Icma.az
close
up
RU
Mingəçevir və Yevlaxda dörd ixtisas üzrə ustad dərsləri təşkil olunacaq

Mingəçevir və Yevlaxda dörd ixtisas üzrə ustad dərsləri təşkil olunacaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Yevlax və Mingəçevir şəhərlərində ustad dərsləri keçiriləcək.

Mərkəzdən XQ-yə bildirilib ki, fortepiano, tar, qarmon və xanəndəlik ixtisaslarını əhatə edəcək ustad dərsləri Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşacaq.

Dekabrın 15-də Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində keçiriləcək tar ixtisası üzrə ustad dərsi Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri Arslan Növrəsli, fortepiano ixtisası üzrə ustad dərsi isə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin Fortepiano şöbəsinin fənn birləşmə komissiyasının sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Kazımova tərəfindən aparılacaq.

Dekabrın 22-də Yevlax şəhər 1 nömrəli musiqi məktəbində qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq. Dərslər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq çalğı alətləri kafedrasının dosenti Sərxan Abiyev (qarmon) və Beynəlxalq Muğam Mərkəzinin solisti, AMK nəzdində Musiqi Kollecinin baş müəllimi Əməkdar artist Sevinc Sarıyevanın (xanəndəlik) iştirakı ilə keçiriləcək.

Ustad dərslərinin məqsədi şagird və müəllimlərin müvafiq ixtisaslar üzrə nəzəri və praktiki biliklərinin artırılması, onların müasir tədris metodlarına yiyələnməsi, həmçinin peşəkar fəaliyyətlərində daha da səmərəli nəticələr əldə etmələrinə dəstək olmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri