Icma.az
close
up
RU
Yıldırım Tuğrul Türkeş: AŞPA nın ölkələrə yanaşması yanlışdır

Yıldırım Tuğrul Türkeş: AŞPA nın ölkələrə yanaşması yanlışdır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Strasburq, 2 fevral, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana münasibətdə siyasətini Gürcüstana qarşı da davam edir. Qurum bu üslubunu dəyişməlidir. Ötən il Azərbaycanla bağlı atılan addımlar da doğru deyildi, hər ölkənin suverenlik haqqı var. Azərbaycandakı seçkiləri bir çox ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan gəlmiş müşahidəçilər izləyirdilər. Amma AŞPA-nın yanaşması düz olmadı. Avropa Şurasındakı bəzi ölkələr özlərini dünyadakı demokratiyadan da üstün hesab edirlər. Bu, düzgün deyil.

Bu fikirləri Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Yıldırım Tuğrul Türkeş AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, AŞPA Gürcüstanla da bağlı düzgün mövqe tutmur. Gürcüstanda seçkiləri izləmiş müşahidəçilər heç bir qanun pozuntusundan danışmırlar. Orada seçkilərdə iki partiya iştirak edib və bu partiyalar arasında fərq 43 faiz olub. Amma AŞPA-nın bəzi üzvləri Gürcüstanda seçkilərin yenidən keçirilməsini tələb edir. Gürcüstandakı seçkilərlə bağlı hər hansı pozuntu qeyd edilmir. Ancaq AŞPA deyir ki, biz bu seçkilərdən məmnun deyilik, seçkilər yenidən keçirilməlidir. Bu, doğru yanaşma deyil.

Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri qeyd edib ki, əgər hər hansı bir ölkə seçkilərə müşahidəçilər dəvət edirsə, bu, onun yaxşı niyyətinin göstəricisidir. Ona görə də AŞPA-nın ölkələrə yanaşması yanlışdır.

Y.T.Türkeş bildirib ki, AŞPA-da dəyişikliklərə, qaydaların yenilənməsinə ehtiyac var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri