Yevlaxda qəzada ölənlər qardaşdırlar TƏFƏRRÜAT
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb.
AZXEBER.COM xəbər verir ki, Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Aqşin Eldəniz oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobil Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən Akif Əli oğlu Hacıyevin idarə etdiyi "NAZ Lifan" markalı avtomobillə toqquşub.
Nəticədə Akif Əli oğlu Hacıyev və həmin avtomobildə olan sərnişin Sabir Əli oğlu Hacıyev almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Həmin avtomobildə olan digər sərnişinlər - Elcan Sabir oğlu Hacıyev, Əli Akif oğlu Hacıyev, Nihad Sabir oğlu Hacıyev və Rza Muhiddin oğlu Xurşudov xəsarət alıblar.
Faktı üzrə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 13 Avqust 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















