Icma.az
close
up
RU
YIĞIM IV Bakı Piano Festivalda onlayn ödənişlərin qəbulunu təmin edib

YIĞIM IV Bakı Piano Festivalda onlayn ödənişlərin qəbulunu təmin edib

Icma.az, Oxu.az saytına istinadən bildirir.

2025-ci il 14-28 iyun tarixlərində Bakıda böyük izdihamla keçirilən IV Beynəlxalq Bakı Piano Festivalı dünyanın müxtəlif ölkələrindən istedadlı ifaçıları və musiqi kollektivlərini bir araya gətirib. "YIĞIM Payment System" bu mötəbər musiqi tədbirinin rəsmi ödəniş tərəfdaşı qismində çıxış edərək, onlayn bilet satışının və ödənişlərin qəbulunun texniki dəstəyini təmin edib.

Festivalın təşkilatçıları ilə əməkdaşlıq çərçivəsində YIĞIM, tədbirin rəsmi veb-saytında ödənişlərin qəbulunu təmin edən etibarlı infrastruktur təqdim edib. Bu isə tamaşaçılara həm yerli, həm də beynəlxalq bank kartlarından istifadə etməklə biletləri tez, rahat və təhlükəsiz şəkildə almağa imkan yaradıb.

"Belə irimiqyaslı və mədəni əhəmiyyətli bir layihənin bir hissəsi olmaqdan qürur duyuruq. Mədəniyyətin, təhsilin və ictimai təşəbbüslərin dəstəklənməsi bizim şirkətin əsas inkişaf istiqamətlərindəndir. Biz inanırıq ki, texnologiyalar bu sahələrdə tərəqqinin möhkəm dayağı ola bilər və "YIĞIM" olaraq bu sahələrin inkişafına öz töhfəmizi verməyə hazırıq", - deyə "YIĞIM Payment System"in baş direktoru Vüqar Cəfərov bildirib.

Festivalın təşkilatçısı, Azərbaycanın Əməkdar artisti Şahin Növrəstə əməkdaşlığa görə minnətdarlığını ifadə edib:

"Belə tədbirlərin təşkili mürəkkəb və çoxşaxəli prosesdir. Bizim tələblərimizi vaxtında anlayan və çevik şəkildə reaksiya verən tərəfdaşları xüsusilə yüksək qiymətləndiririk. "YIĞIM Payment System" tərəfindən təqdim olunan ödəniş inteqrasiyası bilet satış prosesində yüksək etibarlılıq və rahatlıq təmin edib. Mədəniyyət sahəsinin inkişafı üçün bu cür şirkətlərin dəstəyi son dərəcə vacibdir".

"YIĞIM Payment System" gələcəkdə də Azərbaycanda mədəniyyətin, təhsilin, idmanın və sahibkarlığın inkişafına yönəlmiş layihələri dəstəkləməyə davam edəcək və istənilən miqyaslı təşəbbüslər üçün müasir və etibarlı ödəniş həlləri təqdim edəcəkdir.

"YIĞIM" haqqında

"YIĞIM Payment System" - Azərbaycanın aparıcı fintex şirkətlərindən biridir və ölkədə beynəlxalq PCI DSS təhlükəsizlik sertifikatını alan ilk şirkət olub. 2017-ci ildə təsis edilmiş şirkət bu gün "Bolt", "Wolt", "Uber", "Yango", "Hilton", "Fairmont", "Hertz", "Wingz Scooter" və digər tanınmış brendlər də daxil olmaqla 300-dən artıq müştəriyə xidmət göstərir.

"YIĞIM", "Google Pay" və "Apple Pay" vasitəsilə internetdə və mobil tətbiqlərdə ödəniş qəbul edən Azərbaycanda ilk şirkət olub. Bundan əlavə, "American Express", "UnionPay" kartları ilə onlayn ödəniş imkanı və "Visa Token Service" (VISA VTS) inteqrasiyası da uğurla tətbiq olunub ki, bu da nağdsız əməliyyatların təhlükəsizliyini və rahatlığını daha da artırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri