Icma.az
close
up
RU
Küçə ticarəti ilə bağlı QALMAQAL Satış üçün müəyyən edilməmiş yerlərlə bağlı siyahı var? VİDEO

Küçə ticarəti ilə bağlı QALMAQAL Satış üçün müəyyən edilməmiş yerlərlə bağlı siyahı var? VİDEO

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə Sumqayıtda qanunsuz ticarət adı ilə aparılan reyd zamanı meyvə satan sahibkara qarşı Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi olduğu deyilən şəxsin davranışı müzakirələrə səbəb olub.
 

Görüntülərdə şəxs sahibkara qanunsuz hesab edilən küçə ticarəti ilə məşğul olduğunu deyərək ona məxsus meyvənin avtomobillərə yığılmasını tələb edib. Bir sözlə, onun göstərişi ilə satışa çıxarılan meyvələr müsadirə olunub. Vəzifəli şəxs sahibkara kobud davranaraq ona bunun qanunsuz olduğunu göstərən nə bir rəsmi sənəd, nə də cərimə olunması ilə bağlı akt təqdim edir.


Bildiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə görə, icra hakimiyyəti tərəfindən müəyyən edilməmiş yerlərdə malların satışına görə 80 manata qədər cərimə tətbiq olunur.
Bəs şəhər və rayon icra hakimiyyətləri belə yerləri müəyyən edərək öz rəsmi saytlarında dərc edirlərmi? Misal üçün, Sumqayıt Şəhər İcra Hakimiyyətinin satış üçün müəyyən edilməmiş yerlərlə bağlı siyahısı varmı?
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, şəhərdə qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri aparılır:
“Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Səkiləri zəbt edərək piyadaların hərəkətinə mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər aparılır”.
Məlumatda qeyd olunub ki, küçə ticarəti ilə məşğul olan şəxslər üçün yarmarkada yerlər ayrılıb:
“Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində kənd təsərrüfatı məhsullarının satışı üçün nəzərdə tutulmuş, əhali üçün münasib qiymətlərlə məhsulların təklif edildiyi yarmarka fəaliyyət göstərir və küçə ticarəti ilə məşğul olan şəxslər üçün həmin yarmarkada müvafiq ticarət yerləri ayrılıb. Qanunsuz küçə ticarəti ilə məşğul olan satıcılarla aparılan izahat xarakterli söhbətlər zamanı onlara məhsullarını yalnız xüsusi ayrılmış bu ərazilərdə satmalarının zəruriliyi diqqətə çatdırılır”.
Görüntüsü yayılan reydlə bağlı məsələyə gəldikdə isə məlumatda məhsulların müsadirə edilmədiyi, yarmarkaya daşındığı vurğulanıb:
“Bildiririk ki, həyata keçirilən növbəti reyd tədbiri zamanı da vətəndaşa məxsus küçə ticarəti yolu ilə satılan məhsullar 18-ci mikrorayon ərazisində yerləşən yarmarkada xüsusi ayrılmış ticarət yerinə aparılıb və həmin məhsulların orada satışının davam etdirilməsi tövsiyə olunub.
 

Qabaqlayıcı tədbirlərin əsas məqsədi piyadaların sərbəst hərəkətinin təmin edilməsi, sanitariya-gigiyena normalarına riayət olunması və şəhər ərazisində qanunvericiliyin tələblərinə uyğun ticarət mühitinin formalaşdırılmasıdır.


Məlumat üçün bildiririk ki, reyd tədbirləri zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib, yalnız onların satışının müvafiq qaydalara uyğun şəkildə davam etdirilməsi təmin olunub”.
Mövzuya münasibət bildirən iqtisadçı Natiq Cəfərli isə Bizim.Media-ya bildirib ki, paytaxtdan başqa heç bir icra hakimiyyətində bununla bağlı qaydalar mövcud deyil:
“Bakı şəhərində icra hakimiyyətinin küçə ticarəti ilə bağlı qaydaları var. Başqa heç bir icra hakimiyyətində bu qaydalar yoxdur. Bunun necə tənzimlənməsi məni çox maraqlandırır.
Necə ola bilər ki, bir küçədə küçə ticarətinə icazə verirlər, digərində vermirlər. Bəzi küçələrdəki mağaza malı mağazanın qabağına çıxara bilər, bəziləri isə yox.Yəni vahid oyun qaydalarının necə olması ilə bağlı rəsmi qurumlar açıqlama verməlidrlər”.

Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Yanvar 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri