Icma.az
close
up
RU
Xocalı sakini oğlunun əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini İDDİA EDİR ŞİKAYƏT

Xocalı sakini oğlunun əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini İDDİA EDİR ŞİKAYƏT

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xocalı rayon sakini Hüseynova Sənəm Əsgər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, oğlunun əlillik pensiyası qanunsuz olaraq kəsilib:

“Mən, Hüseynova Sənəm Əsgər qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işqlandırasınız.

Bildirim ki, Gəncə rayonu, Yeni Kəlbəcər qəsəbəsində yaşayırıq.

Oğlum Hüseynzadə Əmrah İbrahim oğlu 29.03.2000-ci ildə anadan olub. 2-ci qrup anadangəlmə əlildir. Sol hissədən anadangəlmə iflicdir. Əlində, ayağında, başında problemləri var. Düzdür, yeriyir, amma danışığında, hərəkətlərində problem var.

2002-ci ildən pensiya alırdı. 2023-cü ildə pensiyasını dayandırdılar. Yenidən əlillik almaq üçün komissiyadan keçdi. Lakin imtina cavabı gəldi. İmtinanın hansı səbəbdən gəldiyini bilmirik.

Bir oğlum 44 günlük müharibə iştirakçısı olub, veterandır. Özüm də xəstəyəm, işləyə bilmirəm. Həyat yoldaşım da rəhmətə gedib, çox çətin vəziyyətdəyik. Rəsmi qurumlardan xahiş edirik ki, bizə dəstək olsunlar, oğlumun pensiyası bərpa edilsin”.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, bildirdi ki, Gəncə şəhər sakini Hüseynzadə Əmrah İbrahim oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən bir neçə dəfə əyani baxış zamanı qiymətləndirilib.

Hər bir müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. 

Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib.

Aynurə MUSTAFAYEVA

Hurriyyet.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Dekabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri