Icma.az
close
up
RU
Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 24 iyun, Anara Axundova, AZƏRTAC

IV Bakı Piano Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində pianoçu Rüya Taner (Şimali Kipr), pianoçu Yeganə Axundova (Azərbaycan) və dirijor Valid Ağayevin (Türkiyə) rəhbərliyi altında Bakı Kamera Orkestrinin iştirakı ilə klassik musiqi konserti keçirilib.

AZƏRTAC-ın məlumatına görə, mərkəzin foyesində “Arts Council of Azerbaijan” təşkilatının təşəbbüsü ilə müasir azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi də təqdim olunub.

AZƏRTAC-ın müxbiri ilə söhbətində “Arts Council of Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov sərgiyə hazırlıq prosesindən danışıb: “Bakı Piano Festival çərçivəsində biz bir sıra vorkşoplar təşkil etdik. Bu vorkşoplar zamanı “Arts Council of Azerbaijan”ın üzvü olan müasir azərbaycanlı rəssamlar fortepiano mövzusunda əsərlər ərsəyə gətirdilər. Nəticədə burada bu gün nümayiş olunan 17 əsərdən ibarət böyük bir kolleksiya formalaşdı. Festivala artıq neçə ildir dəstək veririk və sevinirik ki, bu layihəyə rəssamları da cəlb edə bilirik. Çünki musiqi və rəssamlıq bir-birindən ayrılmaz sahələridir. Vorkşoplarımız çox rahat bir mühitdə keçirdi. Bəzi sessiyalar canlı musiqi müşayiəti ilə, caz improvizasiyaları zamanı təşkil olunurdu. Bu, həqiqətən də çox gözəldir!

Bakı çox yaradıcı bir şəhərdir və istedadlı insanları bir araya gətirərək yeni maraqlı layihələr həyata keçirmək istəyirik”.

Konsert başlamazdan əvvəl musiqiçilər AZƏRTAC-ın müxbiri ilə IV Bakı Piano Festivalında iştirakdan əldə etdikləri təəssüratlarını bölüşüblər. Egyana Axundova pianoçu, bəstəkar və Azərbaycanın Əməkdar artistidir.

“Bakı Piano Festivalında böyük məmnuniyyətlə iştirak edirəm. Belə bir festivalın, xüsusilə də bizim Azərbaycan fortepiano məktəbi üçün çox vacib olan bu tədbirin keçirilməsi əslində möhtəşəm hadisədir. Festivalın özəlliyi ondadır ki, burada tamamilə fərqli musiqi janrları yer alır: klassika, caz və müxtəlif eksperimental çıxışlar. Yaş fərqindən asılı olmayaraq, festivalda həm məşhur peşəkar musiqiçilər, həm də istedadlı uşaqlar iştirak edirlər. Həm yerli, həm də tanınmış xarici musiqiçilər burada təmsil olunur.

Bu gün, məsələn, mən Şimali Kiprdən olan gözəl pianoçu Rüya Taner ilə bir səhnəni paylaşacağam və bu, məni çox sevindirir. Mən Bakı Kamera Orkestri ilə çıxış edəcəyəm, orkestrin dirijoru isə gənc və istedadlı musiqiçi Valid Ağayevdir. O, Azərbaycan dirijorluq məktəbinin gələcəyidir və inanıram ki, onun çox parlaq bir yolu olacaq.

Bu festivala görə caz pianoçumuz Şahin Növrəsliyə təşəkkür edirəm. O, Azərbaycan caz məktəbini beynəlxalq arenada tanıdır və biz onunla fəxr edirik”, – deyə Yeganə Axundova vurğulayıb.

Valid Ağayev Adana şəhərindəki Çukurova Universiteti Dövlət Konservatoriyasının müəllimi, Mersin Şəhər Orkestrinin dirijorudur. “Konsertdən əvvəl xoş bir həyəcan içindəyəm. Konsertdə mənə yaxın və dəyərli insanlar iştirak edir: Azərbaycanın Xalq artisti, pianoçu Yeganə xanım Axundova, Şimali Kipr Türk Respublikasının Xalq artisti Rüya Taner. Bu konsert mənim üçün çox önəmlidir. Mən ilk dəfədir ki, möhtəşəm musiqiçi Yeganə Axundova ilə və heyrətamiz Bakı Kamera Orkestri kollektivi ilə birgə çıxış edəcəyəm. Bu festivalı çox sevirəm və burada çıxış etmək mənə böyük sevinc hissi yaşadır! Ümid edirəm ki, hər şey uğurla keçəcək. Şahin və Natavan Növrəslini, həmçinin bu axşamın bütün iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edirəm. Düşünürəm ki, tədbir uğurla alındı”, – deyə Valid Ağayev əlavə edib.

Rüya Taner pianoçu, Şimali Kipr Türk Respublikasının Əməkdar artistidir: “Mən Azərbaycana artıq altıncı dəfədir gəlirəm. Müxtəlif tədbirlərdə, ölkənin müxtəlif səhnələrində çıxış etmişəm. Lakin Bakı Piano Festivalında ilk dəfədir çıxış edirəm. Bu layihənin bir hissəsi olduğum üçün çox şadam. Məni bu layihəyə dəvət etdiyinə görə Şahin Növrəsliyə təşəkkür edirəm”.

Konsert iki hissədən ibarət olub və böyük uğurla keçib.

IV Bakı Piano Festival iyunun 28-dək davam edəcək. Paytaxt sakinləri və qonaqlar üçün müxtəlif janrlarda musiqilərin təqdim olunacağı zəngin konsert proqramı nəzərdə tutulub.

Bakı Piano Festivalı çərçivəsində, həmçinin müxtəlif art layihələr, sərgilər və caz improvizasiyaları (cem-seyşnlər) planlaşdırılıb.

Festivalın xüsusi fəxri isə “We Are the Future” adlı gənc istedadların konsertidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see118

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri