Icma.az
close
up
RU
Yevlaxda qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərsləri keçirilib

Yevlaxda qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərsləri keçirilib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) 2025-ci il üçün nəzərdə tutulan ustad dərslərinin sonuncusu Yevlax şəhərində təşkil olunub. 

XQ xəbər verir ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə dekabrın 22-də Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbində keçirilən qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərslərində idarənin tabeliyində fəaliyyət göstərən Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab rayon və Mingəçevir şəhər musiqi və incəsənət məktəblərindən şagird və müəllimlər iştirak ediblər. 

Qarmon ixtisası üzrə ustad dərsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq çalğı alətləri kafedrasının müəllimi, dosent, Əməkdar artist Sərxan Abiyev, xanəndəlik ixtisası üzrə ustad dərsi isə Beynəlxalq Muğam Mərkəzinin solisti, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi, Əməkdar artist Sevinc Sarıyeva tərəfindən aparılıb.

Tədbirdə iştirak edən MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan ustad dərslərinin məqsədi Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində tədris səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir. Qeyd olunub ki, layihə şagirdlərin musiqi zövqünün zənginləşdirilməsi, onlara peşəkar vərdişlərin aşılanması, eləcə də müəllimlərin nəzəri və praktiki biliklərinin artırılması baxımından əhəmiyyət daşıyır. 

Ustad dərslərində pedaqoqlar şagirdlərin ifası ilə bağlı tövsiyələrini verib, auditoriyanı maraqlandıran sualları cavablandırıblar.

Sonda MEMİM tərəfindən tərtib edilən “Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabı məktəbin kitabxanasına hədiyyə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri