut etmək üçün, Ermənistanın Alma-Ata Bəyannaməsinə qoşulması prosesini və bu razılaşmanı necə kobud şəkildə pozduğunu xatırlatmaq yerinə düşər. Ermənistan tərəfinin daim istinad etdiyi bu bəyannaməyə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur”.

Baş nazir bu dəfə də ölkəsinin tərəf çıxdığı və ratifikasiya edilmiş beynəlxalq müqavilələrin yerli qanunlar üzərində üstünlüyə malik olması barədə konstitusiya müddəasına istinad etməklə öz iddialarını “özəl arqumentlərlə” sübut etməyə çalışıb. O, özünün tamamilə əsassız, beynəlxalq hüquqla daban-dabana zidd açıqlamasını “əsaslandırmaq” üçün konstitusiyalarına istinad edir. Bunun falş olduğunu görməkdən ötrü Ermənistan konstitusiyasının 5-ci maddəsinə (hüquq normalarının iyerarxiyası) nəzər yetirmək kifayətdir. Həmin maddədə yazılır ki, Ermənistan konstitusiyası ali hüquqi qüvvəyə malikdir. Yəni hayların baş nazirinin istinad etdiyi beynəlxalq müqavilənin üstün tutulması tezisinin konstitusiyaya aidiyyəti yoxdur.

A.Hacızadə şərhində daha sonra qeyd edir ki, 2022-ci ilin oktyabr ayından etibarən müzakirə olunan sülh sazişi layihəsində ərazi bütövlüyünə dəstək barədə müvafiq müddəaya razılıq verilməsi ilə yanaşı, paralel olaraq Ermənistan rəhbərliyinin 2023-cü ilin sentyabr antiterror tədbirlərinə qədər qondarma rejimə dəstək verməsi, onu legitimləşdirməkdə davam etməsi yaddan çıxmayıb.

Ermənistan rəhbərliyinin ərazilərin toxunulmazlığı ilə bağlı tez-tez adını çəkdiyi 1991-ci ilin sərhədləri və Alma-Ata Bəyannaməsini özünə sərfəli formada konstatasiya etməsini də birinci dəfə deyil eşidirk. Amma bu zaman torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində nəyə görə həmin bəyannaməyə, xəritələrə əməl etmədiyinin səbəbini izah etməkdən yayınır. Onun niyə Sovet xəritələrində öz əksini tapmış sərhədləri qəbul etməkdən boyun qaçırırsınız? – sualına cavabı yoxdur.

Paşinyanın başqa bir “siyasi gedişi” Ermənistan konstitusiya məhkəməsinin 1 il əvvəl qəbul etdiyi qərarı ilə manipuyasiyasıdır. Baş nazirə xatırlatmaq istərdik ki, 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun ölkəsinin konstitusiyasına uyğunluğu ilə bağlı konstitusiya məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırılmasını unutmasın. O zaman İrəvanın qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini, eyni məntiq və yanaşmanın məhkəmənin Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının reqlamentinin konstitusiyaya uyğunluğu ilə bağlı 26 sentyabr 2024-cü il tarixli qərarının qəbulu zamanı şahidi olduq.

Ermənistan baş nazirinin ikitərəfli münasibətlərin normallaşmasına, bölgədə sülhə və sabitliyə mane olan problemləri arxa plana keşirərək, reallıq və siyasi məntiqlə bir araya sığmayan iddialarla çıxış etməsi onun sülhdə maraqlı olmadığını, əksinə, gizli gündəmə baş vurmaqla daşnak-revanşistlərin xəyal etdikləri növbəti təcavüzə hazırlaşmaq üçün “diplomatik art-hazırlıqlara”, yəni avantüraya baş vurduğunu göstərir. Maraqlıdır ki, o, bunların təhlükəli siyasi manevrlər olduğunu bilərək, düşünülmüş şəkildə riskə yol verir. Deməli, şüurlu şəkildə özünün siyasi sonunu yaxınlaşdırır. Bu, onun son peşmançılığı ola bilər...

Yeganə HACIYAVA,
politoloq

– Ermənistan baş naziri özü Müstəqillik bəyannaməsinin üç təməl müddəasını Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsinə və yaxşılaşdırmasına mane olması barədə bir neçə dəfə bəyanat verib. Bu ölkənin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması üçün atmalı olduğu addımlar var. Bunun üçün, ilk növbədə, konstitusiyasında və Müstəqillik bəyannaməsində dəyişiklik etməlidir. Hər iki sənədin müddəalarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb və bunlar mütləq dəyişdirilməlidir.

Ermənistan dövləti 1921-ci il Qars müqaviləsinin müddəalarını tanıdığını rəsmən bəyan etməyib. Xatırladım ki, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair sazişdə – Sürix protokollarında da İrəvan Qars müqaviləsinin tanınması məsələsini qəbul etməmişdi. Hər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair sazişin hazırlanması prosesində Ermənistan xarici işlər nazirliyinin ozamankı rəhbəri Edvard Nalbandyan “İrəvanla Ankara arasında diplomatik münasibətlərin qurulmasına dair protokolun imzalanması hələ Ermənistan tərəfindən Qars müqaviləsinin tanınması olmadığını” bəyan etmişdi. Qars müqaviləsinin şərtlərinin Ermənistan tərəfindən tanınmaması isə o deməkdir ki, rəsmi İrəvan hələ də Türkiyə ilə mövcud sərhədi tanımır və Ankaraya qarşı ərazi iddialarından əl çəkmir.

Konstitusiyasından və müstəqillik bəyannaməsindən əlavə, dünyada erməniliyin ideoloji nüvəsi kimi fəaliyyət göstərən və bir çox ölkələrə qarşı ərazi, maddi və mənəvi iddiaları özündə əks etdirən “Ümumerməni bəyannaməsi” də dəyişməlidir. Bəyannamə daha çox saxta erməni soyqırımı qurbanlarının “hüquqlarının və qanuni maraqlarının bərpasını tələb edən” sənəd kimi təqdim olunur. Həmin sənəddə onun təkcə saxta soyqırımı deyil, həm də saxta erməni tarixinin bərpası kimi absurd çağırışla bağlı bəndlər də mövcuddur. Əsasən ideoloji konsepsiya kimi nəzərdə tutulsa da, bu bəyannaməyə Ermənistan dövlətinin müxtəlif rəsmi sənədlərində istinadlar da mövcuddur.

Fərhad MƏMMƏDOV,
siyasi icmalçı

– Təxminən bir ay bundan əvvəl bəyan etmişdi ki, Müstəqillik bəyannaməsi müasir Ermənistan respublikası üçün təhdidlər törədir. Yəni, baş nazir bunu açıq şəkildə etiraf edib. İndi isə Emənistan konstitusiya məhkəməsinin keçən il qəbul etdiyi qərarı əllərində bayrağa çeviriblər. Məsələnin maraqlı tərəfi odur ki, problemin qaldığını İrəvan da çox yaxşı bilir. Eyni zamanda, onların qanunvericilik aktlarında da qonşulara ərazi iddiaları ilə bağlı bəzi müddəaların hələ də qaldığı tərəflərə məlıumdur.

Ermənistan SSR Ali Sovetinin iki qərarı qalmaqdadır. Bunlar da aradan qaldırılmalıdır, amma İrəvan bu addımı atmağa da tələsmir. Onu da deməliyik ki, bütün bunlara baxmayaraq, danışıqlar prosesi davam edir. Keçənilki ikitərəfli intensiv dialoqlardan sonra sülh sazişinin son mətni razılaşdırılıb. Həm də Azərbaycanın irəli sürdüyü redaksiyada razılığa gəlinib.

Bakının ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı təklifinə də müsbət yanaşdığını bildirən rəsmi İrəvan bu məsələyə müəyyən şərtləri də bağlamağa səy göstərir. Amma sülhə nailolma prosesi məhz Azərbaycanın istədiyi kimi həyata keçirilməkdədir. Sadəcə olaraq, prosesə dinamiklik qatmaqdan ötrü Ermənistan real addımlar atmalıdır.

Qanunvericilik bazasında zəruri dəyişikliklərə gəldikdə isə Azərbaycan özünün prinsipial və dəyişməz mövqeyini çoxdan ortaya qoyub: konstitusiyanı dəyişmədən sülh sazişi imzalanmayacaq! Bakı hazırda atacağı addımları mövcud duruma uyğun şəkildə, ölçüb-biçməklə atır. İrəvan isə ikitərəfli sülh danışıqlarında bir addım “irəli düşmək” üçün müxtəlif yollara əl atır. Guya, özləri üçün daha münasib vəziyyəti “formalaşdırmağa” çalışır ki, Paşinyan həm gələnilki parlament seçkilərində qalib gəlsin, həm də konstitusiya referendumuna “əlidolu” getsin. Yəni, İrəvan isteblişmentinin davranışı Azərbaycanla danışıqlarda əldə edəcəyi “uğurlara” və sülh gündəliyinin “möhkəmlənməsinə” hesablanıb. Aydındır ki, bütün bu hesablamalar hakimiyyəti əldə saxlamaq üçündür.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– Paşinyanın dediyinə görə, konstitusiyanın preambulasında əks olunmuş müddəa özünə ərazi iddiasını əks etdirmir. Konstitusiya məhkəməsinin məlum qərarından sonra hesab edir ki, bu məsələnin üstündən keçmək olar. Amma Azərbaycan haqlı olaraq həmin istinadın baş qanundan çıxarılmasını tələb etməkdədir. Ermənistanın yeni konstitusiyasında, böyük ehtimalla, həmin istinad aradan qaldırılacaq. İrəvanın istəyi budur ki, konstitusiyanın preambulasında Müstəqillik bəyannaməsi deyil, Ermənistanın Avropaya yönəlik seçimini inteqrasiyasını nəzərdə tutan müddəa yer alsın. Əslində, bununla məsələ öz həllini tapa bilər. Sadəcə olaraq, onlar yeni konstitusiyanın qəbulunu parlament seçkilərindən sonraya planlaşdırırlar. Yəni, bu proses bir ildən çox vaxt apara bilər. Azərbaycan həmin proses başa çatana qədər sülh sazişini imzalamaq niyyətində deyil.

İndiki məqamda biz İrəvanın vurnuxmasını, ayrı-ayrı yollar axtarmasını müşahidə edirik. Başqa yollar da mövcuddur. Buyursunlar, parlamentdə müvafiq qanun qəbul etsinlər. Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Sovet Ermənistanının birləşməsi əks olunmuş həmin bəyannamə vaxtilə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə beynəlxalq hüquqa zidd hesab edildiyindən ləğv olunmuşdu. İndi reallığı əks etdirməyən öz qərarlarının qüvvədən düşməsi barədə qərar çıxarsınlar. O zaman bəyannamədəki istinad ərazi iddası kimi öz əhəmiyyətini itirmiş olur. Referendumda isə konstitusiyadakı məlum istinad da aradan qaldırıla bilər. Yəni, Ermənistan parlamenti bu qərarı qəbul edəndən sonra Azərbaycanın sülh sazişini imzalayacağını istisna etmirəm. Sadəcə, ratifikasiya məsələsini yeni konstitusiyanın qəbulundan sonra da həyata keçirmək mümkündür.

Paşinyan bizim konstitusiyamızda oxşar müddəalar axtarmaqdansa, zəhmət çəkib tələblərimizi yerinə yetirsin. Digər məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. İrəvan bu barədə də çox danışır, amma konkret işə gələndə barmağını da tərpətmir. İstəyir ki, saziş tez imzalansın və Türkiyə ilə sərhədlər açılsın. Bu, olmayacaq!

İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see446

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see226

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see201

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see187

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see186

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see185

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see182

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see181

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see180

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see180

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see179

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see177

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see172

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see171

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see171

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see171

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see166

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see165

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see165

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri