Icma.az
close
up
RU
AŞPA nın yanlış yanaşması

AŞPA nın yanlış yanaşması

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan hər zaman ədalət prizmasından çıxış edir

Azərbaycanın milli maraqlardan, süverenlik və müstəqillik prinsiplərindən çıxış edərək həyata keçirdiyi multiregional siyasət bütün dünyada ölkəmizə ləyaqətli dövlət imici qazandırıb. Respublikamızın dövlətlərarası münasibətlərdə davamlı olaraq ədalət, bərabərlik prinsiplərinə çağırış etməsi, qlobal həmrəyliyin möhkəmlənməsinə hesablanan təşəbbüslər irəli sürməsi beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Eyni zamanda,  bəzi beynəlxalq qurumların respublikamıza adekvat olmayan yanaşmaları dostlarımız tərəfindən kəskin şəkildə qınanır.  Elə bu günlərdə Birləşmiş Krallığın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndəsi Kristofer Çop Azərbaycanda parlamentin fəaliyyətini və ölkənin demokratik vəziyyətini yüksək qiymətləndirərək, respublikamızın AŞPA-ya qayıtmasını arzuladığını bildirib.

Kristofer Çop KİV-ə verdiyi müsahibədə Azərbaycanda real müxalifətin mövcudluğunu və ölkədə legitim bir demokratiya olduğunu vurğulayaraq deyib: “Azərbaycanı hər zaman dəstəkləmişəm və beynəlxalq ictimaiyyət də bu mövqeni bölüşür. Azərbaycan bəzi ölkələrdən gələn düşmənçilik münasibətlərinə qarşı mübarizə aparır”.

AŞPA-nın qərəzi, Azərbaycanın qətiyyəti

Qlobal güc mərkəzlərinin ayrı-ayrı beynəlxalq təşkilatları milli dövlətlərə qarşı təzyiq alətinə çevirdikləri heç kəsə sirr deyil. Avropa Şurası Parlament Assambleyası da bu sırada yer alır. Qurumun Cənubi Qafqazın iki dövlətinə - ötən il Azərbaycana, cari ildə isə Gürcüstana münasibətdə sərgilədiyi yanlış yanaşma belə qənaətə gəlməyə tam əsas verir.

Respublikamızın qurumda təmsilçiliyinin əsası 2001-ci ildə qoyulub. Ötən dövrdə zaman-zaman münasibətlərdə müəyyən dalğalanmalar müşahidə edilsə də, respublikamız heç vaxt subyektivliyə yol verməyib, həmişə xoş niyyətdən çıxış edib. Xatırladaq ki, Azərbaycan Avropa konvensiyalarının əksəriyyətinə qoşulub. Ölkəmiz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edir və s. O cümlədən Azərbaycanın heç vaxt qurumla əlaqələrini kəsmək kimi bir niyyəti olmayıb. Lakin 2024-cü ilin yanvarında AŞPA-nın atdığı qərəzli addım qırmızı xəttin keçilməsi olub və Azərbaycan da qətiyyət  göstərərək buna adekvat cavab verib. Söhbət ondan gedir ki, Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyini tam təmin etməsi AŞPA-da qısqanclıqla qarşılanıb və burada ölkəmizə qarşı sanksiya xarakterli qətnamə qəbul olunub. Təbii ki, bu da Azərbaycanın sərt reaksiyası ilə qarşılanıb.

Burada keçmişə qısa ekskurs etmək yerinə düşər. Avropa Şurası Parlament Assambleyası 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini görməzdən gələn, “siyasi məsələlərə qarışmaq bizim platformanın işi deyil” deyən qurumlar siyahısında “liderlər” sırasında olub, desək, əsl həqiqəti ifadə etmiş olarıq.

Postmüharibə dövründə isə  onilliklər ərzində azərbaycanlı qaçqınlara münasibətdə özünü “heç nəyi görməyən və eşitməyən” kimi aparan AŞPA sükutu pozdu. Bəzi dövlətləri təmsil edən avropalı deputatlar yenə də insan haqları mövzusundan yapışaraq Azərbaycanı guya Qarabağda erməni əhaliyə qarşı etnik təmizləmə aparmaqda ittiham etməyə başladılar. Qərəz, ağ yalan olar, daha bu qədər də yox! AŞPA-nın azərbaycanlı qaçqınlara münasibətdə nümayiş etdirdiyi loyallığı ilə postmüharibə dövründəki canfəşanlığı kəskin təzad təşkil edir. Azərbaycanlılar ev-eşiklərini güllə yağışı altında məcburi qaydada tərk etmişdilər. Onların bir çoxu həyatını itirdi, qarlı dağlarda soyuqdan, şaxtadan dondu. Ermənilər isə lokal xarakterli antiterror tədbirlərindən sonra Xankəndidən könüllü qaydada köç etdilər. Onlar ev əşyalarını, hətta mal-heyvan sürülərini də özləri ilə apardılar. Bu iki fərqli nümunəyə AŞPA-dan gələn tərs münasibətin məntiqi, daha doğrusu, məntiqsizliyi isə əsla başa düşülmür. Nə üçün biz bir halda AŞPA-nın loyallığının, susqunluğunun, digər halda isə qərəzçiliklə yoğrulan canıyananlığının şahidi olmalıyıq? Budurmu Qərb demokratiyası?

AŞPA ilə əməkdaşlıq və təşkilatda iştirak qeyri-müəyyən müddətə dayandırıldı

Otuz illik işğal dövründə ağzına aldığı suyu boşaldan AŞPA postmüharibə dövründə Qarabağla bağlı məsələləri, o cümlədən də erməni əhalinin “pozulan” hüquqlarını dəfələrlə müzakirələrə çıxarıb və hər dəfə də qalib Azərbaycanın yaratdığı reallığa əyri güzgüdən baxış edilib. Son olaraq 2024-cü il yanvarın 24-də AŞPA-nın plenar iclası Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnamənin lehinə səs verib. Öz növbəsində Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Azərbaycanın nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Bundan başqa, rəsmi Bakı AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən üzvlərinin ölkəmizə girişinin qadağan edilməsi haqqında qərar çıxarıb. Qurumda təmsil olunan deputatlar bilməlidirlər ki, Azərbaycanın siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Bu siyasət hansısa mərkəzlərdə, Qərb dairələrində deyil, Bakıda Prezident İlham Əliyevin strateji baxışları, milli maraqları hər şeydən üstün tutması əsasında müəyyənləşdirilir. AŞPA-nın qərəzli yanaşmaları isə bizim siyasətimizə zərrə qədər də təsir göstərə bilməz.

Azərbaycanın yeri görünür

Bəzi dövlətlər təmsil oluduqları beynəlxalq qurumların fəaliyyətinə davamlı töhfələr verir, digər qism dövlətlər isə artıq yükə çevrilirlər. Bunu Azərbaycanın və Ermənistanın timsalında aydın şəkildə izləmək mümkündür. Ermənistanın beynəlxalq təşkilatlara hansısa bir faydası yoxdur, əksinə, bu ölkə üzv olduğu qurumlardan ancaq bitib-tükənməyən gözləntilərini dilə gətirir. Ölkəmizin beynəlxalq təşkilatlarda təmsilçiliyi isə konstruktiv səciyyə daşıyır və həmişə də substantiv nəticələr verir. Biz heç bir dövlətdən, beynəlxalq təşkilatdan maliyyə dəstəyi gözləmirik, bütün məsələlərimizi öz gücümüzə həll edirik. Azərbaycanın üzv olduğu əksər beynəlxalq təşkilatlarda müsbət rolu həmişə yüksək dəyərləndirilib.

Elə AŞPA-da da respublikamızın yeri açıq-aşkar görünür. Ötən il AŞPA-Azərbaycan münasibətlərində yaşananlardan dərhal sonra bir sıra ölkələrin təmsilçiləri respublikamıza qarşı ədalətsizliyə yol verildiyini bildirdilər. Xatırladaq ki, qardaş Türkiyənin Xarici işlər Nazirliyi AŞPA-nın ötən ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməməsinə kəskin münasibət ifadə olunan bəyanat yayıb. Belə etirazlar Macarıstandan, Serbiyadan və digər ölkələrdən, həmçinin ayrı-ayrı beynəlxalq təşkilatlardan da gəlib. O cümlədən Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri fevral ayında ölkəmizin mövqeyinin müdafiəsi məqsədilə AŞPA sədrinə məktub ünvanlayıb. Məktubda bildirilib ki, bu cür sərt qərarlar AŞPA-nın Azərbaycanla və Cənubi Qafqazla gələcək münasibətləri, eləcə də AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr əsaslı şəkildə müzakirə edilmədən və təhlil olunmadan qəbul edilir. Bu isə narahatlıq doğurur.

Birləşmiş Krallığın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Kristofer Çopun bəhs etdiyimiz son açıqlaması ölkəmizin AŞPA-da yerinin göründüyünü bir daha təsdiqləyir. Gürcüstanla bağlı AŞPA-nın son qərarlarına da münasibət bildirən Kristofer Çop qeyd edib ki, çoxları Gürcüstanla dost olmaq istəyirdi, amma son seçkilərdən sonra məyus oldular. O, Azərbaycan məsələsində isə AŞPA-da ölkəyə qarşı mənfi mövqe tutan bəzi parlamentarilərin olduğunu bildirib. K.Çop Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təqdim etmədiyi üçün bu məsələni açıq şəkildə müzakirə edə bilmədiyini vurğulayıb.

“Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasını çox istəyirəm”, - deyən K.Çop bu mövzu barədə, xüsusilə alman parlamentari Şvabe haqqında danışarkən, onun gələcəkdə AŞPA-da yer alıb-almayacağı ilə bağlı hələlik bir məlumatının olmadığını bildirib. O, “Şvabe kimi bəzi şəxslərin mövqeləri xoşagəlməz olsa da, bu, əsaslı bir səbəb olmamalıdır”, - deyə əlavə edib.

Sonda Kristofer Çop Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasına ümid etdiyini, onları yenidən salamlayaraq qarşılayacağını söyləyib.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see399

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see316

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see262

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see226

Mars Fantastik hekayə

09 İyul 2026 19:11see221

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see195

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see165

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see162

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ CƏDVƏL

09 İyul 2026 20:59see161

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see158

Ərdoğan Türkiyənin F 35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağına əmindir

10 İyul 2026 00:03see158

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see157

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see156

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see156

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see155

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see151

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see149

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see145

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see145

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri