Icma.az
close
up
RU
Yığmamızın müdafiəçisi: Qrupda güclü komandalara qarşı oynayacağıq MÜSAHİBƏ

Yığmamızın müdafiəçisi: Qrupda güclü komandalara qarşı oynayacağıq MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın U-21 yığmasının və "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov Sportal.az saytına müsahibə verib.

- Moldovanı(2:0) məğlub etdiniz, Şimali Makedoniya(0:0) ilə bərabərə qaldınız. Hər iki görüş sizin üçün necə alındı? 

- Moldovaya qarşı matç ilk yoxlama görüşümüz oldu. Matçın çətin olacağını bilirdik, gözləyirdik. Biz də cəmi beş gün idi ki, birlikdəydik. Məşqçilər heyəti rəqibi analiz etmişdi, meydanda da çalışdıq ki, məşqçilərin tapşırıqlarını yerinə yetirək. Oyunun əvvəllərində iki qol vurduq. Pis oyun keçmədi. Doğrudur, səhvlərimiz oldu. Şimali Makedoniyaya qarşı görüş də çətin alındı. Hər halda, hər iki matçda da ən yaxşı şəkildə oynamağa çalışdıq.

- Ümumilikdə toplanış necə keçdi? 

Toplanışımız yaxşı keçdi. Məşqçilər korpusunun proqramına uyğun məşqlərimizi etdik. Kollektiv olaraq ən yaxşısına çalışdıq. 

- Ayxan Abbasov U-21 yığma komandamızın yeni baş məşqçisidir. Sən əvvəlki məşqçilərlə də U-21 yığmasında oynamısan. Hazırkı komandanı əvvəlkilərdən fərqləndirən nədir? 

Əvvəlki milli komanda da hər şey yaxşı idi. Gözəl kollektiv var idi. İndiki kollektivimiz də yaxşıdır. Ayxan müəllimlə mövsümün əvvəlindən “Şamaxı”da birlikdə işləyirik. Kollektivdə ailə mühiti formalaşıb. Hər şey də yaxşı davam edir. İşləyirik, çalışırıq.

- U-21 yığması qrupda Portuqaliya, Çexiya, Cəbəllütariq, Şotlandiya, Bolqarıstan komandaları ilə qarşılaşacaq. Səncə, hazırkı kollektivlə hansısa nəticə əldə edə bilərsiz?

Doğrudur, qrupda çətin rəqiblərimiz var. Güclü komandalara qarşı oynayacağıq. Amma biz də hazırlaşdıq, yenə hazırlaşacağıq. Çalışacağıq ki, bu seçmə mərhələdə yaxşı nəticələr qazanaq.

- “Şamaxı”nı Premyer Liqada vacib matçlar gözləyir, liqada qalmaq uğrunda mübarizənin içindəsiz. Çətin olmayacaqki?

Bizim üçün hər oyun ağır keçəcək. Bunu yaxşı bilirik. Ancaq çalışacağıq ki, uğurlu nəticə göstərək. Komandamız üçüncü dövrəni 11 xalla başa vurub. Dördüncü dövrədə də bunun davamını gətirməyi istəyirik. Hər oyuna final matçı kimi çıxıb lazım olan xalları qazanmağa çalışacıq. İnanıram ki, hər şey yaxşı alınacaq. Çünki yaxşı kollektivə sahibik.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://sportal.az
archiveBu xəbər 28 Mart 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri