Yevlax Şəhər İcra Hakimiyyətindən “Konstitusiya və suverenlik ili”nə töhfə
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasına dair Sərəncamının icrası ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Yevlaxda da bir sıra tədbirlər keçirilir.

Newscenter.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun ekoloji inkişafı, ətraf mühitin mühafizəsi və yaşıl zonaların genişləndirilməsi, həmçinin şəhərin bəzədilməsi və daha da gözəlləşdirilməsi məqsədi ilə müxtəlif növ mövsümi dekorativ gül kolları və çiçəklər əkilib. Yeni əkilmiş və mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilir.

Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik İli” ərzində yeni ağacların əkilməsi və yaşıllıqların salınması işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Süleyman
Baxış sayı:108
Bu xəbər 26 Aprel 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















