Yevlax Olimpiya İdman Kompleksinin tikintisində bədbəxt hadisə Vəzifəli şəxs məsuliyyətə cəlb olundu
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yevlax Olimpiya İdman Kompleksinin tikintisi zamanı baş verən bədbəxt hadisə ilə bağlı məhkəmə prosesi başa çatıb.
Hurriyyet.az Teleqraf-a istinadla məlumat verir ki, Tural adlı işçinin hündürlükdən yıxılaraq ciddi xəsarət alması faktı ilə əlaqədar “Hovers Group”un podraç şirkətinin icraçısı Telman Məmmədov (ad-soyad şərtidir) məsuliyyətə cəlb olunub.
Məlum olub ki, hadisə tikintidə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyindən bəlli olub ki, Olimpiya İdman Kompleksinin tikintisində normativ tələblərə cavab verən ayaqaltı vasitələr təmin edilməyib və təhlükəli şəraitdə tikinti-quraşdırma işlərinin aparılmasına yol verilib. Baş vermiş hadisə zamanı montaj işləri üçün dik dayaqlı ayaqaltılar standartının tələbləri pozulub.
Nəticədə 1987-ci il təvəllüdlü Tural hündürlükdən yıxılaraq həyat üçün təhlükəli olan, ağır dərəcəli bədən xəsarətləri alıb.
Məhkəmədə ifadə verən Telman Məmmədov özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxs isə ona dəymiş ziyanın ödənildiyi üçün qarşı tərəfdən şikayətçi olmayıb.
Məhkəmənin qərarına əsasən, T.Məmmədov 1 il müddətinə texniki-təhlükəsizlik sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib. Bundan başqa, o, aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla iki il müddətinə islah işləri cəzasına məhkum edilib.
Qeyd edək ki, Yevlax Olimpiya İdman Kompleksinin tikintisi üçün Gənclər və İdman Nazirliyi ilə “Hovers Group” arasında 1.8 milyon manatlıq satınalma müqaviləsi imzalanıb. Sözləşmə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb. “Hovers Group”un qanuni təmsilçisi İlqar Zeynalovdur.
“Hovers Group” təkcə ötən il bir neçə dövlət qurumunun elan etdiyi ümumilikdə 46,8 milyon manatlıq tenderlərin qalibi olub. Şirkət Azərbaycanda keçirilən bir sıra idman yarışlarına sponsorluq etməsi ilə də tanınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Yanvar 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















