Icma.az
close
up
RU
Bakıda tanışlar yeyib içdilər, sonra aralarında qan düşdü TƏFƏRRÜAT

Bakıda tanışlar yeyib içdilər, sonra aralarında qan düşdü TƏFƏRRÜAT

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Xəzər rayonunda 2002-ci il təvəllüdlü Mahir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Bəhruza (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 27 aprel 2024-cü ildə, saat 00:30-da Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən “Murad” kafesinin yaxınlığında baş verib. 
Mahir küçədə tanışları Bəhruz və Namilin onu heç bir əsaslı səbəb olmadan əlində olan idman çantasının zəncirbəndinin düzəltməsindən sonra çantada hansı əşyaların olmasını bəhanə edib, ünvanına nalayiq sözlər işlətməklə təhqir edərək ələ salmaları, Bəhruzun onun 3 dəfə üz nahiyyəsindən şillə, 2 dəfə baş nahiyəsində yumruq, Namilin isə onun 2 dəfə üz nahiyəsində şillə ilə vurmasından sonra yaşadığı evə gedib. 
Mahir evin mətbəxindən bıçaq götürərək həmin gün saat 01:00-da yenidən hadisə yerinə qayıdarkən Xəzər rayonu, Binə qəsəbəsi, Ş.İ.Xətai küçəsində yerləşən “Hüseyn” marketin yaxınlığında Bəhruz və Namil ilə rastlaşıb. 
Bu zaman Namil onu yenidən yumruq zərbəsi ilə vuraraq yerə yıxıb. Mahir də yerdə olduğu müddətdə qəsdən onlara xəsarət yetirmək məqsədilə özü ilə gətirdiyi əlində olan bıçaqla Bəhruzun bir dəfə qarın nahiyəsindən vurub. 
Hadisəni törədən Mahirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü işdən çıxaraq evə gəlib və evdən iş yoldaşıgilə getmək məqsədilə çıxıb: “Çiynimdəki bel çantasının içərisini sahmana salmaq məqsədilə işıqlı bir yer axtardım və kafeyə daxil oldum. Zərərçəkmiş Bəhruz mənə yaxınlaşaraq köməyə ehtiyacımın olub-olmadığını soruşdu. Mən cavabımda ehtiyac olmadığını söylədim. Bundan sonra Bəhruz çantanın içərisində nə olduğu barədə sual verdi. Beləliklə aramızda münaqişə başladı. Namil yaxınlaşaraq sakitləşdirdikdən sonra Bəhruz, Namil ilə kafedə birlikdə oturaraq yeyib-içməyə başladıq. Bəhruz və Namil alkoqollu içki içərkən kafenin bağlanması barədə xəbərdarlıq edildikdən sonra bizim üçümüz də küçəyə çıxdıq. Həmin vaxt Bəhruz mənə şillə vursa da, mən qarşılıq vermədim. Hətta Namil də mənə 1-2 dəfə sifət nahiyəmdən vurdu. Bundan sonra evə bıçaq götürməyə getdim. Lakin məqsədim bıçaqla həmin şəxsi qorxutmaq olub. Mən bıçağı götürərək hadisə yerinə gəldikdən sonra həmin şəxslər yenə məni vurmağa davam etdilər. Mən gözümdə problem olduğundan ətrafı tam olaraq görə bilmədim və çantamdan çıxartdığım bıçağı həmin şəxslərə vurub-vurmadığımı xatırlamamışam. Hadisədən sonra Namil və Bəhruz getdilər. Mən də evə tərəf getdim. Beləliklə növbəti gün yuxudan oyanan vaxt evimdə polis əməkdaşlarını gördüm”.
Təqsirləndirilən şəxs bildirib ki, Bəhruz ilə heç bir ədavəti olmayıb: “Namili isə əvvəldən tanımışam. Onunla bərbərdə tanış olmuşam. Bəhruza bıçaqla zərbə yetirmişəm. Bıçağı evə qayıdaraq mətbəxdən götürmüşəm. Məqsədim yalnızca onları qorxutmaq olub. Öldürmək və ya zərbə yetirmək kimi bir məqsədim olmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Bəhruzun sözlərinə görə, aprelin 26-da, axşam saatlarında Namil ilə birlikdə kafedə yeyib-içiriblər: “Mən masadan ayaqyoluna getmək üçün ayağa durdum. Ayaqyoluna çatan zaman Mahirin çantasını düzəltməyə çalışdığını gördüm. Kömək etmək üçün yaxınlaşaraq yardım etdim. Çantasında nəyin olduğunu soruşduqda isə Mahir çantada heç nə olmadığını söylədi. Mən Mahirə belə işlərlə məşğul olmamasını, cavan olduğunu söylədim. Mahir mənə əsəbləşdi və aramızda münaqişə yarandı. Həmin vaxt Namil bizi sakitləşdirmək üçün yanımıza gəldi. Lakin Mahir Namilə nalayiq sözlər söyləməyə başladı. Namil həmin sözlərdən sonra Mahiri vurduğundan sonuncu yerə yıxıldı. Lakin Namil Mahirə əli belə dəymədi, ona zərbə yetirmədi. Mahir yıxıldığı yerdən ayağa qalxaraq getdi. Üzərindən bir qədər müddət keçdikdən sonra əlində bıçaqla üstümüzə gəldi. Artıq bu zaman biz kafedə olmamışdıq. Namil ilə birlikdə “Hüseyn” marketin yanından evə doğru piyada şəkildə hərəkət edən zaman Mahir mənə yan tərəfindən 1 dəfə bıçaqla zərbə yetirdi. Mənim yaralandığımı görən zaman Namil Mahiri vuraraq yerə yıxdı. Onlar yerdə dalaşan zaman bıçaq Namilin qoluna dəydi. Hadisədən dərhal sonra Mahir oradan uzaqlaşdı”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahir 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri