Icma.az
close
up
RU
Yevlaxda tanışlar içki məclisində yeyib içdilər, sonra isə... TƏFƏRRÜAT

Yevlaxda tanışlar içki məclisində yeyib içdilər, sonra isə... TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Yevlax rayonunda 1984-cü il təvəllüdlü Eşqin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Natiqə xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 6-da baş verib. Kənd sakini Eşqin həmin gün saat 17 radələrində həmkəndlisi və tanışı Natiqə mobil telefonla zəng edib, sonuncudan əvvəllər götürdüyü borc pulun bir hissəsini qaytarmaq istədiyi deyib.
Daha sonra zərərçəkmiş şəxs ona Xaldan kəndi ərazisində olan adsız kafedə yemək yediyini deyib, onu da həmin kafeyə birlikdə yemək yeməyə dəvət edib. O, həmin kafeyə gedərək zərərçəkmiş şəxslə görüşüb, ona olan borcundan 300 manatını qaytarıb. 
Bundan sonra Eşqin zərərçəkənlə birlikdə yemək yeyib,  spirtli içki qəbul etdikdən sonra sonuncu ilə birlikdə oradan çıxıb. Həmin günü təxminən saat 23:00-da Yevlax rayonunun Hacıselli kəndində ailəsi ilə birlikdə yaşadığı evə gəliblər. 
Eşqinin evinin həyətində çay içərkən zərərçəkmiş şəxs ünvansız nalayiq söyüşlər söyüb. O, ailə üzvlərinin həmin söyüşləri eşidə biləcəyini zərərçəkmiş şəxsə deyib və iradını bildirməsi səbəbindən onunla aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. 
Mübahisə zamanı zərərçəkmiş şəxsin onu yumruqla vurmasından əsəbləşən ev sahibi ondan qisas almaq məqsədi ilə darvazasının həyətə doğru olan hissəsinə qoyulmuş dəmir parçasını götürüb. O, həmin dəmir parçası ilə zərərçəkənin baş və qol nahiyyələrinə zərbələr vurub. 
Hadisəni törədən Eşqinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun həmkəndlisidir: “Natiqlə aramızda ədavətlərimiz olmayıb, münasibətimiz yaxşı olub. Yanvarın 6-da, saat 23 radələrində Natiqlə telefon əlaqəsi saxlayaraq ona olan borcumu qaytarmaq istədiyimi dedim. Sonuncunun Xaldan kəndində kafedə  yemək yediyini eşitdim, onun dəvəti ilə kafedə Natiqlə yemək yeyib, spirtli içki içdik. Bundan sonra birlikdə yaşadığımız kəndə qayıtdıq. Yaşadığım evin qarşısında küçədə Natiqə evə gedərək çay içib, sonra getməsini  dedim. Natiq də razı oldu. Birlikdə evimin həyətinə getdim. Natiq isə həyətdə qaldı. Evdən çıxanda iki stəkan çay gətirdim və birlikdə çayı içdik. Sonra Natiqin ünvansız söyüş söyməsinə görə ona iradımı bildirdim, ailə üzvlərimin eşidə biləcəyini dedim. Həmin vaxtı aramızda mübahisə baş verdi. Mübahisə zamanı Natiq məni təhqir etdi. Zərərçəkmişi sakitləşdirmək istəsəm də, mənə məhəl vermədi, məni yumruqla vurdu. Natiq yenidən söyüş söydüyü üçün ailə üzvülərimin eşidəcəyini dedim, darvazanın arxasına qoyduğum dəmir parçası ilə onun bədən nahiyyəsinə vurdum”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt evdən həyat yoldaşı və oğlu gələrək onları ayırıblar: “Dava qurtardıqdan sonra oraya qonşum, həmdə qohumum olan Vəli gəldi. Vəli Natiqi yerdən qaldıraraq apardı. Sonradan bildim ki, zərərçəkən xəsarət aldığına görə onu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apardılar. Hadisədən sonra məni polis əməkdaşlarının axtardığını  bildim və kəndin arasındakı küçədə olarkən məni polis əməkdaşları saxladılar. Natiqi vurduğum dəmir parçasının evdə olduğunu dedim və həmin aləti də polis əməkdaşlarına təqdim etmək istədiyimi söylədim. Evdən həmin dəmir metal parçasını götürərək polis əməkdaşlarına təqdim etdim”.
Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Eşqin 8 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 İyul 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri