Icma.az
close
up
RU
Yevlax sakini sağlamlıq problemi olan oğlunun qanunsuz olaraq hərbi xidmətə aparıldığını iddia edir ŞİKAYƏT

Yevlax sakini sağlamlıq problemi olan oğlunun qanunsuz olaraq hərbi xidmətə aparıldığını iddia edir ŞİKAYƏT

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yevlax rayon sakini, Qarabağ qazisi İsmayılov Qurban Paşa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət edir:

"Cənab Zakir Həsənov!

Mən, İsmayılov Qurban Paşa oğlu, yazaraq sizdən kömək istəyirəm.

Özüm Qarabağ qazisiyəm. Oğlumla bağlı sizə müraciət edirəm. Oğlum Kənan hərbi xidmətə yararsız olduğu halda, onu hərbiyə aparıblar.

Bildirim ki, anadangəlmə biləklərində çıxma və kistalar var. Gözü zəif, qulağı isə yaxşı eşitmir. Güclü qan azlığından əziyyət çəkir. Əlimizdə həkimlərdən aldığımız sənədlər var. Bu xəstəlikləri olan adamı hərbi komissarlıq hərbiyə göndərdi.

Hərbi hissədə 20 günü tamam olanda DSX hospitalı yoxlayıb, deyib ki, fiziki işdən azad olmalıdır, 2 ay sonra yenidən müayinə edəcəklər. Çox maraqlıdır, müalicə almayan insanı 2 ay sonra yoxlayanda nə deyişəcək ki? Anadangəlmə olan xəstəliklər sağalmır.

Özüm 3 il döyüşdə olmuşam. 2 övladım hərbçidir. 3-cü oğlum isə bu vəziyyətdədir. Haqsızlıq baş alıb gedir. 

Kənddə adamlar tanıyıram, hərbi biletə yararsız yazdırıb, "at oynadırlar". Pullarını verib, indi də evlərində oturublar. Mənim əlimdə həqiqətən oğlumun xəstəliklərini təsdiq edən sənəd olsa da, baxan yoxdur.

Mən və digər iki oğlum hər zaman vətənin keşiyində durmaq üçün hazırıq. Lakin xəstə uşağın hazırda hərbi xidmətdə olmağı heç düzgün hal deyil. Sənədlərdə 65 C maddəsi ilə hərbiyə yararsız yazıblar. İndi isə deyirlər qərar dəyişilib. 

Əgər anadangəlmə olan xəstəlikləri sağalıbsa, o zaman sağlıq kağızı niyə vermirlər? Belə çıxır ki, kiminsə yerinə aparıblar. Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər. Saxtakarlıqla məşğul olurlar".

Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin sorğumuz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı çəkilən qurumun mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 May 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri