Icma.az
close
up
RU
Yetmişdən çox şəhidin xatirəsini əbədiləşdirən gəncəli heykəltaraş AZƏRTAC

Yetmişdən çox şəhidin xatirəsini əbədiləşdirən gəncəli heykəltaraş AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Gəncə, 20 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncədə yaşayan Qasım Qasımov 40 ildən çoxdur ki, heykəltaraşlıq sənəti ilə məşğuldur. O, Birinci Qarabağ müharibəsindən bu yana şəhidlərin xatirəsini təmənnasız əbədiləşdirməyi özünə borc bilib. İndiyədək 70-dən çox şəhidin kiçik büstlərinin və barelyeflərinin müəllifidir.

AZƏRTAC-ın bölgə müxbiri heykəltaraşın kiçik emalatxanasında hazırladığı onunla həmsöhbət olub.

Qasım Qasımov 1980-1984-cü illərdə Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbini bitirib. 1984-1988-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda Heykəltaraşlıq fakültəsində təhsilini başa vurub. O, 1988-ci ildən Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbində dərs deyir. 2011-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Sənətkar şəhidlərin büstlərini hazırlayarkən onların hər birinin döyüş yolunu və həyat hekayəsini də yaxından öyrənməyə çalışdığını deyib: “Hansısa bir şəhidin heykəlini düzəltməmişdən əvvəl onun müharibədə keçdiyi yolu mütləq mütaliə edirəm. Onları canlandırmaq üçün birinci gözlərində olan əzəmət, şəhidlik ruhu məni cəlb edir”.

Heykəltaraş 30 ilə yaxındır ki, təmənnasız olaraq şəhidlərin heykəllərini düzəldir. Onun hazırladığı əsərlər arasında müxtəlif tarixi şəxsiyyətlərin büst və heykəlləri də var. Hazırda yunan mifologiyası qəhrəmanlarının heykəllərini hazırlayır. Ən böyük arzusu isə Şuşada qəhrəman Azərbaycan əsgəri üçün qeyri-adi formada abidə ucaltmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri